Millimizin üzvü Mehdi Cənnətov Millətlər Liqasında ən çox qurtarış edən qapıçılar siyahısındadı.
“Football-plus.az” xəbər verir ki, UEFA-nın statistik göstəricilərinə əsasən Cənnətov 5-ci yerdədi.
Onun və 4-cü yerdə olan isveçrəli Qreqor Kobelin aktivində 13 seyv var. Siyahıya Finlandiya millisinin qapıçısı Lukas Hradecki (17 seyv) başçılıq edir.
Onu da qeyd edək ki, Mehdi Cənnətov 3 oyundan sonra 8 qol buraxıb.