Millimiz iki yoldaşlıq görüşü keçirəcək

26.08.2024 15:58 336
İdman
Futzal millimiz AÇ-2026-nın əsas mərhələsinə hazırlıq məqsədi ilə 2 beynəlxalq yoldaşlıq oyunu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, komanda sentyabrın 19-da və 20-də Çexiya yığması ilə gücünü sınayacaq. Hər iki oyun Zlin şəhərində keçiriləcək.

Qeyd edək ki, millimiz Avropa çempionatının əsas mərhələsində İsveç, Xorvatiya və Yunanıstanla qarşılaşacaq.