• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

SOCAR-ın ad günündən “Neftçi”nin ağ gününə... - KÖŞƏ

Manşet / Yazarlar

14-09-2024, 20:0

Dünən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) yaradılmasından 32 il ötdü.

Qurumun futbolla sıx bağlılığı heç kimə sirr deyil. Bilindiyi kimi, prezidenti Rövşən Nəcəf həm də AFFA-da eyni vəzifəni icra edir. Bununla belə, SOCAR Türkiyə nəhəngi "Qalatasaray"ın sponsorlarından biridisə, "Neftçi"nin baş sponsorudu. Bəxt 31-ci ilinin son günlərində futbolla bağlı fəaliyyətində şirkətin üzünə gülmədi. İstər əsas, istərsə də aşağı yaş qruplarını əhatə edən millilər uğursuz nəticələrlə Rövşən Nəcəfin rəhbərlik etdiyi AFFA-nı tənqid atəşinə məruz qoydu. İstanbul təmsilçisi "Yanq Boyz"a sürpriz şəkildə məğlub oldu ki, nəticədə Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazana bilmədi.

"Neftçi"nin durumundan da xəbərdarıq. Bakılılar SOCAR-ın 32 yaşını sosial şəbəkə hesablarından təbrik etsə də, bunun istənilən səviyyədə olmadığını bilirik. Yeni mövsümdə qələbəyə həsrət qalan komanda azarkeşləri kimi, əsas sponsorunun qarşısında da xəcalət çəkir. Hər halda, burda şirkətin hansısa günahı yoxdu. Ona görə ki, klub SOCAR sayəsində ölkənin ən zənginləri sırasındadı və maliyyə sıxıntısından söhbət gedə bilməz. Bəs "ağ-qaralar"ın dərdi nədi?

Zarafat deyil, bakılılar turnir cədvəlində yalnız maliyyə problemləri içində üzən və ev oyunlarını Gəncədə keçirə bilməyən "Kəpəz"i qabaqlayır. Heyət yetərincə genişdi, baş məşqçi təcrübəli Roman Qruqorçukdu. Mütəxəssisin təyinatı zamanı əksəriyyət adıyla bağlı söz oyunu edərək "Roman roman yaza biləcəkmi?" ifadəsindən istifadə edirdi. İndi kollektiv cızma-qaradan başqa nəyisə xatırlatmır.

Maraqlıdı ki, bu üzdən çalışdırıcını günahlandıranların sayı azdı. Əlbəttə, Roman İosifoviçin karyerasına, xüsusilə "Qəbələ" ilə bacardıqlarına bələd olanlar səbəbkarın məhz o olmadığını bilir. Lakin klubun bu yöndə diqqətçəkən ideyası var. Mütəxəssis hər transferdən sonra yeni futbolçuyla bağlı açıqlama verir. Elə tərifləyir... Gəl, görəsən. Belədə Qriqorçukun da uğursuz heyətlə bağlı danışarkən əli-qolu bağlanır. O, heç vaxt deyə bilməz ki, seçimi mən etmədim və ya bəyənmədim, amma gətirdilər. Qısası, bütün məsuliyyət baş məşqçinin üzərindədi və müyəxəssis istəsə də, bundan boyun qaçıra bilməz. Baxmayaraq ki, nəticələrdə Emin Mahmudovla Ramil Şeydayevin böyük "xidmətləri" var. Artıq onların arasında soyuq müharibənin getdiyi haqda şayiələr də yayılıb. İstər millidə, istərsə də "Neftçi"də özünü yaxşı tərəfdən göstərə bilməyən futbolçuların amalı bilinmir.

O bəllidi ki, komandanın çətin günləri hələ qabaqdadı. Qriqorçuk demişkən, artıq qalib gəlməmək üçün səbəb yoxdu. Mütəxəssis fasilədə ümumi vəziyyəti yaxşı təhlil etdiyini, durumun nə yerdə olduğunu bildiyini deyir. İddia edir ki, son iki həftə ərzində komandanı komplektləşdirib. Bu, nigaran "Neftçi" azarkeşləri üçün böyük vəddi. İndi tərəfdarlar komandadan ardıcıl qələbələr gözləyir. Yəqin ki, onlar uğurlu seriyanın "Zirə"ni məğlub etməklə başlamasını istəyir. Nə dərəcədə alınar, bilmirik. Bu yöndə arxayın danışa bilmək üçün "ağ-qaralar"ın dövrənin qalan oyunlarındakı performansına, nəticələrinə şahidlik etmək lazımdı. Əmin olduğumuz məsələ isə tezliklə söz-söhbətə son qoyulmasının vacibliyidi. Yerli futbolçular, xüsusən də Emin və Ramil toparlanmalı, uğura köklənməlidi. Təbii ki, yerli və ən təcrübəli oyunçuların silinib-atılmasındansa, daha yaxşı formada meydana çıxmasının tərəfdarıyıq. Amma bunu onlar özləri istəməlidi.

Ümumiyyətlə, hər kəs qeyd-şərtsiz buna köklənməlidi. Vaxtilə həmin ab-havanı Adrian Mutu yaratmışdı. Hər uğursuz nəticədən sonra yağlı vədlər verir, “Neftçi”nin strategiyası olduğunu, böyük layihələrin həyata keçiriləcəyini deyirdi. İndi isə fərqli danışır. “Digi Sport” nəşrinə açıqlama verən sabiq baş məşqçi dilə gətirir ki, “Neftçi”nin maliyyə şərtləri məni həmin təklifi qəbul etməyə vadar etdi. Sözsüz, Qriqorçuku da vəd olunan qazanc heyrətə gətirib. Onun da gələcəkdə belə danışa biləcəyini istisna etmirik. Məhz bu üzdən yuxarıda SOCAR-dan danışdım, şirkətin futbola ayırdığı maliyyəni xatırlatdım.

Uzun illərdi ki, həmin maliyyə gücü “Neftçi”nin əlindədi və çoxunun ağzını sulandırır. İndi nəinki Qriqorçuk, Cenk Sümər və Yens Andersson da işiylə kluba, sadəcə, “qara qızıl”dan pay götürmək yox, məhz bəhs edilən strategiyanı həyata keçirmək üçün gəldiyini sübut etməlidi. “Neftçi”nin şirkətə doğum günü hədiyyəsi isə yalnız qara yox, həm də ağ gün olmalıdı!

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Dünya futbolu / Manşet

4-07-2023, 23:0

SOCAR “Qalatasaray”ın sponsoru oldu

Premyer-liqa / Manşet

15-06-2023, 22:0

“Neftçi”nin yeni titul sponsoru bəlli oldu

Dünya futbolu

31-07-2023, 15:0

SOCAR və “Qalatasaray” arasında sponsorluq müqaviləsi imzalanıb

Ölkə futbolu / Manşet

2-04-2024, 11:0

AFFA-ya yeni prezident seçildi - YENİLƏNİB

Ölkə futbolu / Manşet

26-03-2024, 01:0

“SOCAR-ın rəhbərinin AFFA-ya prezident təyin olunmasında qeyri-adi heç nə görmürəm” – Yaşar Seyidov

Aktual
“Sabah” Maludanı 3 milyon avroya satdı!
KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
“Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
“Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
“Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
Son xəbərlər
  • Bu gün, 19:42
    “Sabah” Maludanı 3 milyon avroya satdı!
  • Bu gün, 19:18
    "Sabah" KuPS ilə üz-üzə - YENİLƏNİR
  • Bu gün, 18:22
    "Qəbələ" portuqaliyalı vinger aldı
  • Bu gün, 18:00
    KuPS - "Sabah": START HEYƏTLƏRİ
  • Bu gün, 17:30
    KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
  • Bu gün, 17:10
    “İmişli”nin akademiyasında təlim təşkil olundu
  • Bu gün, 16:44
    “Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
  • Bu gün, 16:13
    “Araz-Naxçıvan” Qəbələdə bu şəhərdə qəbul edəcək
  • Bu gün, 15:52
    “Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
  • Bu gün, 15:33
    Fiziki performansın qiymətləndirilməsi üzrə vebinar keçirildi
  • Bu gün, 15:01
    "Qarabağ" və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
  • Bu gün, 14:06
    Arda Gülər Mourinyo haqda nə dedi?
  • Bu gün, 13:50
    “Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
  • Bu gün, 13:19
    “Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
  • Bu gün, 12:58
    "Səbail"in sabiq qapıçısı "Xankəndi"də
  • Bu gün, 12:37
    AFFA məşqçilər üçün onlayn təlim keçirdi
  • Bu gün, 11:54
    Millimiz Portuqaliya ilə üz-üzə gələcək
  • Bu gün, 11:23
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 10:52
    “Sabah”ın matçını bu kanal göstərəcək
  • Bu gün, 10:31
    “Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
  • Bu gün, 10:00
    İstanbul nəhənglərinin hədəfində olan ulduzdan transfer açıqlaması
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:10
    MS-ni tərk edə bilər
  • Dünən, 18:37
    Elxan Səmədov Serbiya superliqasının baş katibi ilə görüşdü
  • Dünən, 18:06
    Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
  • Dünən, 17:30
    "Qarabağ"dan azarkeşlərinə şad xəbər!
  • Dünən, 17:00
    "İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 110
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 102
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə