“Çətin oyun olacağını bilirik” - Pyer Zebli

14.08.2024 18:26 334
Manşet / Konfrans Liqası
"Zirə"nin futbolçusu Pyer Zebli Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin "Osiyek" ilə cavab matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.

“Football-plus.az” italiyalı yarımmüdafiəçinin fikirlərini diqqətinizə çatdırır:
“Çətin oyun olacağını bilirik. Vacib matçdı. Məşqçimizin tapşırıqlarını yerinə yetirsək, oyunun gedişini asanlaşdıra bilərik. Yalnız qələbəyə köklənmişik”.


- Səfərdəki heç-heçəni üstünlük saymaq olar? "Osiyek"in xeyrinə işləyə biləcək amillər hansılardı?

- "Osiyek" yaxşı futbolçulardan təşkil olunmuş komandadı. Ev oyunu olması bizim üçün əlavə üstünlükdü.