• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Mahir Emreli: "Qarabağ" artıq nəhəng klublara qarşı oynamağa öyrəşib" - MÜSAHİBƏ

Aktual / Müsahibə

19-09-2024, 15:0

Millimizin və "Nürnberq"in (Almaniya, 2-ci bundesliqa klubu) futbolçusu Mahir Emrelinin "football-plus.az"a müsahibəsi

- Millimizin baş məşqçisi Fernando Santuşla tanışsanmı, hansı oyun üslubuna üstünlük verdiyini bilirsənmi? Baş məşqçi postuna gələndən sonra özü və ya yığmanın inzibati korpusundan kimsə sənlə əlaqə saxlayıbmı, işlərinlə maraqlanıbmı?
- Az-çox Portuqaliyanın göstərdiyi futboldan bilirik. Bir müddət "Beşiktaş"da oldu ki, orda da mənim dostum Ernest Muci oynayır deyə, bir qədər ondan danışıb. Biləndə ki, millimizin yeni baş məşqçisi Fernando Santuşdu, dedi yaxşı insan, yaxşı məşqçidi. Qazandığı Avropa çempionluğu, göstərdiyi nəticələr də bunu sübut edir. Düşünürəm ki, onun haqqında çox danışmağa ehtiyac yoxdu. Ümid edirəm orda görüşüb tanış olarıq. Amma AFFA-dan zəng edib maraqlandılar. Zədəli olduğum müddətdə əllərindən gələn köməyi edəcəklərini vurğuladılar. Bildiyimə və onların da dediyinə görə, məşqçilər korpusu da seçimimə isti yanaşıb. Yəni Avropada qalmaq, oynamaq istəyimə. Söhbətimiz belə oldu, onlar da sevindiklərini vurğuladılar.

- “Dinamo”ilə “Qarabağ” oyunlarını yəqin izləmisən. “Qarabağ”ın heç də “Dinamo”dan zəif oynamadığını bildirmişdin. Səncə, niyə Ağdam təmsilçisi hər iki oyunda, həm də qol vurmadan uduzdu? Həmin oyunlarda həlledici amil nə oldu? Hər ikisi sənin keçmiş komandan olduğundan informasiyan genişdi, fikirlərini eşitmək maraqlı olardı...
- "Qarabağ"ın sxemi, sistemi artıq bəllidi. Bilirik ki, topla oynamağı sevən, topa nəzarət etməyi xoşlayan komandadı. Özüm də orda oynamışam, yaxşı bilirəm. Düşünürəm ki, oynadığımız dönəmdən indiyə qədər bunu daha da yaxşılaşdırıblar. Təbii ki, bu da bir çox oyunçunun komandada uzun müddət olmasından, baş məşqçinin gördüyü işdən və başqa hallardan irəli gəlir. Amma "Dinamo" əvvəldən dediyim kimi, nəticəyə oyanayan komandadı. Tam nəticəyə köklənirlər və fərdi cəhətdən çox böyük, keyfiyyətli futbolçuları var. Həmçinin Avropa turnirlərində "Qarabağ"dan daha təcrübəlidilər, çox iştirak ediblər. Bu cür oyunlarda necə oynayacaqlarini daha yaxşı bilirlər. Düşünürəm ki, oyunlara nəzər yetirsək, "köhlən atlar" o hesabla Zaqrebdə məğlub yox, qalib olmalıydılar. Amma ikinci oyunda "Dinamo" daha yaxşı oyun göstərdi. Ola bilər ki, vurduqları erkən qollar da onlara motivasiya verdi və "Qarabağ" da ruhdan düşdü. Buna baxmayaraq, Ağdam təmsilçisi hücumlarını edir, sona qədər döyüşürdü. Əminliklə deyə bilərəm ki, "Dinamo" üçün rahat qələbə olmadı. Hətta onlar Bakıya 3:0 ilə gələndə də o qədər əmin deyildilər. Ta ki Marko Pyatsanin qoluna kimi. Çünki narahat idilər. "Qarabağ"ın orda göstərdiyi oyun onu deyirdi ki, epizodlar var və bu bunu qola çevirmək lazımdı. Amma bu cür oyunlarda artıq deyiləcək bir şey qalmır, belə olmalıymış. Epizodlar yaradıb qola çevirə bilmirsənsə, artıq söz demək olmur. Futbol baxımından Ağdam təmsilçisi Zaqreb klubundan üstün oynadı. Xüsusilə də birinci oyunda. İkinci görüşdə isə bərabər səviyyəli oyun getdi, bir qədər "Dinamo" üstün çıxış etdi. Bu hesabın verdiyi rahatlıq, yaxud erkən qoldan sonra "Qarabağ"ın ruhdan düşməsi səbəbindən oldu. Düşünürəm ki, ilk oyunda "Dinamo" geridə hücum qurmurdusa, top saxlamırdısa, ikinci oyunda qoldan sonra müdafiədən başladılar paslaşmağa. Bu da hesabın verdiyi rahatlıq idi.

- Avropa Liqası yeni formatda olacaq. “Qarabağ”  8 komanda ilə görüşəcək. Rəqibləri barədə nə kimi məlumata sahibsən? Səncə, bu şəraitdə  “köhlən atlar”ın ötənilki kimi turnirdə mərhələ adlaması və yeni tarix yazması nə dərəcədə mümkün olacaq?
- Maraqlı formatdı. Yeni format ona görə maraqlıdı ki, daha çox komanda var. Amma bu oyunlara hazırlaşmaq da lazımdı. Çünki Avropada durum fərqlidi. Məsələn, bizdə kubok oyunları daha tez başlayır. Çünki 4-5-ci liqalardan da komandalar var. İstər-istəməz oyunların sayı daha çox olur, yəni bizdə bir qədər fərqlidi. Təbii ki, adları bəlli komandalardı, necə olduğunu bilirik. Aralarında mənim oynadığım komandalar da var. Böyük klublardan savayı ən çətin rəqib "Bude/Qlimt"di. Tam "Qarabağ" kimi oynayan komandadı. Demək olar ki, topla oynamaği sevən, hücumlar quran çox maraqlı rəqibdi. Xüsusilə də evdə bu komanda çox gözəl futbol oynayır. Bu da öz meydanında süni ot örtüyü olmasından irəli gəlir. Onu deyə bilərəm ki, "Qarabağ"ın bəlkə də ən çətin səfər oyunlarından biri olacaq. Maraqlıdı ki, "Bude/Qlimt" qol vuranda oyunçu topu götürüb meydana qaçır, yəni heç qeyd eləmir. Çünki evdə oynadıqları müddətdə çalışırlar ki, bacardıqları qədər rəqibə çox qol vursunlar. Maraqlı qrupdu. "Qarabağ" artıq nəhəng klublara qarşı oynamağa öyrəşib. Ümid edirəm ki, bu mövsüm də ölkəmizi, xalqımızı sevindirəcəklər. Onlara uğurlar arzulayıram. Hamımız həmişə "Qarabağ" azarkeşi olmuşuq və onları sevirik. İstəyirik ki, onlar Avropada uğurlu olsun, çünki bu, ölkəmiz üçün də çox önəmlidi.

RÖYANƏ OĞUZ

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

6-08-2024, 17:0

"Nürnberq"də çıxış edəcəyim vaxtı səbrsizliklə gözləyirəm" - Mahir Emreli

Aktual / Dünya futbolu

14-09-2024, 12:0

Mahir bu gün Almaniyada debüt edəcək? - baş məşqçisi cavabladı

Aktual / Dünya futbolu

9-09-2024, 11:0

Mahirin məşqini izləyən idman direktoru hansı qərara gəldi? - ÖZÜ AÇIQLADI

Ölkə futbolu / Manşet

26-07-2024, 12:0

“...yeni klubu “Qarabağ”dan başqası olmayacaq” – Mahir üçün Almaniya və Azərbaycan gözləntisi

Ölkə futbolu / Manşet

6-08-2024, 17:0

“Mahir kimi futbolçunu transfer etməkdən qürur duyuruq” – “Nürnberq”in idman direktoru

Aktual
Masazırdakı savaşın xronikası: cəzalananlar da oldu, gözdən qaçanlar da
İmkansız ana xəstə övladının müalicəsi üçün yardım istəyir
“ÇL-in yükü bəlkə də “Qarabağ”a bir qədər ağır gəldi” - ağdamlıların artıq “Sabah”la bağlı kompleksi var
Mahiri hələ meydanda görək, 1-ci bundesliqa haqda sonra düşünərik...
“Elvinin top-5 liqaya getməsinin gec olduğunu düşünürəm” - 25 yaşlı müdafiəçi böhrandan necə çıxacaq?
“Turan Tovuz” finala çıxmaq istəmirdi?
Son xəbərlər
  • Bu gün, 17:54
    “Beşiktaş” Sərgən Yalçının tələbi ilə bu qapıçıdan vaz keçdi
  • Bu gün, 17:23
    “Aston Villa” 9-a, Uotkins 100-ə çatdı - İCMAL
  • Bu gün, 16:52
    "Gəncə"də ayrılıq
  • Bu gün, 16:31
    Çempionluq intriqası son həddə çatdı - İCMAL
  • Bu gün, 16:10
    Masazırdakı savaşın xronikası: cəzalananlar da oldu, gözdən qaçanlar da
  • Bu gün, 15:59
    “Sabah” “Qarabağ”ı titulsuz qoydu! - REPORTAJ
  • Bu gün, 15:28
    PSJ həm uduzdu, həm də Vitinyanı itirdi - İCMAL
  • Bu gün, 14:57
    Ölkə kubokunun final oyununun nominal meydan sahibi məlum oldu
  • Bu gün, 14:27
    İmkansız ana xəstə övladının müalicəsi üçün yardım istəyir
  • Bu gün, 13:56
    AFFA rəsmisi UEFA-nın tədbirində
  • Bu gün, 13:37
    “Bavariya” son 14 ildə 13-cü, tarixinin 35-ci çempionluğunu qazandı! - İCMAL
  • Bu gün, 13:16
    “Türkiyənin DÇ-yə vəsiqə qazanması təsadüf deyil” - Montella məşqçi karyerasını bitirməyi planlaşdırırmış
  • Bu gün, 12:56
    Arda Gülərin tarixi çıxışı manşetlərdə
  • Bu gün, 12:25
    “İmarət” stadionunun tikintisinə başlanıldı
  • Bu gün, 11:54
    Yayda klubunu tərk edəcək
  • Bu gün, 11:23
    Dünya çempionatını buraxa bilər
  • Bu gün, 10:52
    “Qarabağ “Neftçi” ilə oyunu təxirə salanda çempionluğu itirmişdi” - “köhlən atlar”ın xanım azarkeşi sevimli komandasını tənqid etdi
  • Bu gün, 10:31
    Yeni mövsümdə MS-yə gərək olmayacaqlar
  • Bu gün, 10:00
    Arbeloanı əvəzləməyə kim daha çox şanslıdı?
  • Bu gün, 01:00
    “ÇL-in yükü bəlkə də “Qarabağ”a bir qədər ağır gəldi” - ağdamlıların artıq “Sabah”la bağlı kompleksi var
  • Bu gün, 00:06
    10 il əvvəlki çempion 3-cü diviziona düşdü!
  • Dünən, 23:32
    Milli komandada istefa
  • Dünən, 23:01
    Günay Qurbanova bürünc medal qazandı - AÇ
  • Dünən, 22:15
    "Kolambus Kryu" Nərimanı təbrik etdi
  • Dünən, 21:37
    Qaliblər vətənə döndü! - 2 qızıl, 3 bürünc, 133 xal
  • Dünən, 20:42
    Zaur Axundov futzalın qara gününü niyə ört-basdır edir?! – YAZI
  • Dünən, 20:11
    Mahiri hələ meydanda görək, 1-ci bundesliqa haqda sonra düşünərik...
  • Dünən, 19:40
    Cəbrayılda cüdo üzrə kəmər imtahanı keçiriləcək
  • Dünən, 19:19
    Rəhim Həsənov Rəvan Həmzəzadədə səhv tapmadı - VİDEO
  • Dünən, 18:48
    “Zirə”nin 3-cü, “Sabah”ın 2-ci finalı
  • Dünən, 18:17
    LNZ ilk 15 dəqiqədə qol buraxanda həmişə qələbəyə həsrət qalır - İCMAL
  • Dünən, 17:46
    ''Beşiktaş'' prezidenti icarədə olan oyunçular və Fernandeş haqda nə dedi?
  • Dünən, 17:15
    Cokoviçlə Alkaras Madrid turnirindən çəkildi
  • Dünən, 16:44
    Millimiz Belarusla qarşılaşacaq
  • Dünən, 16:13
    MBA-nın oyunlarını Amerikada 170 milyon adam izləyib!
Daha çox
Oxunub: 620
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 271
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 243
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 196
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Oxunub: 186
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Oxunub: 182
Arzuolunmaz kürəkən... – REPLİKA
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə