• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Sabah” bu dəfə fiaskodan xilas ola bilmədi! - REPORTAJ

Reportaj / Konfrans Liqası

17-08-2024, 21:0

Konfrans Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunu
Sabah – Sent Patriks (İrlandiya) 0:1 (0:0)

1. Yusif İmanov
7. Boyan Letiç
3. Con İrasabal
44. Sofyan Çakla
2. Amin Seydiyev
4. Elvin Camalov (k)
(9. Anatoli Nuriyev, 78)
6. Abdulla Xaybulayev
(5. Rəhman Daşdəmirov, 30)
70. Cesse Sekidika
(77. Şakir Seyidov, 78)
20. Coy-Lens Mikels
11. Kahim Parris
(10. Namik Ələskərov, 58)
18. Pavol Şafranko
(88. Xəyal Əliyev, 58)
Ehtiyat oyunçular
55. Nicat Mehbalıyev
94. Rəvan Mirzəmmədov
14. İqor Noqeyra
17. Tellur Mütəllimov
22. Abdulla Rzayev
33. Camal Cəfərov
99. Neqoş Kupusoviç
Baş məşqçi: Krunoslav Renduliç

94. Jozef Ananq
3. Antoni Breslin
21. Aksel Sjöberq
5. Tom Qrivosti
4. Jozef Redmond (k)
6. Cemi Lennon
17. Romal Palmer
(30. Al-Amin Kazeem, 90)
8. Kris Forrester
(16. Aaron Bolcer, 73)
20. Cek Mulraney
(10. Kian Levi, 78)
26. Zaxari Elbuzedi
(11. Ceyson Makklilland, 90)
9. Meyson Melia
(18. Aydan Kina, 73)
Ehtiyat oyunçular
1. Daniel Rocers
14. Brendon Keyvinic
19. Aleks Nolan
22. Konor Kili
23. Rayan Maklauclin
24. Luk Törner
31. Maykl Nuunan
Baş məşqçi: Stiven Kenni

Qol: Z.Elbuzedi, 48.
Vərəqə: S.Çakla, 27 – qırmızı.
Hakimlər: MARSEL BİRSAN, Radu Qinqulyas, Adrian Vorniku, Andrey Antoni (hamısı İrlandiya).
VAR hakimi: Radu Petresku (Rumıniya).
VAR hakiminin köməkçisi: Rares Vidican (Rumıniya).
Hakim-inspektor: İqor Satçi (Moldova).
UEFA nümayəndəsi: Enqli Kokona (Albaniya).
15 avqust. Bakı. “Bank Respublika Arena”. 6132 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
İlk oyun - 0:1.

10 (3) qapıya (“çərçivə”yə) zərbə 5 (1)
5 künc zərbəsi 6
1 ofsayd 0
6 qayda pozuntusu 3
0 (1) sarı (qırmızı) vərəqə 0 (0)
51 topa sahibolma (faizlə) 49

Ötən həftə keçirilən ilk oyunlardan sonra şansı ən aşağı qiymətləndirilən “Sabah” idi. Bəli, “Qarabağ” da ilk matçda məğlub olmuşdu. Lakin “köhlən atlar”ın potensialına, avrokubok təcrübəsinə güvənənlər mərhələ adlayacağına şübhə etmirdi. Bəs “bayquşlar”? Tarixində ikinci dəfə Konfrans Liqasında iştirak edən, ilk görüşdən məğlub ayrılan, çempionata uğursuz başlayan Masazır təmsilçisindən qələbə gözləməyə dəyərdimi?

Əvvəldən bildirək ki, Renduliç Lepinitsanın yerini Abdula ilə dolduracağını düşünmüşdü. Mütəxəssis seçiminin doğru olmadığını çox tez anladı və 27-ci dəqiqədə onu Rəhmanla əvəzlədi. O Rəhman ki, rəqibin ilk qolunda pay sahibi oldu! Elə isə hadisələri qabaqlamadan reportaja keçid alaq.
“Sabah” matça əsl meydan sahibi kimi başladı. Ona görə ki, güclü təzyiqlə erkən qol vurmaq niyyətində idi. Bunun ilk dəqiqələrdə reallaşmasına gah qeyri-dəqiqlik, gah da qolkiperin ayıq-sayığlığı mane oldu. Letiçlə Parrisin qeyri-dəqiq zərbələri Ananq üçün çətinlik yaratmasa da, 16-cı dəqiqədə Sekidikanın uzaqdan “çərçivə”ni nişan alması gözlənilməz idi. Hər halda, qapıçı təhlükəni zərərsizləşdirə bildi. Buna qədər isə özünü Letiçin qapıya paralel ötürməsinə çatdıra bilməyən Şafranko qol imkanını boşa verdi.

Ananq növbəti dəfə xilaskar olmaq üçün çox gözləmədi. O, bu dəfə “Sabah”ın küncdən zərbədən sonra əldə etdiyi fürsəti boşa çıxardı. Burda topu oyuna Abdula daxil etdi. Ardından Parris qapı önünə ötürmə ilə diqqəti çəkdisə, Çakla qolkiperlə mübarizədən məğlub ayrıldı. Daha doğrusu, Ananq topa rəqibdən əvvəl sahib çıxdı. Əlbəttə, qonaqlar da müəyyən epizodlarda fəal oyun sərgilədi. Lakin “bayquşlar” onların cərimə meydançasına daxil olmasına imkan vermir, bu baş versə də, müdafiə xətti qonaqları yerinə “oturdurdu”. Bir qədər sonra meydan sahiblərinin növbəti cəhdini izlədik ki, bu dəfə də Parris qeyri-dəqiq zərbə müəllifi oldu.

Bura qədər hər şey yaxşı idimi? Əslində meydan sahiblərinin “n” qədər qol imkanından yararlana bilməməsi hücum xəttindəki çaşqınlıqdan xəbər verirdi. Hər halda, 27-ci dəqiqədən sonra durum bir qədər də çətinləşdi. Ona görə ki, “Sabah”ın cərimə meydançası yaxınlığında Çaklaya ötürmə vermək istəyən Abdulanın qeyri-dəqiqliyi üzündən Palmer topa yiyələndi. Rəqibi kobud qayda pozuntusuyla dayandıran Çakla isə birbaşa qırmızı vərəqə ilə meydandan qovuldu! Bəli, yenə nə rəqibi qınaya bilirik, nə də hakimi... “Bayquşlar”ın azlıqda qalmasından cəsarətlənən “Sent Patriks” 29-cu dəqiqədə topu tora qovuşdurdu. Lennon bunu Palmerin qapı önünə ötürməsindən sonra başla zərbəylə bacardı.

Xoşbəxtlikdən qayda pozuntusu qeydə alındı. Bir qədər sonra Parrisin qapıya növbəti yöndəmsiz zərbəsinə şahidlik etdik. Durum elə idi ki, Şafranko, Parris və Mikels belə müdafiə xəttində görünür, rəqibin cəhdlərinin inkişafına imkan vermirdi. Belədə ilk yarı qolsuz bərabərliklə bitdi ki, gözlər 2-ci hissəyə dikildi. Təəssüf ki, “Sent Patriks” çox keçmədən qalan dəqiqələrə daşınan ümidləri böyük ölçüdə azaltdı. Hətta həmin anlar bütünlüklə qonaqların hegemonluğuyla keçdi. Təbii ki, hesabı açandan sonra...

48-ci dəqiqədə Mulraney qapı önünə asma etdi. Burda Elbuzedi baş zərbəsiylə komandasınının qələbə qolunu vurdu. Həmin mövqedə Amin, Rəhman və İrasabal olsa da, fərqin ikiyə çatmasına mane ola bilmədilər. Hesabda geri düşən “Sabah”dan hücum xəttində fəallıq gözləntimiz isə boşa çıxdı. “Bayquşlar” cəmi bir dəfə - 62-ci dəqiqədə təhlükəli vəziyyətlə yadda qaldı. Sekidika öz cərimə meydançası yaxınlığında baş verən qarışıqlıqdan yararlanıb topu uzaq ötürməylə rəqib qapısının yaxınlığında olan Mikelsə çatdırdı. Dərhal Qrivosti və Redmond tərəfindən mühasirəyə alınan futbolçu tələsik və qeyri-dəqiq zərbəylə yadda qaldı. Bir qədər sonra Forrester Lennonun ötürməsini “çərçivə”yə göndərmək istəsə də, top qapıdan aralı keçdi. Namikin ötürməsindən sonra hesabı bərabərləşdirmək istəyən Seyidov da qeyri-dəqiq zərbə vurdu. Sonuncu təhlükəli vəziyyəti 89-cu dəqiqədə izlədik. Burda “Sent Patriks”in əks-hücumu qolla nəticələnəcəkdi ki, Yusifin köməyinə qapı tiri çatdı. Beləliklə, “Sabah” favorit sayıldığı cütün məğlubu olmaqla Konfrans Liqasında mübarizəni dayandırdı!

Ümumiyyətlə, bu komandanın “Makkabi” ilə səfər oyunundakı çıxışını ifadə etmək üçün yalnız bir söz var: fiasko!

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Konfrans Liqası

8-08-2024, 22:0

"Sent Patriks" - "Sabah": HEYƏTLƏR

Konfrans Liqası

15-08-2024, 19:0

“Sabah” - “Sent Patriks”: START HEYƏTLƏRİ

Reportaj / Konfrans Liqası

10-08-2024, 22:0

“Sabah” yenə azarkeşləri məyus etdi - REPORTAJ

Premyer-liqa

11-08-2024, 19:0

“Sabah” - “Zirə”: START HEYƏTLƏRİ

Premyer-liqa

4-08-2024, 16:0

“Sabah” - “Şamaxı”: START HEYƏTLƏRİ

Ölkə futbolu

20-07-2024, 15:0

“Sabah”ın Sloveniya toplanışı: iki qələbə, iki heç-heçə - REPORTAJ

Aktual
“Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
“Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
“Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
“Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
Son xəbərlər
  • Bu gün, 22:09
    “Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
  • Bu gün, 21:30
    Qadın güləşçimizdən tarixi uğur
  • Bu gün, 21:01
    Yubiley qolunun müəllifi oldu
  • Bu gün, 20:30
    “Şamaxı” yeni qapıçı transfer etdi
  • Bu gün, 19:55
    İki güləşçimiz finalda - AÇ
  • Bu gün, 19:17
    "Karvan-Yevlax"da ayrılıq
  • Bu gün, 18:46
    Əvəzedicilər Liqası nə vaxt başlayacaq?
  • Bu gün, 18:15
    “Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
  • Bu gün, 17:44
    Almaniyaya qayıtdı
  • Bu gün, 17:13
    Gözlənilən aqibətlə üzləşdi
  • Bu gün, 16:42
    Niderlandda qərar tutdu
  • Bu gün, 16:11
    Messi həm də dünya çempionatının antirekordçusudu!
  • Bu gün, 15:40
    ''Fənər''in sabiq üzvü ''Qalatasaray''a gələsi olmadı?
  • Bu gün, 14:48
    ''Beşiktaş'' bir gündə həm qalib gəldi, həm də məğlub oldu
  • Bu gün, 14:17
    ''Lill'' daha bir türkiyəli futbolçu transfer etdi
  • Bu gün, 13:48
    “Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
  • Bu gün, 13:17
    Belçika İspaniyanın seriyasına son qoysa da... - Merino yenə qəhrəmana çevrildi
  • Bu gün, 12:47
    Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
  • Bu gün, 12:15
    “Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
  • Bu gün, 11:44
    "Qarabağ" 59-cu sıradadı, bəs, başqaları? - UEFA reytinqi
  • Bu gün, 11:15
    Bakıda IBA Çempionlar Gecəsi keçirilib
  • Bu gün, 10:45
    “Sabah”, “Qarabağ” və “Zirə” rəqiblərə işgəncə verib – bu gün ağa bizik!
  • Bu gün, 10:23
    "Komandanın vəziyyəti – həm fiziki, həm də mental cəhətdən yaxşıdı” - Yuri Vernidub
  • Bu gün, 10:06
    Girassi ''Fənərbaxça''ya gələsi olmadı
  • Bu gün, 09:52
    Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
  • Bu gün, 01:03
    İspaniya da yarımfinala çıxdı - DÇ gecəsi
  • Dünən, 23:58
    “İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
  • Dünən, 22:46
    "Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 22:30
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:45
    Florensiyanı tərk etdi
  • Dünən, 21:04
    “Torpedo”nun zəif nöqtələrini yaxşı təhlil etmişdilər" - Sumqayıtdakı darmadağını şərtləndirən səbəblər nədi?
  • Dünən, 20:46
    MS-ni tərk edə bilər
  • Dünən, 19:35
    "Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
  • Dünən, 19:00
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 18:30
    Avrokuboklarda ən uğurlu həftə
Daha çox
Oxunub: 208
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 136
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 135
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Oxunub: 133
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə