• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Bu mövsüm rəqiblər daha da çox olacaq" - Rəşad Sadiqov

Ölkə futbolu

22-09-2024, 23:0

"Zirə" Misli premyer-liqasının 7-ci turunda "Sumqayıt"a səfərdə 1:0 hesabı ilə qalib gəldi.

"Football-plus.az" xəbər verir ki, qonaq komandanın baş məşqçisi Rəşad Sadiqov görüşdən sonra keçirilmiş mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb:

"Deyərdim ki, vacib üç xalı əldə etdik. Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm. Gələn turda səfər görüşümüz olacaq. Həmin oyuna fokuslanacağıq".

O, jurnalistlərin suallarını da cavablandırdı:

- Demək olar ki, "Zirə"nin liqadakı tək rəqibi "Qarabağ"dır?

- Yox, mən belə deməzdim, razı deyiləm. Yaxşı oyun göstərən komandalar var, nəticələr əldə edirlər. “Araz-Naxçıvan”, “Turan Tovuz”, “Sabah”, “Sumqayıt”, “Neftçi”...Klublar mövsümün sonuna kimi avrokuboklar uğrunda mübarizə aparacaqlar. Ayxan Abbasov "Şamaxı"da yaxşı kollektiv formalaşdırıb. Bu mövsüm rəqiblər daha da çox olacaq.

- "Neftçi"dən ayrılan və hazırda azad agent statusu daşıyanQara Qarayevin xidmətində maraqlısınız?
- Onunla keçən ilə görüşmüşdüm. "Qarabağ"dan ayrıldıqdan sonra onu "Zirə"yə gətirmək istəyirdik. O, "Neftçi"yə keçdi və orada oynamağa qərar verdi. İndi isə elə vaxtda azad agent kimi qaldı ki… Təbii ki, onun kimi futbolçunu hər bir komanda heyətdə görmək istəyər. Sadəcə indi bizdə onun mövqeyində 4-5 oyunçu var. Qara ilə bu il danışığımız olmayıb. Düzü, ötən mövsüm onu komandaya gətirməkdə israr edirdim. Lakin o, sonda "Neftçi"ni seçdi.

- Demək olar ki, bu qərarından sonra inciklik olub?
- Yox. Bizim onunla münasibətimiz elədir ki, bu qərarı münasibətimizə təsir etməz. Məni də sıxan müəyyən nüanslar var. Qara oynamalı olan futbolçudu. Hardasa qalmaq onun üçün yaxşı olmaz. Qara matçlarda iştirak etməlidir, iddialı futbolçudu. Qara ilə münasibətimiz qaydasındadı. Futbol haqda söhbətlərimiz də olur. Lakin transfer barədə onunla danışığımız olmayıb. 

- Emin Mahmudovun da “Neftçi”dən qalacağı gözlənilmir. Onu heyətində görmək istəyərdiniz?
- Təbii ki, hamı bunu istəyər. Futbolda uğursuz periodlar olur. Kapitan kimi məsuliyyətin böyük hissəsi ona düşür. Məncə, Emin "Neftçi"də layiqli kapitan  olub. Roman Qriqorçuk təcrübəli mütəxəssisdi. Məncə, Mahmudov yoluna davam etməlidi. Bizi əvvəlki oyunları ilə sevindirməlidi.

- Azərbaycanın aşağı yaş qruplarından ibarət yığmaları uğursuz nəticə göstərir. Hər halda, yerli futbolçu baxımından sıxıntılar olduğu aşkardı. Sizcə, çıxış yolu nədi?
- Bilirsiz, bundan 4-5 il əvvəl hazırkı problemləri yaşayacağımız görünürdü. Amma mən gələcəyə nikbin baxıram. AFFA-nın yeni rəhbərliyi futbolumuza yeni nəfəs gətirməyə çalışır. Bunun bəhrəsini görəcəyik. 9-10 yaşından yetişdirdiyimiz futbolçuların 7-8 ilə yaxşı olacaqlarını düşünürəm.

- Bəs AFFA-ya bu mövzuda hansı təklif edərdiniz?
- Mən məşqçiyəm, bununla bağlı müzakirə lazım olarsa, edərik. Düzünü deyim, mən 10 yaşlı futbolçunu necə yetişdirmək lazım olduğunu bilmirəm. Çünki hər bir yaş qrupunun öz peşəkar kadrı var. Məndən 18-19 yaşlı oyunçu barədə soruşsanız, nəsə demək olar. 

- "Zirə" də Azərbaycan futbolunda dominantlıq edir. Bu komandanın çempionluq uğrunda mübarizə aparması üçün nəyə ehtiyacı var?
- Vəziyyətdə, gedişatdan asılı olan çox şey var. Elə məşqçi gələ bilər ki, komandanı bir ay ərzində dəyişsin. Hər şey mümkündü. Hazırda “Turan Tovuz”un əsas üstünlüyü odur ki, indiki məşqçi də əvvəlki məşqçi kimi eyni sistemlə oynamağa davam edir. Kurban Berdıyevin futbolçulara yanaşmasından sonra komanda artırıb. Bəlkə sabah "Zirə"yə gələrsə, yenə də uğurlu olar. Nə qədər zamana ehtiyac olduğunu bilmirəm. Başımızı aşağı salıb, bildiklərimizi etməyə çalışırıq. Allah qoysa, daha yaxşı, daha möhkəm komanda olarıq. Stabilliyi qorumağa ehtiyac var. Təbii ki, bunu etmək asan məsələ deyil. Əsas məqsədimiz avrokuboklara vəsiqə qazanaraq ötən mövsümkü uğuru təkrarlamaqdır. İrəliyə baxmaq lazımdı.

- Bəs 10 ildən sonra da özünüzü "Zirə"də görürsünüz?
- Ola bilər, niyə də yox?

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

11-11-2023, 21:0

"Sumqayıt" və "Sabah" səfərdə qalib gəldi - YENİLƏNİB

Ölkə futbolu

19-07-2024, 19:0

2024/25 mövsümü Misli premyer-liqası və Ölkə Kubokunun təqvimi müəyyənləşdi

Premyer-liqa / Manşet

31-03-2023, 17:0

"Sumqayıt" "Turan Tovuz"a qalib gəldi - YENİLƏNİB

Ölkə futbolu

20-08-2024, 15:0

AFFA-nın liqalarında mövsümün püşkü atıldı

Premyer-liqa / Manşet

14-08-2024, 00:0

“Qarabağ”la “Zirə” zirvəyə şərikdi, “Turan” isə qol buraxmayıb - TURUN ŞƏRHİ

Premyer-liqa

6-09-2023, 16:0

Çempionluğa namizədlər hardadı?! - TURUN ŞƏRHİ

Aktual
“Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
“Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
“Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
Son xəbərlər
  • Dünən, 23:55
    "Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi" - Qurban Qurbanov
  • Dünən, 23:19
    Mahir KL-də oynadı, komandası heç-heçə etdi
  • Dünən, 22:57
    "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB
  • Dünən, 22:28
    “Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
  • Dünən, 22:08
    "Kəpəz" yeni stadionunda "Karvan-Yevlax"ı məğlub etdi
  • Dünən, 21:30
    "Şəfa" rəhbərliyi komanda ilə görüşdü
  • Dünən, 20:55
    Mahir Konfrans Liqası oyununun start heyətində
  • Dünən, 20:43
    Slavik Alxasov "Səbail"də
  • Dünən, 19:55
    "Dinamo" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    İspaniya klubunu tərk etdi
  • Dünən, 18:10
    Asim Xudiyevə UEFA-dan təyinat
  • Dünən, 17:30
    Ötən ay karyerasını bitirən tanınmış ingiltərəli hakim Türkiyədə işləyəcək!
  • Dünən, 16:58
    AFFA “Şamaxı” və “Qəbələ” üçün maarifləndirici təlimlər keçdi
  • Dünən, 16:07
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:35
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 15:00
    "Turan Tovuz" serbiyalı futbolçu transfer etdi
  • Dünən, 14:40
    “Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
  • Dünən, 14:08
    "Araz Naxçıvan" Slavik Alxasovla vidalaşdı
  • Dünən, 13:30
    AFFA nümayəndəsinə UEFA-dan təyinat
  • Dünən, 13:09
    “Qarabağ”da yeni məşqçi təyinatları
  • Dünən, 12:42
    "Gəncə" "Neftçi"nin oyunçusunu transfer etdi
  • Dünən, 12:00
    “Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
  • Dünən, 11:32
    ''Beşiktaş'' yeni ulduzuna hələ də lisenziya çıxara bilməyib
  • Dünən, 11:00
    “Qarabağ” – “Dinamo” oyununun biletləri satışa çıxır
  • Dünən, 10:31
    Türkiyəli hakim ''Ayaks''ın oyununa təyinat aldı
  • Dünən, 10:00
    Elman Sultanov "Mingəçevir"in baş məşqçisi oldu
  • Dünən, 00:40
    "Rəqibin bu qələbəyə tam layiq olduğunu düşünmürəm" - Valdas Dambrauskas
  • 5-08-2026, 23:0
    Yığmamız İslandiyaya uduzdu
  • 5-08-2026, 22:0
    "Qarabağ" heç də asan rəqib deyil" - "Dinamo"nun baş məşqçisi
  • 5-08-2026, 21:0
    Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
  • 5-08-2026, 21:0
    Azərbaycan dünya çempionatına ev sahibliyinə hazırlaşır
  • 5-08-2026, 20:0
    "Sabah"ın matçı nə vaxt başlayacaq? - klubdan açıqlama
  • 5-08-2026, 20:0
    “Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
  • 5-08-2026, 19:0
    "Orhus" - "Sabah" oyununun vaxtı dəyişdirildi
  • 5-08-2026, 19:0
    Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 125
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 113
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 93
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə