“Şamaxı” “Zaqatala”ya aman vermədi

16.08.2024 22:56 310
Ölkə futbolu
Bu gün premyer-liqa klubu "Şamaxı” yoxlama oyununda 1-ci liqa klubu "Zaqatala" ilə qarşılaşıb.

“Football-plus.az” xəbər verir ki, matç şamaxılıların 5:0 hesablı qələbəsi ilə bitib. Premyer Liqa təmsilçisinin qollarını Belajdi Pusi (2), Brahim Konate (2) və Conatan Benteke vurub.

Qeyd edək ki, "Şamaxı"nın Misli Premyer Liqasının 3-cü turunda keçirilməli olan "Qarabağ"la oyunu təxirə salınıb. Premyer Liqaya bu mövsüm yüksələn şamaxılılar 2 oyun keçirib və 1 xal toplayıb.