Slovakiya millisi Bakıya 3 itki ilə gəlir

13.10.2024 17:21 276
Yığma
UEFA Millətlər Liqasının 4-cü turunda Millimizin qonağı olacaq Slovakiya yığması Bakıya yola düşüb.

Komandanın üç futbolçusunun millimizlə oyunu buraxacağı bildirilib. Bunlar müdafiəçilər Denis Vavro, Adam Obert və yarımmüdafiəçi Matuş Berodur.

Obert 3-cü turda İsveçlə oyunda (2:2) sıradan çıxıb. Buna görə də futbolçu çıxış etdiyi "Kalyari" (İtaliya) klubunun düşərgəsinə qayıdıb. "Bohum"da (Almaniya) oynayan Bero məşq zamanı zədələnib. Denis Vavro isə cəzalı durumdadır.

Qeyd edək ki, oktyabrın 14-də keçiriləcək Azərbaycan - Slovakiya matçı saat 20.00-da başlayacaq.