• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Azərbaycan, yoxsa Santuş “ağ bayraq qaldıracaq”? - YAZI

Manşet / Yazarlar

18-09-2024, 11:0

Sensasiya baş vermədi: Azərbaycan yığması Millətlər Liqası çərçivəsində keçirdiyi ilk iki oyunda uduzdu. Yığmalar səviyyəsindəki məğlubiyyətlərdən bezən futbol ictimaiyyəti növbəti dəfə məyus oldu, təbii ki, günahkar axtarışı başladı, oxlar gah baş məşqçi Fernando Santuşa yönəldi, gah Emin Mahmudovla Ramil Şeydayevlə, gah da Slovakiya ilə səfər qarşılaşmasında cəmi 5 dəqiqə ərzində komandanı “dəfn edən” Amin Seydiyevə.

Əslində hər kəsin də özünə görə haqlı olduğu məqamlar var. Koşitseyə yığma ilə yollanan, portuqaliyalı mütəxəssisi və yetirmələrini həm yolda, həm də mətbuat konfranslarında yaxından izləmək imkanı olan adam kimi mənim də deyəcəklərim var.

Santuş işləyir, çalışır, amma...
Portuqaliyalı çalışdırıcının işinə vicdanla yanaşmadığını demək ədalətsizlik olar. O, yığmamızı çalışdırmağa qərar verərkən hansı yükün altına çiyin verdiyini anlayırdı, bu komandanın tarixini, irsini yaxşı öyrənib, indi isə şəxsən öz timsalında daha çox çalışmaqla vəziyyəti düzəltməyin mümkün olacağını düşünür. Köməkçiləri təyyarədə də İsveçlə ev oyununu izləyir, çıxarışlar edirdi.

Bildiyimə görə, Santuş günün əksər hissəsini AFFA-da keçirir, nəsə etməyə çalışır, fərqli variantları sınayır, yaşına rəğmən, yetərincə çevikdi. Sadə və təvazökar adamdı, həm futbolçularını əzizləyir (Bakıda bəzilərinin başını sığallayır, ürək-dirək verirdi...), həm də yolunu azanları cəzalandırır. Kriştiano Ronaldonu yerində oturtmağı bacaran birinin komandada özündən başqa avtoritet tanımaması təbiidi. Bəli, onun Abbas Hüseynovu yox, Amin Seydiyevi start heyətində oynatması səhv idi, baxmayaraq ki, oyunsonrası mətbuat konfransında bunu boynuna almadı. Amma səhvini elə ilk yarıda düzəltdi ki, onda da “artıq qatar getmişdi”. Mavi ekranda necə göründüyünü bilmirəm, ancaq yığma üzvü olan oyunçuların adi ötürmələr və asmalar zamanı kobud səhvə yol verməsi Santuşu özündən çıxarırdı, ilk yarıda Elvin Cəfərquliyevin cərimə meydançasına göndərməli olduğu asma qapının arxasına düşəndə az qala özü meydana çıxıb onun hərəkətini təkrarlamaq istədi.

Baş məşqçi problemlərin dairəsini də müəyyənləşdirib. Onun fikrincə, bugünkü yığmanın iki əsas problemi var. Komanda hücuma keçəndə topu itirəndən dərhal sonra müdafiə oluna və intensiv oyun göstərə bilmir. Əslində zaman-zaman, məsələn, 15-20 dəqiqə intensiv-sürətli oynamağı bacarırıq, sonra isə komanda “yatır”, oyunun axarını taleyin ümidinə, daha dəqiqi, rəqibi insafına buraxır. Santuşun tez-tez üzərində dayandığı bir məqam da var: mental düşüncəni dəyişməyin zəruriliyi! Əslində indiyə qədər yığmanı çalışdıran bütün əcnəbilər müxtəlif yollarla bu problemi anladıb, təəssüf ki, dəyişə bilmədən gedib. Futbolçularımız öz üzərində çalışmalı, özünə (“oyunçuların fərdi keyfiyyətləri yüksəkdi, ancaq meydanda səhv etməkdən qorxurlar”) və qələbəyə inanmalıdı.

Santuş həm inanır, həm də ...gizlədir
Santuşun Azərbaycan yığmasından nə istədiyi aydındı: fiziki-mental baxımdan dəyişmək, oyunun müəyyən bölümlərdində yox, tam 90 dəqiqə ərzində intensiv-dominant futbol göstərmək! Mən onu da gözəl başa düşür və anlayıram ki, bu gün milli forma geyən futbolçular portuqaliyalı Avropa çempionunun tələblərinin öhdəsindən gəlməyə qadir deyil. Bəli, o, yetirmələrinə inanır, güvənir, bunu hər addımda publikaya da göstərməyə çalışır. Elə son iki mətbuat konfransından kitabçama qeyd etdiyim ifadələrə baxaq:

“Azərbaycan yığmasına inanıram, inanmasaydım, gəlməzdim. Bizi uzun yol gözləyir. Bu komandanı dəyişə biləcəyimə yüz faiz inanıram”.

Təəssüf ki, gerçəklik fərqlidi. Mənə elə gəlir ki, bunu – yəni indiki futbolçu potensialı ilə böyük hədəflərin öhdəsindən gəlməyin mümkünsüzlüyünü artıq Santuş da anlayır. Amma o, acı gerçəyi gizlətməyə, əksinə, futbolçularına necə olur-olsun, motivasiya verməyə məcburdu. Axı etiraf acı sondu, “ağ bayraq qaldırmaqdı”. Həm də təkcə onun özü, yığma üçün yox, bütövlükdə Azərbaycan futbolu üçün. Santuş son mətbuat konfransında, nəhayət, “Qarabağ”ın da adını çəkdi, “ən gözəl nümunədi, 15 il əvvəl sıfır idi, amma son illərdə daim avrokuboklarda qrupa düşürlər” deyə. Bəli, “Qarabağ” fərqlidi, bolşeviklərin təbirincə desək, “ayrıca bir ölkədə kommunizm qurmağın” mümkünlüyünə dair klassik nümunədi, Santuş bu komandanın adını çəkməklə “axı azərbaycanlılar da futbol oynaya bilir” demək istəyirdi. Çox güman, AFFA rəhbərliyi də onu ölkəmizdə işləməyə razı salmağa çalışarkən məhz “Qarabağ” amilindən, ağdamlıların uğurlarından geninə-boluna yararlanıb. Amma ulduzları çalışdırmış Santuş bu gün əlinin altındakı oyunçuların potensialını görür, yanır-yaxılır və məyus olur...

...Və futbolçular haqda
Mənim qismətimə Azərbaycan yığmasının ən müxtəlif nəsillərindən olan futbolçulardan müsahibə götürmək, onlarla yol yoldaşı olmaq, bəzən hətta oteldə yuxudan oyatmaq da düşüb. Ən fərqli reaksiyalarla üzləşmişəm: tərif də, tənqid də, təhdid də görmüşəm, hətta bir dəfə Faiq Cabbarov münasibətləri əl-qol ilə aydınlaşdırmağa çalışırdı, yaxşı ki, Vaqif Sadıqov özünü yetirdi. Bir sözlə, gündəliş iş əsnasında jurnalistlə futbolçunun fərqli vəziyyətlərdə olması, münasibətlərdə istilik və ya soyuqluq yaranması təbiidi. Amma mən müasir futbol ulduzlarımızda nə gördüm, nəyi müşahidə etdim? Onlar aşırı dərəcədə laqeyddi, tənqid və ya tərif eşitmək veclərinə deyil, ictimai rəyə zərrəcə məhəl qoymurlar, özləri üçün qapalı bir dairə qurublar (“biznesmenlər klubu” kimi), müəyyən dəyərlər və baxışlar sistemi var, jurnalistə dost yox, düşmən kimi baxırlar, tənqidi yadlarında saxlayır, jurnalistdən düşmən obrazı düzəldirlər. Məsələn, Nəriman Axundzadə Koşitsedəki hava limanında Toral Bayramova gileyləndirdi ki, “haqqımda belə yazdıqlarına görə neçə dəfə müsahibə istəyiblər, rədd eləmişəm”.

Üstündən 96 saat keçməmiş həmin Nəriman Serbiya ilə oyunda penaltini həvəskar kimi yerinə yetirdi, nəticədə U-21 xal qazanmaq imkanını itirdi. İndi durub yazacaqsan ki, qardaş, “Braqa” ilə ev oyunundakı qəhrəmanlıqdan sonra inkişafdan qalıbsan, dəfələrlə həlledici məqamlarda (Serbiya ilə oyunun sonunda da belə oldu) təkbətəkləri qaçırıbsan, səni özünə düşmən elan edəcək, növbəti səfərdə də hava limanında Torala səndən danışacaq.

Bir sözlə, mən azərbaycanlı futbolçuların indiki nəsli ilə bağlı qətiyyən nikbin deyiləm. Biz bu gün Gürcüstan və Ermənistan yığmalarının nəticələrinə baxanda dərindən köks ötürürüksə, AFFA-nı, yığmaların baş məşqçilərini ən sərt şəkildə tənqid ediriksə, arabir futbolçulara də nəzər salmalıyıq. Bizdə həm də güclü futbolçu-şəxsiyyətlər çatışmır. Səhvlərindən nəticə çıxaran, hansısa hədəflərə can atan, məşq bitəndən sonra da meydanda qalıb öz üzərində çalışan futbolçu-şəxsiyyətlər! Daha baş məşqçinin tapşırığını vecinə almayıb, penalti anında özfəaliyyətlə məşğul olan adi futbolçular yox!

...Məhəmməd Füzuli hələ 16-cı əsrdə qəzəllərinin birində belə yazırdı: “Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun”. Bax, Azərbaycan yığmasının, hətta bəlkə bütövlükdə futbolumuzun indiki obrazı bu beytə tam uyğun gəlir. Əminəm ki, Füzuli sağ olsaydı, Azərbaycan yığmasının oyununa baxmazdı!

MAHİR

Paylaş:
Digər xəbərlər

Yığma / Manşet

16-06-2024, 12:0

Qatı dindar, siqaret həvəskarı, Mourinyonun dostu... - Fernando Santuş haqda nə bilirik?

Manşet / Yazarlar

14-09-2024, 10:0

Santuşdan çəkinin, onda güzəşt yoxdu! - KÖŞƏ

Yığma / Manşet

11-07-2024, 22:0

Arif Əsədov Santuşa hesabat verib

Yığma / Manşet

7-09-2024, 19:0

“Sizlə razı deyiləm, mən qələbə gözləyirəm” – Fernando Santuş iddialı danışdı

Ölkə futbolu

3-07-2024, 17:0

Fernando Santuş Qəbələ şəhər stadionuyla tanış oldu

Ölkə futbolu / Manşet

1-07-2024, 14:0

Fernando Santuş tək gəlməyəcək

Aktual
“Kür-Araz” təxribata meyilli komandadı” – İmişlidəki dava-dalaşa nə səbəb olub?
“CBC Sport” mərkəzi qarşılaşmanı yayınlamayacaq
"Turan Tovuz" azarkeşlərinə müraciət etdi - "Bildirmək istəyirik ki, stadionumuzu avrokubok oyunlarına hazırlamaq üçün..."
“Şəki” 11 yox, 9 nəfərlə oynadı! – kapitan 4 oyunçunu da “tovlayıb”?
Abubakar “Portu”nu təbrik etdi, “Neftçi”ni yox!
"Mövsüm ərzində çəkdiyimiz əziyyətin bəhrəsini görəcəyik" - "Neftçi"dən iddialı açıqlama
Son xəbərlər
  • Bu gün, 16:01
    “Şaxtyor” ardıcıl 7-ci qələbəsini qazandı, Yarmolenko Rebrova çatdı - İCMAL
  • Bu gün, 15:49
    “Barselona”dan daha bir rekord
  • Bu gün, 15:24
    “Beşiktaş”da ikinci Sərgən Yalçın dönəmi başa çatdı!
  • Bu gün, 14:53
    “Real”, “Fənərbaxça” və “Valensiya” da “Olimpiakos”a qoşuldu
  • Bu gün, 14:22
    "Əsas məqsədim Avropada tanınan sistem qurmaqdı" - "Sabah"ın yeni baş məşqçisi
  • Bu gün, 13:58
    Premyer-liqada mövsümün ən gənc futbolçusu kimdi?
  • Bu gün, 13:29
    “Sabah”ın yeni baş məşqçisi bəlli oldu - RƏSMİ
  • Bu gün, 12:52
    “Kür-Araz” təxribata meyilli komandadı” – İmişlidəki dava-dalaşa nə səbəb olub?
  • Bu gün, 12:00
    İnzaqi bu komandadan da ayrılacaq
  • Bu gün, 11:33
    Lebron Ceyms üçün mövsüm bitdi
  • Bu gün, 11:02
    “Karolina” ardıcıl 8-ci qələbə ilə finalda!
  • Bu gün, 10:31
    “Şamaxı”nın futbolçusu əməliyyat olundu
  • Bu gün, 10:00
    “CBC Sport” mərkəzi qarşılaşmanı yayınlamayacaq
  • Dünən, 23:59
    “Şəfa”ya kubok nə vaxt təqdim olunacaq?
  • Dünən, 23:33
    "Turan Tovuz" azarkeşlərinə müraciət etdi - "Bildirmək istəyirik ki, stadionumuzu avrokubok oyunlarına hazırlamaq üçün..."
  • Dünən, 22:20
    “Araz-Naxçıvan” 20-ci dəfə ölkə çempionu oldu
  • Dünən, 21:42
    Elitada növbəti paytaxt təmsilçisi: addım-addım Bakı çempionatına doğru... - YAZI
  • Dünən, 21:06
    “Şəki” 11 yox, 9 nəfərlə oynadı! – kapitan 4 oyunçunu da “tovlayıb”?
  • Dünən, 20:41
    "Xankəndi" çempionluğunu rəsmiləşdirdi
  • Dünən, 19:57
    Region Liqasının qalibi bəlli oldu
  • Dünən, 19:11
    Jali Muaddib "Qarabağ"da - rəsmi
  • Dünən, 18:25
    Aleksey İsayev üçün əlamətdar oyun
  • Dünən, 17:54
    Millimiz Avropa çempionatında ikinci yeri tutdu
  • Dünən, 17:23
    Ramalinqomdan yubiley qolu
  • Dünən, 16:52
    Abubakar “Portu”nu təbrik etdi, “Neftçi”ni yox!
  • Dünən, 16:21
    Nərimanın baş məşqçisi qovuldu
  • Dünən, 15:51
    “Kəpəz”in futbolçusu 200-ə çatdı
  • Dünən, 15:23
    Zamiqin komandası böyükhesablı qələbə qazandı
  • Dünən, 14:52
    “Bavariya”da iki yeni müqavilə
  • Dünən, 14:31
    "Mövsüm ərzində çəkdiyimiz əziyyətin bəhrəsini görəcəyik" - "Neftçi"dən iddialı açıqlama
  • Dünən, 14:03
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 13:44
    “Klublar çalışmalıdı ki, hər birinin heyətində, heç olmasa, üç azərbaycanlı meydana çıxsın” - Rəşad Məcid
  • Dünən, 13:16
    “Çelsi”nin yeni baş məşqçisi olacaq
  • Dünən, 12:45
    Fransa olmasın, Mərakeş olsun!
  • Dünən, 12:14
    Slot antirekordçu məşqçi oldu
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 304
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 228
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə