Almaniyada keçirilən AÇ-2024-də terrora cəhd olub. Yerli polis 14 iyun – 14 iyul aralığında baş tutan turnirin finalından əvvəl terror aktının qarşısını alıb.
Bu haqda “The Sun”qəzetinin yaydığı məlumata görə, terrorçuların hədəfi Berlinin Braytşaydplats meydanında İngiltərə komandasının azarkeşləri üçün nəzərdə tutulan fan-zona olub. Final matçının başlamasına bir neçə saat qalmış xüsusi təyinatlılar İŞİD-in Potsdamda yerləşən məlum ünvanlarına reydlər keçirib və bu reydlər zamanı üç şübhəli saxlanılıb. Həmin şəxslərin fan-zonada terror aktı keçirmək planı ifşa edilib.
Xatırladaq ki, AÇ-2024-ün finalında İspaniya İngiltərəyə 2:1 hesabıyla qalib gələrək tarixində 4-cü dəfə Avropa çempionu olub.