“Qarşıda iki vacib oyunumuz var” – yığmanın qapıçısı

12.11.2024 22:26 360
Aktual / Yığma
Futbol yığmamızı iki çətin qarşılaşma gözləyir. Dünən
Qəbələyə yollanan komanda noyabrın 16-da Estoniyanı qonaq edəcək.


Yığmanın “Zirə”dən olan qapıçısı Aydın Bayramov “Football-plus.az”a əvvəlcə “Qarabağ”a 0:4 hesablı məğlubiyyətdən danışdı:

“Qarabağ"a qarşı oyunlar həmişə ağır keçir. Oyuna pis başladıq, erkən qol buraxdıq. Belə komanda ilə oyuna 1:0 geridə başlamaq çox çətin olur. Xırda səhvlərimiz bu cür məğlubiyyətə gətirib çıxardı”.


Bayramov yığma ilə bağlı gözləntilərini də açıqladı:

“Qarşıda iki vacib oyunumuz var. Çalışacağıq ki, maksimum güc qoyub bu oyunlarda yaxşı nəticə göstərək, xallar qazanmaqla xalqımızı sevindirək”.


RÖYANƏ OĞUZ