Çexiyada təlim-məşq toplanışı keçən Azərbaycanın futzal millisi sentyabrın 19-20-də iki yoxlama görüşü keçirib. Millimiz ardıcıl iki dəfə Çexiya ilə bacarmayıb - 0:3, 2:6.
Futzal Federasiyasının baş katibi Mahmud Sadıqov “Football-plus.az”a bu nəticələrin səbəblərindən danışıb:
"Milli komanda yenidən yaradılır - sırf yerli futzalçılardan. Heyətin 80 faizi gənc, təcrübəsiz oyunçulardan yığılıb. Biz bunu göz önünə alaraq bu qərarı verdik. Federasiya rəhbərliyi belə qərara gəldi ki, ancaq yerli futzalçılardan ibarət komanda təşkil edək. Bilirdik ki, 2-3 il ərzində bizim üçün çox çətin olacaq. Amma 2-3 ildən sonra onlar artıq istənilən rəqibə qarşı yaxşı oyun göstərəcəklər. Gənc oyunçulara daha çox üstünlük verəcəyik".
AKİF ƏHMƏDOV