• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Şeydayevin özbaşınalığı yığmaya baha başa gəldi - REPORTAJ

Yığma / Reportaj

7-09-2024, 17:0

Millətlər Liqası, qrup mərhələsi
C liqası, 1-ci qrup
Azərbaycan - İsveç 1:3 (0:0)

23. Mehdi Cənnətov
3. Elvin Cəfərquliyev
15. Bədavi Hüseynov
4. Bəhlul Mustafazadə
22. Abbas Hüseynov
(2. Amin Seydiyev, 83)
7. Coşqun Diniyev
(10. Ozancan Kökçü, 75)
8. Emin Mahmudov (k)
(18. Ceyhun Nuriyev, 69)
20. Aleksey İsayev
(16. Elvin Camalov, 83)
17. Toral Bayramov
9. Renat Dadaşov
11. Ramil Şeydayev
(19. Nəriman Axundzadə, 83)
Ehtiyat oyunçular
1. Rza Cəfərov
12. Yusif İmanov
5. Şəhriyar Əliyev
6. Emil Mustafayev
13. Rahil Məmmədov
14. Rüstəm Əhmədzadə
21. Xəyal Nəcəfov
Baş məşqçi: Fernando Santuş
12. Viktor Yohansson
6. Lüdviq Auqustinsson
4. İsak Hin
2. Aleks Duqlas
(7. Lukas Berqvall, 72)
3. Linus Valkvist
(8. Yens Kayuste, 72)
18. Yasin Ayyari
(15. Karl Starfelt, 72)
19. Mattias Svanberq
(14. Anton Saletros, 64)
11. Entoni Elanqa
(13. Ken Sema, 46)
9. Aleksandr İsak
21. Deyan Kulusevski (k)
17. Viktor Dyokereş
Ehtiyat oyunçular
1. Yakob Zetterstrem
23. Kristoffer Nordfeldt
5. Edvin Kurtuluş
16. Niklas Eliasson
20. Hüqo Larsson
22. Sebastyan Nanasi
10. Qustaf Nilsson
Baş məşqçi: Yon Dal Tomasson

Qollar: A.İsak, 65 (0:1). A.İsak, 71 (0:2). V.Dyokereş, 80-p. (0:3). R.Dadaşov, 82 (1:3).
R.Şeydayev 45+5-ci dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: R.Dadaşov, 49. L.Valkvist, 59. M.Cənnətov, 79. A.Saletros, 90+1 - sarı.
Hakimlər: BALAŞ BERKE, Ventsel Tot, Balaş Szert, Çaba Pinter (hamısı Macarıstan).
VAR hakimi: Tamaş Boqnar (Macarıstan).
VAR hakiminin köməkçisi: Katalin Kulçar (Macarıstan).
Hakim-inspektor: Levan Paniaşvili (Gürcüstan).
UEFA nümayəndəsi: Mixalis Mitas (Cənubi Kipr).
5 sentyabr. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 9450 tamaşaçı.
Hər hissəyə 3 dəqiqə əlavə olunub.

11 (8) qapıya (“çərçivə”yə) zərbə  21 (9)
2 künc zərbəsi 8
2 ofsayd 1
4 qayda pozuntusu 20
2 (0) sarı (qırmızı) vərəqə 2 (0)
42 topa sahibolma (faizlə) 58


İsveçin hədəfi, sadəcə, turnirə uğurlu başlamaq yox, həm də AÇ-2024-ün seçmə oyununda qeydə alınan 0:3 hesablı darmadağının əvəzini çıxmaq idi. Təbii ki, yığmamızın da özünə görə motivasiyası var idi. Axı komanda yeni baş məşqçinin rəhbərliyi altında ilk oyuna çıxırdı.

Heç azarkeşlər yerini rahatlamamış hesab açıla bilərdi. 2-ci dəqiqədə Emin Abbasın cərimə meydançasının yaxınlığına ötürməsini düzgün qəbul edə bilmədiyindən hücum yarımçıq qaldı. Növbəti təhlükəli vəziyyəti də çox gözləmədik. Emin sol cinahla irəliləyən Ramilin qapı önünə göndərdiyi topa çata bilməsə də, qapıçının səhvi "kürə"nin meydanda qalmasına səbəb oldu. Bu məqamda sanki yığmamızın bəxtinə qıfıl vuruldu. Qolkiper Emin, Ramil və Abbasın ardıcıl zərbələrini dəf etməklə “günahını yudu". Ardından Mehdi Kulusevskinin hesabı açmasına imkan vermədi.

Sevindirici haldı ki, qonaqlar ilk dəqiqələrdən müdafiə olunur, hətta bunu arzuladıqları səviyyədə bacarmırdılar. Qapıçı 8-ci dəqiqədə Renatın "çərçivə"yə yönəltdiyi topu qarşıladı. Rəqibin irəli çıxmasına Bəhlul - Abbas cütlüyü mane olurdu. Bu ərəfədə Elanqanın qapıya zərbəsi Bəhlulun müdaxiləsindən sonra tirin üzərindən keçdisə, Svanberqə Mehdi mane oldu. Yığmamızın növbəti real qol imkanı uzatma dəqiqələrinə təsadüf etdi. Burda Ramil Toralın cərimə meydançası daxilinə ötürməsini qəbul etdi. Lakin Hin və Auqustinsson eyni anda kobud müdaxiləylə futbolçumuzu yerə yıxdı. Balaş  yaşananlara əvvəl laqeyd yanaşdı. Sonra VAR-dan gələn xəbərdarlıqla epizodu incələyib penalti təyin etdi. Təəssüf ki, 11 metrlik cərimə zərbəsini yerinə yetirən Ramilin qüvvətli olmayan zərbəsini dəf etmək Viktor üçün çətin olmadı. Belədə komandalar fasiləyə qolsuz bərabərliklə yollandı.

İkinci yarı qonaqların güclü təzyiqi ilə başladı. Bəli, millimiz bəzi məqamlarda rəqibi üstələdi, hətta qol vəziyyətləri də yaratdı. Lakin qonaqların ardıcıl qolları işləri korladı. Detallı desək, 49-cu dəqiqədə İsakın zərbəsi qapıdan aralı keçdi. Onun növbəti cəhdlərinin təhlükə yaratmasına isə Bəhlul, ardından Bədavi imkan vermədi. Svanberqin "çərçivə"ni qeyri-dəqiq nişan alması da gözdən qaçmadı. Yığmamız 54-cü dəqiqədə hücuma keçdi ki, Viktor irəli atılaraq Elvinin cərimə meydançası daxilinə göndərdiyi topa sahib çıxdı. Bu ərəfədə millimiz zəif təsir bağışlayır, hücum cəhdlərini reallaşdıra bilmirdi. Qonaqlar 55-ci dəqiqədə Alekseyin, 56-cı dəqiqədə Elvinin qapıya yaxınlaşmalarına mane olmaqla təhlükənin qarşısını aldı. Alekseyin ünvansız ötürmə üzündən topu itirməsi isə rəqibin hesabı açmasıyla nəticələndi. Bədavinin qarşısını ala bilmədiyi Dyokereş qapıya paralel ötürmə etdi və İsak 65-ci dəqiqədə topu tora qovuşdurdu. Az sonra İsakın dubluna şahidlik etdik. O, Dyokereşin qapı önünə ötürməsini qolla tamamladı. Təbii ki, burda Bədavinin sürəti hesabına İsakı qabaqlaya bilməməsi və Mehdinin müdaxilə üçün gecikməsi ön plana çıxdı. 

Hesabın dəyişməsi yığmamızı xeyli ruhdan saldısa, rəqibin, xüsusilə İsakın iştahını artırdı. O, növbəti hücumu qolla tamamlamaq üzrə idi ki, Mehdinin müdaxiləsiylə yerdə qaldı. Daha dəqiqi, qolkiperin futbolçunu aşkar qol imkanından məhrum etməsi - ayaqlarından yapışaraq yerə yıxması Balaşın "nöqtə"ni göstərməsiylə nəticələndi. Penaltini dəqiq yerinə yetirən Dyokereş fərqi 3-ə çatdırdı! İndi təsəlli qoluna ehtiyac var idi. Xoşbəxtlikdən bunu çox gözləmədik. 82-ci dəqiqədə Toralın Ozancanın ötürməsindən sonra sahiblənərək cərimə meydançasının daxilinə göndərdiyi topu Renat başla zərbəylə tora qovuşdurdu. Onun 90-cı dəqiqədəki zərbəsi isə tirdən döndü. Elə bu ərəfədə Elvinin cəhdinə dirək mane oldu ki, hakimin final fitini duyduq. Beləliklə, yığmamızın Millətlər Liqası, Santuşun Azərbaycan yolçuluğu məğlubiyyətlə başladı.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Yığma

5-09-2024, 19:0

Azərbaycan - İsveç: START HEYƏTLƏRİ

Yığma

30-08-2024, 11:0

Millimizin İsveç və Slovakiya ilə oyunlar üçün heyəti

Yığma / Manşet

28-03-2023, 00:0

Millimiz darmadağın oldu - YENİLƏNİB

Yığma / Manşet

18-09-2022, 23:0

Yığmamızın heyəti açıqlandı

AÇ

17-06-2023, 19:0

AÇ-2024: Azərbaycan və Estoniya millilərinin start “11-liy”i

Yığma / Manşet

13-11-2022, 23:0

Millimizin heyəti açıqlandı

Aktual
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
“Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
Savonun durumu bilindi - əməliyyat olunmayacaq
Son xəbərlər
  • Dünən, 23:54
    Gözlənilən transfer rəsmiləşdi
  • Dünən, 23:30
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 22:57
    Amsterdamda qərar tutdu
  • Dünən, 22:27
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 21:56
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • Dünən, 21:26
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • Dünən, 20:52
    Turini tərk etdi
  • Dünən, 20:31
    Madriddən Londona yollandı
  • Dünən, 20:00
    "Şəmkir"də yeni vitse-prezident
  • Dünən, 19:49
    Tezliklə “Arsenal”a qoşulacaq
  • Dünən, 19:00
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 18:30
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:59
    Diqqət, diqqət: “Qarabağ” 6 saatdı qol vurmur!
  • Dünən, 17:16
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 16:52
    Martinesin yeni qiyməti açıqlandı
  • Dünən, 15:57
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 15:16
    “Ötən mövsüm səhvimiz məhz bunda oldu” - Modriç “Milan”da əsas hədəfini açıqladı
  • Dünən, 14:46
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 14:00
    “Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
  • Dünən, 13:17
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 12:41
    Londonda iş yerini dəyişdi
  • Dünən, 12:00
    Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
  • Dünən, 11:30
    Şayiələrə son qoydu
  • Dünən, 11:05
    “Təftişin nəticəsi məxfidi” dedi və dayandı
  • Dünən, 10:35
    “Real”ın oyunçularından son xəbərlər
  • Dünən, 10:00
    “Barselona”dan yeni transfer
  • Dünən, 00:01
    Niderlanda yollanacaq
  • 7-08-2026, 23:0
    Bolonyadan paytaxta üz tutdu
  • 7-08-2026, 22:0
    “Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
  • 7-08-2026, 22:0
    Savonun durumu bilindi - əməliyyat olunmayacaq
  • 7-08-2026, 21:0
    “Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
  • 7-08-2026, 21:0
    Dünya çempionu vəfat etdi
  • 7-08-2026, 21:0
    “Real”ın mənə ehtiyac duyduğu hər mövqedə oynamağa hazıram” - Bernardo Silva heyranlıq duyduğu futbolçuların adlarını açıqladı
  • 7-08-2026, 20:0
    "Şimal" xaçmazlı iş adamı ilə əməkdaşlıq müqaviləsi imzaladı
  • 7-08-2026, 20:0
    "Sumqayıt" Qətər klubu ilə heç-heçə etdi
Daha çox
Oxunub: 139
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 124
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 97
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 95
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 87
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə