“Goal” portalı Çempionlar Liqasının favoritlərini açıqlayıb.
Populyar idman saytı bu mövsümdən yeni format əsasında keçirilən turnirdə arxada qalan iki turdan sonra “Arsenal”ın qələbə şansını yüksək dəyərləndirib. Xatırladaq ki, İngiltərə klubu bu mövsüm səfərdə “Atalanta” ilə heç-heçə (0:0) oynayıb və evdə PSJ-yə qalib gəlib (2:0). Mikel Artetanın komandası hazırda 36 komandanın olduğu turnir cədvəlində 4 xalla 13-cü yeri tutur.
“Goal”ın versiyasına görə, ÇL-in favoritlərinin siyahısında növbəti yerlərə ardıcıl olaraq “Mançester Siti”, “Real”, “Liverpul”, “İnter”, “Bavariya”, “Bayer-04”, “Yuventus”, “Barselona” və “Borussiya” (Dortmund) layiq bilinib.