• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Zirə”dən rəsmi təklif almadım, ona görə...” - Allaş faktları "Futbol+"ə dedi!

Ölkə futbolu / Manşet

22-07-2024, 23:0

Məlum olduğu kimi, “Zirə” “doğma divarlar” arasında “Şerif”ə məğlub olmaqla Avropa Liqasında mübarizəni dayandırdı.

Bakıda penalti seriyası hesabına mərhələ adlayan Moldova klubunun zəfərində “Qəbələ”nin sabiq oyunçusu Əyyub Allaş böyük rol oynadı. Oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənən mərakeşli futbolçu sonda həlledici penaltini vurmaqla da komandasına fayda verməyi bacardı. Maraqlı məqam ondan ibarətdi ki, futbolçunun adı vaxtilə “Zirə” ilə yanaşı hallanırdı. Lakin qəfil “Şerif”də görünməsi ictimaiyyətdə suallar doğurmuşdu. Əksəriyyət oyundan sonra “qartallar”ı belə oyunçunu əldən verdiyinə görə tənqid atəçinə tutdu. Rəşad Sadıqov oyunsonrası mətbuat konfransında “Əyyub Allaşı almağa büdcəmiz yetmədi” deməklə bir növ vəziyyətə aydınlıq gətirdi. Amma belədə maraqlı sual doğur: Azərbaycanın elitası ilə vidalaşan bir klubdan oyunçu almağı bacarmayan “Zirə” Avropada nəyə ümid edir? “Şerif”in rəsmi səhifəsində Allaşın qələbə ilə bağlı açıqlamasını paylaşmasını da azərbaycanlı izləyicilər xoş qarşılamayıb.
"Football-plus.az" Əyyubla əlaqə saxlayaraq, suallarımıza cavab almağa çalışdı.

- Ümumiyyətlə, ilk məğlubiyyətdən sonra bu qələbə nə dərəcədə gözlənilən oldu? Rəqib və oyun haqda fikirləriniz.
- Qələbəyə görə sevinirəm. Bilirdik ki, çətin matç olacaq. İlk görüş fərqli keçmişdi, mən də zəif oynamışdım. Çünki komandaya sonradan qoşulmuşdum. İndi daha çətin oyun idi. Bildiyiniz kimi, qələbə qazandıq.

-  “Zirə” necə rəqibdi? Suma qırmızı almasaydı, belə nəticə qeydə alınardımı?
- “Zirə” yaxşı komandadı. Bizim üçün güclü rəqib idi. “Qırmızı” almasaydılar, nəticənin necə olacağını yalnız Allah bilir.

- Komandaya yeni transfer olunan futbolçulardan birisən. “Şerif”in əvvəlki illərlə müqayisədə zəiflədiyini düşünənlər var. Bu fikrə münasibətin?
- Bu, yeni komandadı, lakin zəifləməmişik. Təəssüf ki, bir-birimizi tanımaq üçün bir az daha çox vaxta ehtiyacımız var. Buna görə də adamlar zəiflədiyimizi düşünür.

-  “Qəbələ”də oynayanda cərimə zərbələrini sən yerinə yetirirdin. Burda da sənə tapşırılacağını gözləyirdik. Niyə belə olmadı?
- Cərimə zərbəsini kimin yerinə yetirməsi önəmli deyil. Yəni komandada kimə tapşırılması mənə fərq etmir. Biz sərbəst vuruşlar və penaltilər üçün birlikdə danışırıq. Ona görə də bu problem deyil.

- “Zirə” səni istədi, amma maliyyə baxımından razılaşa bilmədin, yoxsa elə əvvəldən “Şerif”i seçdin?
- Rəsmi təklif almadım, ona görə də həyat yoldaşım və agentimlə “Şerif”i seçdim. Buranı seçməyimdə problemin nə olduğunu anlaya bilmirəm.

- Komandanın rəsmi hesabında sevincini bölüşdüyün video birmənalı qarşılanmayıb. Yəni azərbaycanlı izləyicilər onlara sanki acıq verdiyini düşünürlər. Azərbaycana qarşı hansısa qəzəbin və ya kinin var?
- Azərbaycana qarşı heç bir kinim yoxdu. O gözəl ölkəyə gəldiyim ilk gündən məni yaxşı qarşıladılar. Gözəl insanlar tanıdım. Bu, mənim çox sevdiyim, oyunlarda qalib gəlmək istəyimdən yaranan emosiyalardı, yəni xarakterimdi. Amma Azərbaycana və ya kiməsə münasibətdə mənfi heç bir hiss yoxdu.

- Növbəti mərhələ haqda nə düşünürsən?
-  100 faiz çətin oyun olacaq. Avropa Liqasında asan oyun yoxdu. Amma meydana mərhələ adlamaq üçün çıxacağıq.

- Azərbaycanlı azarkeşlərə nə demək istərdin?
- Bütün azərbaycanlı izləyicilərimə demək istəyirəm ki, sizi sevirəm! İnşallah, bir gün yenə görüşəcəyik.

RÖYANƏ OĞUZ

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

5-07-2024, 00:0

“Qəbələ”dən “Şerif”ə keçdi

Avrokuboklar

19-07-2024, 10:0

"Peşəkar futbolçuyam, təşvişə düşmədim" - Əyyub Allaş

Manşet / Avrokuboklar

18-07-2024, 13:0

“Zirə”nin rəqibi zirək deyil! - oyuna 7 saat qaldı!

Ölkə futbolu / Manşet

21-07-2024, 22:0

Azarkeşlər "Qarabağ"ın "Şerif"ə vurduğu qolları paylaşdı, moldovalılar "Bayer-04"lə cavab verdi

Avropa Liqası

10-07-2024, 13:0

“Şerif”in "Zirə" ilə oyunlar üçün iştirak ərizəsi

Avropa Liqası

11-07-2024, 20:0

“Şerif” - “Zirə”: START HEYƏTLƏRİ

Aktual
"Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
“Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
“Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
“Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
“Qarabağ” artıq Konfrans Liqası səviyyəsini keçmiş komandadı” - “İmarət” günahı kimdə gördü?
Son xəbərlər
  • Bu gün, 15:30
    Rüfət komandasına qələbə qazandırdı
  • Bu gün, 15:00
    ''Beşiktaş'' və İtalyano serbiyalı ulduzun yolunu gözləyir
  • Bu gün, 14:31
    "Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
  • Bu gün, 14:00
    Premyer-liqaya 29 ölkədən 54 legioner gəlib! - klublar Portuqaliya liqalarını su yoluna döndərib...
  • Bu gün, 13:45
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Bu gün, 13:05
    Mançesterdən Madridə yollandı
  • Bu gün, 12:35
    “Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
  • Bu gün, 12:04
    İngiltərədə klubunu dəyişəcək
  • Bu gün, 11:33
    Məşhur fransalı Maltada oynayacaq
  • Bu gün, 11:02
    “Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
  • Bu gün, 10:31
    "Şamaxı"nın 13 yaşlı futbolçusu vəfat etdi
  • Bu gün, 10:00
    Messi meydana çıxdı, Nəriman şans qazanmadı
  • Bu gün, 00:21
    Fiziki qüsurlu futbolçu avrokubok matçında qol vurdu!
  • Dünən, 23:10
    MS-ni tərk edə bilər
  • Dünən, 22:40
    "Sizinlə işləmək mənim üçün böyük şərəf idi" - De Blekerdən AFFA-ya məktub
  • Dünən, 22:19
    "Sabah" nigeriyalı vinger aldı - RƏSMİ
  • Dünən, 21:59
    “Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
  • Dünən, 21:28
    Tofiq Musayevdən növbəti qələbə - UFC
  • Dünən, 21:17
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 21:00
    “Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
  • Dünən, 20:13
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 19:41
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:39
    ''Qalatasaray''ın ulduzuna yenə təklif var
  • Dünən, 18:00
    “Qarabağ” artıq Konfrans Liqası səviyyəsini keçmiş komandadı” - “İmarət” günahı kimdə gördü?
  • Dünən, 17:39
    Muslera: ''Futbolun mənə bu qədər acı çəkdirəcəyini düşünməmişdim''
  • Dünən, 17:09
    ''Fənər''in bu futbolçusu İsmayıl Kartala lazım deyil
  • Dünən, 16:06
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 15:35
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:14
    ''Beşiktaş''la ''Fənər'' oyunçularını dəyişdirə bilərlər
  • Dünən, 14:53
    AFFA De Blekerlə vidalaşdı
  • Dünən, 14:22
    Təəssüf: Nəriman Messi ilə üz-üzə gələ bilməyəcək!
  • Dünən, 13:51
    Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
  • Dünən, 13:20
    Ceyhun Nuriyevin legionerlik arzusu niyə çin olmadı? - seçimini izah etdi
  • Dünən, 12:59
    ''Fənər''in hər iki oyununun hakimi bəlli oldu
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 218
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 163
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 158
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə