Müdafiəçi sonuncu dəfə “Qəbələ”də çıxış etdi, komanda elitanı tərk edəndən sonra özünü orda görmədi. Maraqlıdı ki, İlkinə başqa komandalar da maraq göstərdiyi halda, o, ötən il çətinliklə elitada qalmağı bacaran Gəncə təmsilçisini seçdi.
33 yaşlı futbolçu “sarı-göylər”ə keçidi ilə bağlı “Football-plus.az”a danışdı:
“Mən bölgə klublarında özümü daha rahat hiss edirəm. “Kəpəz”in böyük tarixi var. Burda oynamaq həm məsuliyyətdi, həm də şərəf. Gəncəli azarkeşlərə həmişə sevinc yaraşır. Əlimizdən gələni etməliyik ki, həm komandamız yaxşı nəticələr göstərsin, həm də azarkeşlərimizi sevindirək”.
RÖYANƏ OĞUZ


