Hacı Əliyev karyerasını bitirdi

11.08.2024 20:09 316
İdman
Azərbaycanlı güləşçi Hacı Əliyev karyerasını başa vurub.

“Football-plus.az” xəbər verir ki, o, bu barədə öz İnstaqram hesabında paylaşım edib. 33 yaşlı idmançı fotosunu paylaşaraq “Bu da son!” yazıb.

Hacı Əliyev üçqat dünya, dördqat Avropa çempionu, Rio-2016-nın bürünc, Tokio-2020-nin gümüş mükafatçısıdır. O, Paris-2024 Olimpiadasında 1/4 finalda uduzub və turniri medalsız başa vurub.