“Gənclik şəhəri”nin təmsilçisi biletlərinin qiymətini sektordan asılı olaraq, 5, 10 və 25 manat müəyyənləşdirib. Daha səviyyəli turnirdə mübarizə aparan “Zirə” isə “Şerif” ilə oyun üçün bilet qiymətlərini 2, 5, 10 və 20 manat təyin etmişdi. Belədə bu məsələ mediada birmənalı qarşılanmadı, buna qarşı çıxan azarkeşlər də oldu. Görəsən, “Kimyaçılar” fanklubu bu barədə nə düşünür? Biletlərin qiyməti münasibdimi? Bu sualı fanklubun rəhbəri Sənan Mirzəyevə ünvanladıq:
“Klubumuz neçə ildi avrokuboklarda çıxış etmir. Əslinə qalsa, biletləri baha saymıram. Bir-iki adamın bu haqda yazması normaldı. Əsl sumqayıtlı, komandasının taleyini fikirləşən adam bu barədə heç danışmaz və danışmır da. Çünki hər biri komandaya dəstək olur. “Zirə”yə gəlincə, bu haqda heç nə deyə bilmərəm. Hər klubun öz strategiyası var. Biletlərin ucuz və ya baha olduğu oyun günü bilinəcək. Burda əsas məsələ əsl azarkeşin komandasının yanında olmasıdı. Bizim sakinlər isə biletlərin bahalığından yox, tez bitməsindən narahatdı”.
KAMAL SƏFƏR




