LKS Rahillə müqavilə imzaladı

20.01.2024 13:51 494
Ölkə futbolu / Manşet
Millimizin və "Qarabağ"ın müdafiəçisi Rahil Məmmədovun Polşanın LKS klubuna keçidi rəsmiləşib.

"Football-plus.az" xəbər verir ki, bu barədə lkslodz.pl saytı məlumat yayıb. Rahil 2025-ci il iyunun sonuna qədər adıçəkilən komandanın şərəfini qoruyacaq. Yəni futbolçuyla müqavilənin müddəti ilyarımlıqdı.

Qeyd edək ki, Rahil Məmmədov 2018-ci ilin yayından "Qarabağ"da çıxış edirdi. 28 yaşlı mərkəz müdafiəçisi cari mövsümdə "köhlən atlar"ın heyətində 10 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

KƏNAN BAHADIR