İsmael Bennaser uzun müddət futbol oynaya bilməyəcək.
“Milan”ın yarımmüdafiəçisi ağır zədə alıb. O, Əlcəzair yığmasının düşərgəsində sintetik örtüklü meydanda məşq edərkən baldır əzələsindən xəsarət alıb.
Yığmanın həkimləri İsmaelin zədəsinin bərpası üçün təxminən 3 ay vaxt tələb olunduğu qənaətinə gəliblər. Bennaseri “Milan”ın həkimləri də müayinə edəcəklər.