UEFA klublarımıza 1 milyon avrodan çox ödədi

25.08.2024 13:13 340
Avropa Liqası / Konfrans Liqası
2024/25-ci illər mövsümündə avrokuboklarda (Avropa Liqası, Konfrans Liqası) çıxış edən premyer-liqa klubları üçün UEFA tərəfindən ayrılmış ödənişlər AFFA-nın vasitəçiliyi ilə müvafiq klubların hesabına köçürülüb.

“Football-plus.az” AFFA-nın saytına istinadən xəbər verir ki, ödəniş “Zirə”yə Avropa Liqasındakı, “Sumqayıt”a (tam ödəniş) və “Sabah”a isə Konfrans Liqasındakı çıxışa görə edilib.

“Zirə” – 349 min 600 avro
“Sabah” – 174 min 600 avro
“Sumqayıt” – 524 min 600 avro