Misli premyer-liqasının 5-ci turunda bu gün "Sabah"ı qəbul edəcək "Kəpəz" oyuna itkilərlə çıxacaq.
"Football-plus.az" xəbər verir ki, Elmir Tağıyev, Tural Rzayev, Rojerio Santos və Elgün Bayramov bugünkü matçda iştirak edə bilməyəcək. Bu futbolçular zədəlidi.
Qeyd edək ki, Tovuz şəhər stadionunda keçiriləcək "Kəpəz" - "Sabah" matçı saat 19.30-da başlayacaq.