AFFA milliyə direktor təyin etdi

31.07.2024 11:27 285
Ölkə futbolu
AFFA Azərbaycanın A milli komandasına direktor təyin edib.

"Football-plus.az" xəbər verir ki, bu vəzifəyə İlqar Qurbanov gətirilib. O, buna qədər milli komandaların skautu vəzifəsində çalışıb.

Qeyd edək ki, İlqar Qurbanov futbolçu karyerası ərzində Azərbaycan seçmə komandasının heyətində 30 oyun keçirib, 1 qol vurub. O, 17 illik peşəkar futbolçu karyerası ərzində "Fənərbaxça", "Xəzər Lənkəran", "Sivasspor", "Boluspor", AZAL, "Mersin İdmanyurdu", "Qarabağ", "Qəbələ" və "Sumqayıt" klublarında da çıxış edib.