Qazaxıstanlı tennisçi Yelena Rıbakina sosial şəbəkədəki səhifəsində xorvatiyalı məşqçi Stefano Vukovla əməkdaşlığı dayandırdığını xəbər verib:
“Hər kəsə salam. 5 illik əməkdaşlığın ardından Stefano və mən artıq birgə çalışmırıq. Kortdakı əməyinə görə ona minnətdaram, gələcəkdə hər şeyin ən yaxşısını arzulayıram. Dəstəyinizə görə hamınıza “sağ ol” deyirəm”.
Xatırladaq ki, 25 yaşlı Rıbakina avqustun 15-də Sinsinnati turnirində kanadalı Leyla Fernandesə uduzub.