• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Nəticə verməyən məşqçilərlə müqavilənin müddəti niyə uzadıldı ki?

Manşet / Yazarlar

21-09-2024, 15:0

Sentyabrın 13-də AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirildi.

Bilindiyi kimi, əvvəldən gündəlikdə yeddi məsələnin olduğu bildirilmişdi. Belədə iclasın dörd saata yaxın davam etməsi çox ciddi müzakirələrin aparıldığı və mühüm qərarların qəbul edildiyini düşünməyə əsas verdi. Lakin AFFA-nın icraçı vitse-prezidentinin axşam saatlarında verdiyi müsahibə, bir qədər sonra qurumun rəsmi saytında yayılan məlumatlar əksəriyyətini yanıltdı. Təəccüblənməyənlər isə yeni rəhbərlikdən böyük gözləntiləri olmayan şəxslər idi. Sirr deyil ki, AFFA-dakı dəyişikliklər hələ müsbət effekt verməyib. Bəs futbolumuzda nə baş verir? Bu yazıda ümumi duruma nəzər salacağıq.

Siqaret həvəskarı Santuş...
Millimizin baş məşqçisi Fernando Santuşun siqaret həvəskarı olduğunu yazmışdıq. İclasın keçirildiyi gün buna canlı şahidlik etdik. Portuqaliyalı mütəxəssis toplantıdan əvvəl, fasilə zamanı və sonra dəfələrlə siqaret çəkdi. Yaşlı çalışdırıcının işinə qarışmaq kimi olmasın, amma sağlamlığa xidmət edən futbolumuzun aparıcı simasının davranışı qəbuledilməzdi. Ona görə ki, söhbət, sadəcə, əsas yığmadan getmir. O, premyer-liqa komandalarının oyununda iştirak edir, həmçinin aşağı yaş qrupları üzrə milli komandalarımızla da maraqlanır. Stadionları gəzir. Düzdü, ölkəmizdə qəlyan çəkən, hətta pivə içən futbolçulara rast gəlmişik. Lakin belə davranışlardan xilas olmaq üçün gec deyil.

“Procrastination”
Yarımbaşlıqda müasir yaşayış tərzinin ən böyük problemlərindən biri olan “ertələmə xəstəliyi”ndən söhbət gedir. Şübhəsiz, AFFA da bu dəhşətli xəstəliyə yoluxub. Uğur qazanmaq üçün atılmalı olan addımlar ertələnir. Qurumun indiyə qədər gördüyü qeydədəyər yeganə iş Santuşun təyinatıdı. Onun da hələ xeyrini görməmişik. Sonuncu iclasda aşağı yaş qrupları üzrə millilərin baş məşqçiləriylə müqavilənin müddəti uzadıldı. Nəyə əsasən yarıtmaz baş məşqçilərə daha bir neçə ay möhlət verildi? Bəlkə beynəlxalq oyunlarda hansısa uğur qazanmışıq, amma bizdən gizlədilir? “Futbol+”in son saylarının səhifələri yığmaların uğursuz nəticələriylə aşıb-daşmırmı? Uşaq futbolunun inkişafından ağızdolusu danışmaqla gözümüzü məğlubiyyətlərə öyrəşdirən çalışdırıcıları hələ də postunda saxlamaq bir-biriylə uzlaşmır axı! Ən əsası, niyə ertələyirsiz? İclasın gündəliyində qadın liqalarının 2024-25-ci illər mövsümü üçün təkliflərin və klublara ayrılan vəsaitin meyarlar üzrə bölgüsünün müzakirə olunacağı qeyd olunmuşdu. Lakin Sərxan Hacıyev bu məsələlər haqda növbəti iclasda danışılacağını dedi. Görünür, artıq gündəlik də formal xarakter daşıyır.

Yeni il, yeni səhifə?
Görünür, AFFA-nın yeni rəhbərliyi planların əsas mərhələləri üzərində 2025-ci ildən etibarən çalışmağa başlayacaq. Strategiya da elə bu məqsədlə 2025-28-ci illəri əhatə edir. Yəqin ki, ümumi təhlil və bütün hazırlıqlar cari ilin sonunda bitəcək və strategiya işə düşəcək. Sözsüz, burda uşaq və qadın futbolundan tutmuş bütün çempionatları əhatə edən və millinin inkişafına hesablanmış layihələr olmalıdı. İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanov deyir ki, bu yöndə əsas işləri xaricdən cəlb olunmuş şirkətlər görür. Strategiya infrastrukturun təkmilləşdirilməsinə də yer verəcək. Xüsusi diqqət ayrılmalı mövzu isə maliyyənin düzgün istiqamətlərdə bölünməsi və xərclənməsidi. Yəqin ki, İntizam Komitəsinə müfəttişin təyin olunması məhz bu məsələylə bağlıdı. Ümumiyyətlə, xərclərin bütün yönləri dəqiq hesablanmalıdı. İllərdi futbola ayrılan milyonlarla manatın nəyəsə yaradığını görməmişik.

Ümid edək ki, gələcəyə bədbin baxışımızın son aylarını yaşayırıq. 2025-ci il həqiqətən böyük uğurların, faydalı layihələrin və uğurlu nəticələrin toxumlarının səpilməsiylə əlamətdar olacaq. Bəs yenə arzuladığımız işlər görülməsə, xeyir tapmasaq, nə baş verəcək? İndi növbə AFFA-nındı. Qurum müəyyən sərhədi keçməyən tənqidlər eşitmək istəmirsə, uğurlarıyla sərhədləri keçməlidi.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Yığma / Manşet

16-06-2024, 12:0

Qatı dindar, siqaret həvəskarı, Mourinyonun dostu... - Fernando Santuş haqda nə bilirik?

Ölkə futbolu

10-01-2024, 17:0

AFFA İcraiyyə Komitəsinin iclası təxirə salındı

Ölkə futbolu

10-05-2023, 17:0

AFFA İcraiyyə Komitəsinin iclası nə vaxt keçiriləcək? - AÇIQLAMA

Dünya futbolu

18-10-2022, 19:0

Siqaret çəkdi, komandadan kənarlaşdırıldı

Aktual / Ölkə futbolu

22-11-2023, 11:0

AFFA İcraiyyə komitəsinin fövqəladə iclası başa çatdı

Ölkə futbolu / Manşet

1-07-2024, 14:0

Fernando Santuş tək gəlməyəcək

Aktual
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
“Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
Son xəbərlər
  • Bu gün, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Bu gün, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 23:50
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 22:54
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • Dünən, 22:13
    London klubunda yeni oyunçu
  • Dünən, 21:44
    Birmingemdən Londona yollandı
  • Dünən, 21:12
    Qattuzonun yerini o tutacaq
  • Dünən, 20:41
    Milli komandanı tərk edəcək
  • Dünən, 20:00
    “Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
  • Dünən, 19:41
    Millimiz ilk qrup qələbəsini qazandı - AÇ
  • Dünən, 19:01
    “Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
  • Dünən, 18:40
    ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
  • Dünən, 18:19
    Nunyeslə Salahın yolu bu dəfə İstanbulda kəsişə bilər
  • Dünən, 17:58
    Milandan Turinə yollana bilər
  • Dünən, 16:31
    "Neftçi" Yunanıstan klubuna qarşı - ÇL
  • Dünən, 16:01
    Romadan Milana üz tuta bilər
  • Dünən, 15:30
    Salahın bir ayağı artıq ''Beşiktaş''dadı!
  • Dünən, 14:51
    ÇSKA “Qarabağ”la oyun üçün biletləri satışa çıxardı – bizim azarkeşlər üçün sərbəst satış olmayacaq!
  • Dünən, 14:20
    ''Qalatasaray'' A seriyasının debütantına uduzdu
  • Dünən, 13:59
    Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
  • Dünən, 13:28
    Urfan Abbasov "Kəpəz"də
  • Dünən, 12:57
    Bakıdakı oyun avrokuboklarda TOP-5-də
  • Dünən, 12:30
    "Qəbələ" "Şəfa" ilə üz-üzə gəlir
  • Dünən, 11:59
    "Qarabağ"ı Sofiyada dəstəkləmək istəyənlər üçün biletlər satışda
  • Dünən, 11:28
    Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
  • Dünən, 11:21
    Bakıda Avropa Cüdo Ümidləri turnirinə start verildi
  • Dünən, 10:58
    “Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
  • Dünən, 10:31
    “1–2 il ərzində idmançılarımızdan daha böyük uğurlar gözləmək mümkündü“ - Natiq Bağırov
  • Dünən, 10:25
    “Belə tədbirlərin keçirilməsi çox vacibdi“ - Rüstəm Orucov
  • Dünən, 10:00
    Mançesterdən Madridə yollandı
  • 24-07-2026, 23:0
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • 24-07-2026, 23:0
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • 24-07-2026, 23:0
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • 24-07-2026, 22:0
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • 24-07-2026, 22:0
    İngiltərədə klubunu dəyişdi
Daha çox
Oxunub: 207
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 165
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 141
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 122
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 97
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Xalqın yanına getmək niyə çətindi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə