Nəhayət, Dani Olmonun növbəti mövsümə harda başlayacağına rəsmən aydınlıq gəlib.
“Football-plus.az” xəbər verir ki, “Barselona” onu “Leyptsiq”dən transfer etdiyini açıqlayıb. Kataloniya klubunun mətbuat xidmətinin yaydığı xəbərə görə, ispaniyalı hücumçu ilə 5 illik müqavilə imzalanıb. Xatırladaq ki, “Leyptsiq” Olmonu 2020-ci ilin yanvarında Zaqreb “Dinamo”sundan transfer etmişdi.
Bu yay İspaniya yığması ilə Avropa çempionu olan futbolçu Almaniyada keçirilən turnirdə meydana çıxdığı 6 matçda 3 qol vurmuş və 2 məhsuldar ötürmə vermişdi.