• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ötən həftənin sitatları

AÇ

16-07-2024, 20:0

Qaret Sautqeyt, İngiltərə yığmasının baş məşqçisi:

“Bu oyunu səbirsizliklə gözləyirik. Komandanın son bir neçə həftə ərzində irəlilədiyi aydındı. Deməliyəm ki, bu oyunçularla işləmək mənim üçün böyük şərəfdi. İndi bizim fantastik fürsətimiz var. Bütün bu illər ərzində istədiyimiz uğura nail ola bilərik. Finalaqədərki oyunlarda hər şeyi həll edən xırda detallardan öz xeyrimizə yararlanmalıyıq. Belə matçlarda hər şeyi düzgün etmək lazımdı Mən nağıllara inanmıram, amma xəyallara inanıram. Böyük arzularımız var idi, indi onları reallaşdırmalıyıq. İndi ən önəmlisi finaldakı oyunumuzdu. İspaniyanın oyun tərzi çox aydındı. Çox yaxşı pressinq edən komandadı. Onlar topa çox yaxşı sahib olurlar. Buna görə də mümkün qədər mütəşəkkil oynamalıyıq. Penalti seriyasına hazırlıq? Düşünürəm ki, bu, həmişə təzyiq altında istifadə etdiyiniz, lakin öyrədilə və təkmilləşdirilə bilən bir bacarıqdı. Biz bu prosesi nəzarətə götürmək və bunun üçün məsuliyyət daşımaq istəyirdik. Son dörd penalti seriyasından üçündə qalib gəldik və bu, böyük nailiyyətdi. Yenidən ehtiyac olarsa, hazır olmalıyıq”.

Luis de la Fuente, İspaniya yığmasının baş məşqçisi:
“Finaldakı rəqibimiz əla komandadı. Bu Avropa çempionatındakı nəticələrdən asılı olmayaraq, İngiltərənin çox yaxşı komanda olduğunu bilirdim. Onların əla heyəti var. Aydın idi ki, gec-tez yaxşı çıxış edəcəklər. Mən buna onların oyunçularının müstəsna keyfiyyətinə görə inanırdım. Fikrimcə, İngiltərə ilə matç turnirdə indiyə qədər oynadığımız oyunlardan çox fərqli olacaq”.

Joze Mourinyo, “Fənərbaxça”nın baş məşqçisi:
“Avropa çempionatının oyunlarına düşünərək və peşəkar yöndən baxıram. Türkiyənin qələbə qazanması mənə hər dəfə problem yaradırdı (qitə çempionatında “Fənərbaxça”nın 4 türkiyəli oyunçusu iştirak edirdi ki, portuqaliyalı mütəxəssis bunu komandanın yeni mövsümə hazırlığı üçün problem sayır – R.Y.). Portuqaliyanın qələbəsi isə mənə sevinc gətirirdi. Daha çox şeyə nail ola biləcəyini hiss etmək istər-istəməz adama məyusluq gətirir. Komandaların potensialı çox yüksək idi. Turnir ərəfəsində favoritlər kimi Portuqaliya, İngiltərə və Fransanın adını çəkərkən proqnozlarımda heç də yanılmamışdım. İspaniya turnirboyu necə inkişaf etməsinə görə mənim üçün ən böyük sürprizdi”.

Lamin Yamal, İspaniya yığmasının hücumçusu:
“Son dörd ayda həm oyunçu, həm də bir şəxsiyyət kimi çox dəyişmişəm. Fiziki cəhətdən daha güclü olmuş və özüməəminliyimi artırmışam. Hələ ki işlərimin gedişindən çox razıyam. Messi ilə müqayisələr? Tarixin ən böyük futbolçusu ilə müqayisə olunmaq diqqəti yayındırır. Çünki sən heç vaxt onun kimi olmayacaqsan. Messi ilə fotom ortaya çıxanda təbii ki, bundan xəbərim yox idi (bir neçə gün əvvəl sosial şəbəkələrdə Yamal ilə Messinin birgə fotosu yayılıb. Foto Lamin uşaq olarkən çəkilib. Həmin şəkildə Lionelin vannada oturmuş halda olan Laminə baxması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub – R.Y.). Bu şəkil atamda hələ də var. Biz bu fotoları paylaşmamışdıq, çünki mənimlə Leo arasında müqayisə aparılmasını istəmədik”.

Didye Deşam, Fransa yığmasının baş məşqçisi:
“İspaniya komandaları yarımmüdafiədə yaxşı təsir bağışlayırlar. Onlar oyunun gedişatına nəzarət etməyi bacarırlar. İspaniyalı yarımmüdafiəçilər, xüsusilə də Rodri çox güclü oyunçudu. Bu komanda indiyə qədər Avropa çempionatında ən keyfiyyətli futbol nümayiş etdirib. İspaniyalılar hər matçda adamı heyran qoyurlar. Təbii ki, müdafiə çox vacibdi, xüsusilə də İspaniya kimi hücumameyilli komanda ilə qarşılaşanda. Etibarlı müdafiə bütün böyük turnirlərdə böyük əhəmiyyət kəsb edir, lakin bu, kifayət deyil. Biz effektiv futbol sərgiləməli və ön xətdə fəal oynamalı olacağıq. Mbappe son matçda (qitə çempionatının 1/4 finalının Portuqaliya ilə oyununu nəzərdə tutur – R.Y.) 110 dəqiqə oynadı. Kilian olsa belə, bir oyunçunun meydanda özünü pis hiss etməsinə şərait yaratmağın mənası yoxdu. Əminəm ki, o, qarşıdakı oyunun ən yaxşısı olmaq üçün hər şeyi edəcək. Görmə qabiliyyətini dəyişdirən maska taxmaq Kilian üçün yeni bir vəziyyətdi. Onun burnu hər gün daha da yaxşılaşır”.

Xavyer Miley, Argentinanın prezidenti:
“Messi haqqında fikirlərimi bilmək istərdinizmi? Leo tarixin ən yaxşı futbolçusudu. Mən bunu çoxdan deyirəm. Hətta bu fikri bir neçə il əvvəl dilə gətirdiyim bir video var. Üstəlik, Lionel orta hesabla Peleni üstələyir. Buna heç bir şübhə yoxdu.
Messini öz iqamətgahımda qəbul etmək mənim üçün şərəf olardı”.

Vyaçeslav Koloskov, Rusiya Futbol İttifaqının fəxri prezidenti:
“İspaniya qitə çempionatında sərgilədiyi oyunla bütün iştirakçılardan fərqlənir. Heç bir komanda İspaniya kimi oynamır. Bu komandanın oyunçuları hücuma və hücumu sona çatdırmağa meyil edirlər. Niyə belə alınır? Ona görə ki, ispaniyalı futbolçuların hamısı yüksək səviyyəli texnikası ilə seçilirlər. İspaniyanın oyunu bir nağıldı. Hərdən mənə elə gəlir ki, ispaniyalılar ayaqlarıyla deyil, əlləri ilə oynayırlar. Əslində hər şey aydındı. Onların meydandakı hərəkətlərində düşünülmədən atılan addım yoxdu. Bir dənə də düşüncəsiz hərəkət yoxdu! Oyunçu topu oyundaşından qəbul etmək üçün meydanda ən doğru mövqeyi seçir. Topun qəbulu isə möcüzəvi andı”.

Ronald Kuman, Niderland yığmasının baş məşqçisi:
“Bu nəticə bütün Niderland xalqı üçün xüsusidi. Biz kiçik ölkəyik, buna baxmayaraq, İspaniya, Fransa və İngiltərə ilə birgə yarımfinaldayıq. Bu göstərici ilə çox fəxr edirik. Avropa çempionatında ən yaxşı dörd komanda sırasına düşmək yığmamız üçün böyük uğurdu. Bu turnirdə böyük dəstək alacağımızı bilirdik. Bu, yaxşı amildi, amma nəticə meydanın hər qarışında yaşanan mübarizədə müəyyənləşir”.

Yuri Syomin, Rusiya yığmasının sabiq baş məşqçisi:
“Avropanın yeni çempionunu gözləyirik. Məncə, qitə çempionatının ən maraqlı oyunu elə final olacaq. Hər iki komanda top-oyunçulardan qurulub. Bu səbəbdən bizi olduqca gərgin mübarizənin gözlədiyini düşünürəm. Hər iki rəqib potensialını maksimum dərəcədə nümayiş etdirməyə çalışacaq. Nəticədə çox keyfiyyətli futbol izləyəcəyimizi hesab edirəm. İspaniya hücumameyilli, İngiltərə isə müdafiəyə daha çox diqqət yetirən komandadı. Amma final ərəfəsində hər hansı proqnoz verməyi lazım bilmirəm”.

Antonio Konte, “Napoli”nin baş məşqçisi:
“Klubun prezidenti De Laurentis mənə Xviçanın komandada qalacağı ilə bağlı söz verib. Kvaratsxeliya bizim yeni layihənin vacib hissəsidi”.

Roy Kin, İrlandiya yığmasının sabiq yarımmüdafiəçisi:
“O, beynəlxalq karyerasında fasilə verməli və yığmadan bir qədər uzaqlaşmalıdı. Ronaldo klub səviyyəsində çıxışını davam etdirsə, 2026-cı ilə təyin olunan dünya çempionatı ərəfəsində bir qərara gələ bilər. Harri Keynə baxırıq: aparıcı hücumçunuz formada deyilsə, deməli, komanda on nəfərlə oynayır. Ən yüksək səviyyəli turnirdə heç kim başqasının yükünü daşımamalıdı. Amma Ronaldo hələ də meydanda fəal hərəkətlər etməyi bacarır, Fransa ilə oyunda yaxşı təsir bağışladı”.

Andrey Arşavin, Rusiya yığmasının sabiq yarımmüdafiəçisi:
“Kolumbiya Amerika Kubokunu əla keçirir. Bu, turnirin ən yaxşı komandasıdı. Hərçənd bir oyuna belə baxmadığımı etiraf etməliyəm. Xames Rodriges artıq 6 məhsuldar ötürmə edib. Mən onun öldüyünü düşünürdüm...”

Xames Rodriges, Kolumbiya yığmasının yarımmüdafiəçisi (Amerika Kubokunun yarımfinalında Uruqvay üzərində qələbədən sonra göz yaşları içində verdiyi açıqlama):
“Bu anı, demək olar ki, 13 ildi gözləyirdim. Biz çox xoşbəxtik...”

Vyaçeslav Koloskov, Rusiya Futbol İttifaqının fəxri prezidenti:
“Hərdən mənə elə gəlir ki, ispaniyalılar ayaqlarıyla deyil, əlləri ilə oynayırlar”

Paylaş:
Digər xəbərlər

Maraqlı

12-06-2024, 19:0

Ötən həftənin sitatları

Dünya futbolu

3-07-2024, 18:0

Ötən həftənin sitatları

Premyer-liqa

10-07-2022, 17:0

“Neftçi” fanatlarının qarşısında oynamağı böyük səbirsizliklə gözləyirəm”

AÇ

10-07-2024, 01:0

Ötən həftənin sitatları

Dünya futbolu

6-04-2022, 14:0

"Uduzmaq bizim üçün böyük təəssüf deməkdi" - Massimiliano Alleqri

Konfrans Liqası

27-07-2022, 20:0

"İstəməzdim ki, 90 dəqiqədən çox oyun getsin" - "Aris"in baş məşqçisi

Aktual
“Onları “Qarabağ”ın fəlsəfəsinə uyğunlaşdırmaq asan proses deyil” - “Qarabağ”a nə olub?
“Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
“Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
“Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
“Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
Son xəbərlər
  • Bu gün, 20:13
    "Sumqayıt" Qətər klubu ilə heç-heçə etdi
  • Bu gün, 19:51
    Yuri Vernidub: "Məsuliyyət tamamilə mənim üzərimdədi" - VİDEO
  • Bu gün, 19:21
    “Onları “Qarabağ”ın fəlsəfəsinə uyğunlaşdırmaq asan proses deyil” - “Qarabağ”a nə olub?
  • Bu gün, 18:54
    Türkiyəli qapıçı ''Yunayted''dən ayrılaraq İspaniyaya yollandı
  • Bu gün, 18:26
    Rüstəm Samiqullin "Karvan-Yevlax"da
  • Bu gün, 17:50
    Məğlub Nəriman!
  • Bu gün, 17:34
    "Xarakterimizdə təslim olmaq yoxdu” - Musa Qurbanlı
  • Bu gün, 17:20
    “Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
  • Bu gün, 16:57
    “Zirə” Namik Ələskərovla yolları ayırdı
  • Bu gün, 16:26
    “Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
  • Bu gün, 15:55
    “Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
  • Bu gün, 15:44
    Elvinin durumu necədi? - "Qarabağ"dan açıqlama
  • Bu gün, 14:53
    İspaniya superkuboku Türkiyədə keçiriləcək?
  • Bu gün, 14:22
    "Şəfa" "Neftçi" və "Qarabağ"a qalib gəldi
  • Bu gün, 13:51
    “Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
  • Bu gün, 13:20
    UEFA reytinqində mövqeyimizi qoruduq
  • Bu gün, 12:59
    ''Beşiktaş'' yubiley qələbəsini azlıqda qazandı
  • Bu gün, 12:28
    "İnanıram ki, “Kəpəz” bu stadionu tam dolduracaq" - Azər Məmmədov
  • Bu gün, 12:06
    ''Qalatasaray''ın maraq göstərdiyi rusiyalı ulduzun meneceri nələr dedi?
  • Bu gün, 11:35
    O "Qarabağ" artıq yoxdu!
  • Bu gün, 11:00
    "Sabah" - "Orhus" oyununun hakimləri dəyişdirildi
  • Bu gün, 10:36
    Murad Avropa Liqasında oynadı, komandası uduzdu
  • Bu gün, 10:00
    "Qarabağ"a daha çox qol vura bilərdik" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 23:55
    "Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi" - Qurban Qurbanov
  • Dünən, 23:19
    Mahir KL-də oynadı, komandası heç-heçə etdi
  • Dünən, 22:57
    "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB
  • Dünən, 22:28
    “Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
  • Dünən, 22:08
    "Kəpəz" yeni stadionunda "Karvan-Yevlax"ı məğlub etdi
  • Dünən, 21:30
    "Şəfa" rəhbərliyi komanda ilə görüşdü
  • Dünən, 20:55
    Mahir Konfrans Liqası oyununun start heyətində
  • Dünən, 20:43
    Slavik Alxasov "Səbail"də
  • Dünən, 19:55
    "Dinamo" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    İspaniya klubunu tərk etdi
  • Dünən, 18:10
    Asim Xudiyevə UEFA-dan təyinat
  • Dünən, 17:30
    Ötən ay karyerasını bitirən tanınmış ingiltərəli hakim Türkiyədə işləyəcək!
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 117
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 79
Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
Oxunub: 79
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə