Millimiz Millətlər Liqasına uğursuz start verdi. "Tofiq Bəhramov"da İsveçə uduzan komanda (1:3) sabah Slovakiyanın qonağı olacaq.
Bilindiyi kimi, "Sabah"ın hücumçusu Pavol Şafranko slovakdı. Bu üzdən futbolçunun növbəti matçla bağlı fikirlərini öyrəndik. Onun "Football-plus.az"a dedikləri:
"Azərbaycan millisinin İsveç yığması ilə oyununa baxdım. Bəzi oyun elementlərinə görə Azərbaycan yığmasının oyunu xoşuma gəldi. Amma məncə, Slovakiya millisi daha təcrübəlidi və buna görə müəyyən üstünlüyə malikdi. Fikrimcə, hər iki komanda qələbə üçün oynayacaq. Bizi maraqlı oyun gözlədiyini düşünürəm".
Qeyd edək ki, bu gün keçiriləcək matç saat 20.00-da başlayacaq.
KƏNAN BAHADIR