"Neftçi"nin idman direktoru istefa verdi - "səbəb uğursuz nəticələr deyil"

18.09.2024 18:08 765
Aktual / Ölkə futbolu
“Neftçi” ilə idman direktoru Yens Andersson arasında müqaviləyə isveçli mütəxəssisin öz xahişi ilə qarşılıqlı razılıq əsasında xitam verilib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb:

"2023-cü ilin sentyabrından klubumuzda çalışan Anderssona “Neftçi”dəki fəaliyyətinə görə təşəkkür edirik. Bu qərarın komandanın son həftələrdə göstərdiyi nəticələrlə əlaqədar olmadığını bildirərək, Yens Anderssona gələcək karyerasında uğurlar arzulayırıq!"