Millimizin sabiq futbolçusu Araz Abdullayev özünə yeni klub tapıb.
"Football-plus.az" xəbər verir ki, 32 yaşlı futbolçu karyerasını 1-ci liqa təmsilçisi “Qaradağ Lökbatan”da davam etdirəcək.
Bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.
Xatırladaq ki, Arazın son klubu “Zirə” olub. O, bu ilin yayından klubsuz idi.