Ayşənin klubundan ikinci qələbə

15.10.2024 06:57 347
İdman
Millimizin voleybolçusu Ayşən Abduləzimovanın çıxış etdiyi “Vaşaş” Macarıstan çempionatının startında ikinci qələbəsini qazanıb.

"Football-plus.az" xəbər verir ki, ölkə çempionu 3:1 hesabı ilə "Bekeçşaba"nı məğlub edib. Abduləzimova oyunda iştirak etməyib.

Qeyd edək ki, "Vaşaş" Çempionlar Liqasının qrup mərhələsində çıxış edəcək.