UEFA 3 klubumuza ödəniş etdi

27.11.2023 14:54 211
Ölkə futbolu
2022/23 mövsümündə avrokuboklarda çıxış edən klublarımızdan üçünə UEFA tərəfindən ödəniş olub.

“Football-plus.az” xəbər verir ki, qitə futbol qurumu tərəfindən Konfrans Liqasında çıxışa görə “Neftçi”, “Qəbələ” və “Zirə”yə ayrılan əlavə ödənişlər AFFA-nın vasitəçiliyi ilə onların hesabına köçürülüb.

“Neftçi” 106 943 avro, “Qəbələ” və “Zirə” isə hərəyə 64 166 avro gəlir əldə edib.