Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Xorvatiyada bu gün start götürəcək "Zaqreb Open" turnirində iştirak edəcək.
Football-plus.az xəbər verir ki, idmançımız bu ölkənin "Dinamo" komandasında forma geyinən Mahir Emreli ilə görüşüb. Bununla bağlı azərbaycanlı forvard "instaqram" hesabında paylaşım edib. Görüşdə amerikalı güləşçi Kayl Snayder də iştirak edib.
Əliyev ilin ilk reytinq turnirində bu gün 1/4 finalda gürcüstanlı Giorgi Eblakidze ilə qarşılaşacaq.