• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Berdıyev Abasova “ilişdi”... Zövqlər bir-birinə qarışdı... - YAZI

Aktual / Ölkə futbolu

16-08-2024, 16:0

"Turan Tovuz" "doğma divarlar" arasında keçirdiyi ilk matçda qələbə qazandı (bax: səh. 6). Bəli, bu həm də yeni baş məşqçi Kurban Berdıyevin qazandığı ilk 3 xaldı. Lakin hələ Berdıyevi və komandasını mədh etməyin vaxtı deyil.

Bazar günü Tovuz şəhər stadionunda qüsursuz olan, komandaya əvəzsiz motivasiya verən yeganə məqam azarkeşlərin möhtəşəm dəstəyi idi. Şübhəsiz , Tovuz əhli qalan rayonlardan olan tərəfdarlar üçün gözəl örnəkdi. Təbii ki, "Qarabağ" Ağdamda, "Araz-Naxçıvan" Naxçıvanda, "Kəpəz" Gəncədə çıxış etsə, daha dəqiq müqayisə edə bilərik. Lakin günün reallığı məlum, nəticə dəyişməzdi. Tovuzlu azarkeşlər çempionatımızın şəriksiz bir nömrəsidi. Məsələn, "Ultras Turan" fanklubu matçdan əvvək futbolçuları çağıraraq jest və şüarlar ilə ruhlandırmaq istədi. Təəssüf ki, Şəhriyar Əliyev onlara qarşılıq versə də, qalan oyunçular laqeyd idi. Düzdü, azarkeşlər komandadan nə incidi, nə də irad bildirdi. Lakin futbolçular belə mövzularda həssas olmağa borcludu. Tribunada yer alan təxminən 20 nəfərlik "Ultras Sumqayıt", 30 nəfərlik "Kimyaçılar" fanklubları isə gözləniləndən daha sakit idi. O başqa məsələ ki, “Sumqayıt”ın oyunu da onlara zövq vermədi.

"Turan Tovuz"un hədəfləri və strategiyası ilə bağlı İdarə Heyətinin sədri Ehtiram Quliyevlə danışmaq istəsək də, təklifimizi geri çevirdi. Dedi ki, hələ müəyyən mövzular haqda danışmaq üçün bir qədər vaxta ehtiyacı var. Təsbehini çevirə-çevirə Samir Abasovu məğlub edən Kurban Berdıyev də çox danışmadı. Daha doğrusu, yalnız matçla bağlı suallara cavab verəcəyini dedi. Diqqəti çəkən məqam "zövq aldım" kəlməsindən tez-tez istifadə etməsiydi. Bu, mənə mövsüm başlamamış mediaya müsahibə verən Samir Abasovun "Roman Qriqorçukla Kurban Berdıyevi udmaq mənə zövq verəcək" sözlərini xatırlatdı. Təsadüf deyilsə, onda "bozqurd"un baş məşqçisi sözarası həmkarına ilişdi. Samir Abasov isə oyunboyu futbolçularına və hakimlərə narazılıq etdi. Bəzi anlarda haqlıydı. Ona görə ki, 54-cü dəqiqədə Kristian da Silva topsuz olan Cordan Rezabalanın ayağını tapdalayaraq əzdi və Tural Qurbanov azı sarı vərəqəni haqq edən futbolçuya xəbərdarlıq etmədi...

"Sumqayıt" mütləq yeni transferlərlə güclənməlidi. Təbii ki, klub prezidenti Riad Rəfiyevin yüksək yer tutmaq tələbi varsa... "Turan Tovuz" isə düz yoldadı. Yol ayrıclarında səhv etməsə, komandanın bu mövsüm azarkeşlərini böyük uğurlarla sevindirmək ehtimalı böyükdü.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Aktual / Ölkə futbolu

14-06-2024, 15:0

“Nə deyə bilərik ki?” – “Ultras Turan” Berdıyevin təyinatı haqda

Ölkə futbolu / Manşet

18-06-2024, 11:0

Berdıyev üç gün gecikəcək

Ölkə futbolu / Manşet

28-06-2024, 13:0

Berdıyevin haqlı təlaşı – “Turan Tovuz” mütəxəssisin narazılığına belə cavab verdi

Premyer-liqa

10-07-2024, 19:0

Berdıyevin “Turan Tovuz”undan növbəti qələbə

Premyer-liqa / Manşet

1-09-2023, 20:0

“Turan Tovuz” “Sabah”ı məğlub etdi - YENİLƏNİB

Premyer-liqa

1-08-2024, 18:0

Ruslan Abışov rəsmən “Turan Tovuz”da

Aktual
KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
“Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
Son xəbərlər
  • Bu gün, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Bu gün, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Bu gün, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Bu gün, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Bu gün, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Bu gün, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Bu gün, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Bu gün, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Bu gün, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 19:10
    MS-ni tərk edə bilər
  • Bu gün, 18:37
    Elxan Səmədov Serbiya superliqasının baş katibi ilə görüşdü
  • Bu gün, 18:06
    Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
  • Bu gün, 17:30
    "Qarabağ"dan azarkeşlərinə şad xəbər!
  • Bu gün, 17:00
    "İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
  • Bu gün, 16:38
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Bu gün, 16:07
    İngiltərə klubunda yeni oyunçu
  • Bu gün, 15:36
    Almaniyada klubunu dəyişdi
  • Bu gün, 15:05
    KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
  • Bu gün, 14:35
    “Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
  • Bu gün, 14:04
    Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayacaq
  • Bu gün, 13:33
    “Mançester Siti”dən ayrıla bilər
  • Bu gün, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
  • Bu gün, 12:31
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Bu gün, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Bu gün, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Bu gün, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Bu gün, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Bu gün, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 161
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 108
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 90
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə