• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Berdıyev 72 yaşını Azərbaycan çempionatının zirvəsində tamamladı - ŞƏRH

Premyer-liqa / Manşet

28-08-2024, 20:0

Misli premyer-liqasında 4-cü tur da geridə qaldı. Özü də sensasiyalarla zəngin oldu.

Fikri “Dinamo”nun yanında olan “Qarabağ”ın evdə “Turan Tovuz”a, həmçinin çempionluğa namizədlərdən sayılan “Zirə”nin də elitaya yeni yüksələn “Şamaxı”ya uduzması hər kəsi təəccübləndirdi. Hələ ki yanılmadığımız və gözləntilərimizi doğrulayan “Kəpəz”di.
Açılış matçında “Səbail”in sərgilədiyi oyun Şahin Diniyevin “bu komandaya maksimum 3 tur lazımdı” sözlərini təsdiqlədi. Əlbəttə, “Kəpəz” bu qarşılaşmanın aşkar autsayderi idi. Buna baxmayaraq, “dənizçilər”in meydanda sərgilədiyi kombinasiyalı oyunu da gözardı etmək olmaz. Yəni ilk turlarda autsayderlər sırasında adı hallanan “Səbail” bundan sonra daha yaxşı nəticə göstərmək potensialı olduğunu hiss etdirdi. “Kəpəz” üçün isə hələlik ümidverici heç nə görünmür. İndi gəncəlilərin hesabında nə qol var, nə də xal!

“Qarabağ” – “Turan Tovuz” matçı daha çox Qurban Qurbanovla Kurban Berdıyev dueli kimi diqqəti çəkirdi. İlk dueldən qalib ayrılan Berdıyev (yeri gəlmişkən, türkmən mütəxəssis srağagün 72 yaşını tamamladı) bu mövsüm çempionluq yolunda “Qarabağ” əngəl törədə biləcəyini göstərdi. Tovuzluların geridə qalan 4 tur ərzində hələ də qapısında qol görməməsi yaxşı nəticədi. Bu tilsimi kimin qıracağı isə maraqla gözlənilir. Çünki Berdıyev özünəməxsus müdafiə redutları qurur. Əlbəttə, “Qarabağ”ın üzərində Zaqreb “Dinamo”su ilə ağır oyunun yorğunluğu da var idi. Ancaq ağdamlıların qonaqların qapısına 90 dəqiqə ərzində cəmi iki dəfə dəqiq zərbə endirə bilməsi Berdıyevin yetirmələrinin müdafiədə heç bir boşluğa yol vermədiyi gerçəyini dəyişmir. Təbii ki, məğlubiyyətə baxmayaraq, yenə də çempionluğa əsas namizəd “Qarabağ”dı.

“Neftçi”nin oyunu haqda isə çox danışmağa ehtiyac görmürəm. Klubdakı dəyişikliklərə baxmayaraq, reallıq odu ki, “ağ-qaralar” hələ də ötən mövsümdəki performansını davam etdirir. Ötən mövsüm də “Araz-Naxçıvan”la oyunlarda çətinlik çəkən “Neftçi” bu dəfə son dəqiqə qoluyla bir xal qazandı. Hələ həmin qolun “feyr-pley” qaydalarına nə dərəcədə uyğun olması da söhbət mövzusudu. Muxtar Respublika təmsilçisi bu oyunda daha üst sıralara yüksələ bilmək potensialına sahib olduğunu göstərdi.

Avrokuboklardan qopan “Sabah”ın artıq çempionata fokuslandığını demək mümkündü. “Sumqayıt” “bayquşlar”dan daha tez Avropa ilə vidalaşsa da, hələ də toparlanmaqda çətinlik çəkir. Komandada heyət yetərsizliyi ilə yanaşı, ruh düşkünlüyü də var. “Kimyaçılar”ın bu mövsüm nə qədər iddialı ola biləcəyini öyrənmək üçün ən azı daha iki tura ehtiyac olduğunu düşünürəm. Krunoslav Renduliçin rəhbərliyi altındakı “bayquşlar”ın avrokuboklardakı son oyunlarını nəzərə alaraq, çempionluğa aşkar namizəd olduğunu söyləməyə çəkinirəm.

“Zirə”nin də Nikosiya darmadağının təsirindən çıxa bilmədiyini gördük. “Qartallar”ın bu ab-hava ilə “Omoniya”ya qarşı Bakıdakı cavab görüşündə necə təsir bağışlayacağı sual altındadı. Ümid edirəm ki, məğlubiyyətə baxmayaraq, komandasının oyunundan razı qalan Rəşad Sadıqov bu görüşdə istədiyini müəyyən qədər ala bilib. “Şamaxı”nın isə hücum xəttində nə qədər təhlükəli ola biləcəyini gördük. Yeni transferlər yetərincə effektli idi. “Şirlər” hücumla yanaşı, müdafiədə də yaxşı təsir bağışladı.

Misli premyer-liqası
1-ci dövrə, 4-cü tur
23 avqust
Səbail – Kəpəz 4:0
24 avqust
Qarabağ – Turan Tovuz 0:1
Araz-Naxçıvan – Neftçi 1:1
25 avqust
Sabah – Sumqayıt 3:1
Zirə - Şamaxı 0:1


1. Turan Tovuz 4 3 1 0 5-0 10
2. Sabah 4 2 1 1 7-5 7
3. Qarabağ 3 2 0 1 7-2 6
4. Zirə 3 2 0 1 6-2 6
5. Sumqayıt 4 2 0 2 5-5 6
6. Səbail 4 1 1 2 7-7 4
7. Şamaxı 3 1 1 1 3-3 4
8. Araz-Naxçıvan 3 1 1 1 3-5 4
9. Neftçi 4 0 3 1 2-4 3
10. Kəpəz 4 0 0 4 0-12 0

Bombardirlər: Davit Volkov (Zirə) – 3, Riçard Almeyda (Qarabağ), Xəyal Nəcəfov (Turan Tovuz), Ayman Bouali, Suleyman Alluş (hər ikisi "Səbail"), Namik Ələskərov (Sabah) – 2.

Növbəti turun proqramı
30 avqust, 17.45. Turan Tovuz – Səbail
30 avqust, 20.00. Sumqayıt – Araz-Naxçıvan
31 avqust, 17.00. Şamaxı - Neftçi
31 avqust, 19.30. Kəpəz - Sabah
1 sentyabr. 20.45. Zirə - Qarabağ

KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

19-07-2024, 19:0

2024/25 mövsümü Misli premyer-liqası və Ölkə Kubokunun təqvimi müəyyənləşdi

1-ci liqa

17-08-2022, 17:0

Birinci divizionda mövsümün təqvimi açıqlandı

Premyer-liqa

22-07-2022, 16:0

Azərbaycan premyer-liqasında yeni mövsümün təqvimi açıqlandı

Premyer-liqa

6-09-2023, 16:0

Çempionluğa namizədlər hardadı?! - TURUN ŞƏRHİ

Ölkə futbolu

27-08-2024, 22:0

“Turan Tovuz” əvəzedicilər liqasında da liderdi! - ŞƏRH

Premyer-liqa / Manşet

18-09-2022, 20:0

“Kəpəz” 1660 gün sonra

Aktual
İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
“Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
"Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
Son xəbərlər
  • Bu gün, 09:08
    "Ay-ulduzlular" evə üzüqara qayıdır… - DÇ səhəri
  • Bu gün, 08:52
    Səidcəmşid və Murad yarımfinalda - Dünya kuboku
  • Bu gün, 08:30
    “Bəlkə də İtaliya 64 komandalı turnirə vəsiqə qazanacaq...” - DÇ-nin zarafatı
  • Bu gün, 08:08
    Kişilər uduzdu, qadınlar qələbə qazandı - Avropa Liqası
  • Bu gün, 08:00
    PFL qalibləri mükafatlandırdı - "Ayın qolu"
  • Bu gün, 01:04
    ABŞ yenə inamlı qələbə qazandı, türkün səhəri necə açılacaq? - DÇ gecəsi
  • Bu gün, 00:00
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 23:30
    "İmişli"də daha 4 ayrılıq
  • Dünən, 23:01
    İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
  • Dünən, 22:40
    Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
  • Dünən, 22:19
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:48
    “Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
  • Dünən, 21:31
    La Liqada yeni təyinat
  • Dünən, 21:00
    "İmişli"də ayrılıq
  • Dünən, 20:44
    "Neftçi" Rezabala ilə vidalaşdı
  • Dünən, 20:13
    “Liverpul” gənc futbolçu aldı
  • Dünən, 19:42
    Dörd matçı 281223 tamaşaçı izlədi - DÇ-nin rekordu
  • Dünən, 19:11
    “Real”da Silva ilə Konateni Fernandes müşayiət edəcək
  • Dünən, 18:43
    Sinnerlə Sobolenko öndədi
  • Dünən, 18:10
    Aydın Süleymanlı Maqnus Karlsenə qalib gəldi!
  • Dünən, 17:49
    Müharibə veteranları iddia qaldırdı
  • Dünən, 17:32
    Püşk üzümüzə güldü, bəs sonra? - əsas mərhələyə qədər irəliləməyə borclusuz!
  • Dünən, 17:19
    Tahir Abdullayev UFC Fight Night Baku-da döyüşəcək
  • Dünən, 16:58
    "Şəfa" futbolçusuyla yenidən anlaşdı
  • Dünən, 16:27
    "Araz-Naxçıvan" xorvatiyalı müdafiəçi transfer etdi
  • Dünən, 15:56
    ABŞ və Kabo Verdedən hərəyə iki oyunçu - DÇ-nin rəmzi komandası
  • Dünən, 15:35
    Milli komandada yeni müqavilə
  • Dünən, 15:14
    "Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
  • Dünən, 14:51
    Millimizin rəqibləri məlum oldu - DÇ
  • Dünən, 14:30
    Klubunda hamını arxada qoydu
  • Dünən, 13:59
    "Mərhələ iki oyundan ibarətdi, hər şey baş verə bilər" - Valdas Dambrauskas
  • Dünən, 13:28
    Doğma klubuna qayıtdı
  • Dünən, 13:07
    “Hər mərhələ fərqli yanaşma tələb edir” - Antonellinin özünəinamı artıb
  • Dünən, 12:56
    Qüdrətli PSV və qalan iştirakçılar
  • Dünən, 12:45
    FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
Daha çox
Oxunub: 283
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 251
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 246
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə