• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İnterpolun axtardığı azərbaycanlı Malta çempionatına sponsorluq edəcək

Dünya futbolu / Manşet

15-07-2024, 20:0

Azərbaycan Beynəlxalq Bankından götürdüyü kreditləri ödəmədiyinə görə İnterpolun 2015-ci ildən bəri axtarışa verdiyi azərbaycanlı biznesmen Nəsib Piriyev Maltanın futbol liqasına sponsorluq etməyə hazırlaşır.

“The Times of Malta” nəşri xəbər verir ki, Piriyev Londondakı şirkətinin adından sponsorluq müqaviləsi imzalayıb. Halbuki şirkət özü texniki baxımdan mövcud deyil. Xatırladaq ki, Maltanın futbol liqasına sabiq baş nazir Cozef Muskat rəhbərlik edir.
Qəzetin yazdığına görə, Nəsib Piriyevin sahibi və rəhbəri olduğu “360Sports” şirkəti Malta müəssisələrinin reyestrində qeydiyyatdan keçməyib, internetdə onunla bağlı bilgi toplamaq çətindi, sosial şəbəkələrdə də profili yoxdu. Piriyevin biznes imperiyasının təmsilçisi təsdiqləyib ki, şirkət həqiqətən də hələ qeydiyyat prosesindədi. O Maltada “360 Holdings Ltd” adı ilə qeydiyyatdan keçəcək və Böyük Britaniyada məskən salan PNN “Group Holdings” şirkətinin törəməsi olacaq. Şirkətin yaradılması hüquqi məsələdi, bunun vasitəsi ilə kommersiya qurumu təsis olunur və ayrıca hüquqi şəxs kimi təsdiqlənir.

Ötən həftə “360Sports” Malta premyer-liqasının 2024/25 mövsümünün rəsmi sponsoru kimi təqdim olunub. Bu sövdələşmə şirkətə həm də Maltanın futbol liqasının yüksək dəstəsi üzərində ad hüququ verir. Şirkətin adı liqanın yeni emblemində yer alacaq. Jurnalistlərə verilən məlumata görə, “360Sports” qarşıdakı üç il ərzində Malta çempionatının güclülər dəstəsinə 600 min avro yatırım edəcək. Şirkət onu da bəyan edir ki, video, sosial şəbəkələr, kiberidman, elektron kommersiya və pul qoyuluşlarını özündə birləşdirən idman əlavəsi hazırlamaq niyyətindədi. Şirkətin nəhəng genişlənmə planları da var. “360Sports”un saytında yer alan yol xəritəsindən aydın olur ki, şirkət 2025-ci ildə Asiya və Cənubi Amerikaya, 2026-cı ildə Şimali Amerikaya genişlənmək niyyətindədi.

Piriyevin rəhbərlik etdiyi “Woodford Finance” şirkətinin top meneceri bildirib ki, “360Sports” komandası çətin layihələrin gerçəkləşdirilməsi baxımından zəngin təcrübəyə malikdi. “Woodford Finance” şirkətinin baş əməliyyat direktoru Riçard Şirlinin “Times of Malta”ya dedikləri:

“Maltanın və yerli klubların qarşıdakı 12-24 ay ərzində tətbiq edəcəyimiz bir çox layihələr üçün sınaq poliqonu olacağına görə çox şadıq. Klublar və azarkeşlər layihələrimizə uyğunlaşandan sonra biz onları bütün dünyada tətbiq edəcək, Maltanı sonrakı genişlənmənin mərkəzinə çevirəcəyik”.

Ancaq belə böyük planlar “360Sports”un internet məkanındakı indiki varlığı ilə qətiyyən üst-üstə düşmür. “360Sports” şirkətinin veb saytı “Google”da “360Sports” adı ilə axtarış verərkən üzə çıxmır. Sayt kasaddı, orda promo-video, komandaların bioqrafiyası yer alıb, məhsulla bağlı təfərrüat yoxdu.

“360Sports”un arxasında dayanan Nəsib Piriyev futbolla bağlı layihələrdə debütant deyil. 2021-ci ildə məhz onun rəhbərlik etdiyi konsorsium İngiltərə premyer-liqasının təmsilçisi “Vest Hem”i 400 milyon funt sterlinqə (470 milyon avro) almağa çalışmışdı. Onda sövdələşmə baş tutmadı. Ona görə ki, klubun sahibi Devid Sallivan Piriyevin rəhbərlik etdiyi konsorsiumun “işin futbol tərəfinə heç bir maraq göstərmədiyini, bu əməliyyata, sadəcə, hansısa xüsusi mülkün bir şəxsdən başqasına keçməsi kimi baxdığını” bildirdi. Sonradan Piriyev “Derbi Kaunti” futbol klubunu da almağa çalışdı, ancaq bundan da bir şey çıxmadı.

Nəsib Piriyev bu qədər sərvəti 1993-cü ildə atası Nizami ilə birgə yaratdığı neft-qaz nəhəngi “PNN Group”un həmtəsisçisi kimi qazanıb. Ata Piriyev Rusiyanın enerji nəhəngi “Qazprom”a da rəhbərlik edib. “PNN Group” Mərkəzi Asiya ölkələrinə yanacaq çatdırılması, həmin coğrafiyada neft terminallarının tikintisi sayəsində varlanıb. Sonra isə şirkət başqa sektorlarda da fəaliyyətini diversifikasiya edib.
Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları 2015-ci ildə Nizami Piriyevi kredit borclarını ödəmədiyinə görə saxlamışdı. Bakının Qaradağ rayonunda dəyəri yüz milyonlarla ölçülən metanol zavodu tikən ata Piriyev müflisləşdi və pulları qaytara bilmədi. Sonradan SOCAR Piriyevin kredit borclarını ödəyərək zavodu satın aldı. Nizami bəy azad olunsa da, həmin vaxt Londonda yaşayan oğlu Nəsiblə bağlı cinayət işi açıldı, onu beynəlxalq axtarışa verdilər. Düzdü, hazırda biznesmenin adı İnterpolun “axtarışda olanlar” siyahısında yoxdu.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

8-07-2023, 17:0

RDC MMC niyə "Kəpəz"ə yox, "İmişli"yə sponsorluq etməyə razı olub? - SƏBƏB

Dünya futbolu

17-04-2023, 17:0

Neft şirkəti “Beşiktaş”a sponsorluq etmək istəyir

Aktual
Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
“Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
“Cəbrayıl” hələ satılmayıb
Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
“Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
"Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
Son xəbərlər
  • Bu gün, 13:01
    Final matçına dövlət başçısı da baxacaq
  • Bu gün, 12:28
    DÇ-2026-da hamını qabaqlayır
  • Bu gün, 12:00
    Əvvəlki klubuna qayıdacaq
  • Bu gün, 11:27
    Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
  • Bu gün, 11:14
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Bu gün, 10:47
    Güləşçimiz Budapeştdə "bürünc" qazandı
  • Bu gün, 10:00
    “İmişli”dən ayrıldı, "Səbail"ə keçdi
  • Dünən, 23:59
    “Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
  • Dünən, 23:30
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 23:11
    Mundialı antirekordçu kimi tərk edib
  • Dünən, 22:40
    "Qarabağ" - ÇSKA matçı üçün biletlər satışa çıxır
  • Dünən, 22:17
    "Sumqayıt"dan "Şamaxı"ya keçdi
  • Dünən, 21:48
    Bir neçə ay futbolsuz qala bilər
  • Dünən, 21:18
    “Cəbrayıl” hələ satılmayıb
  • Dünən, 20:33
    MY-də yeni qapıçı
  • Dünən, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Dünən, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Dünən, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Dünən, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Dünən, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Dünən, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
  • Dünən, 17:00
    Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
  • Dünən, 16:35
    Hamıdan yaxşı o oldu
  • Dünən, 16:04
    Baş məşqçi kimi yığmaya qayıtdı - DÇ-nin İSTEFASI
  • Dünən, 15:34
    "Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
  • Dünən, 15:22
    Premyer-liqada yeni mövsümün püşkü atıldı
  • Dünən, 14:36
    Gözlənilən təyinat rəsmən açıqlandı - DÇ-nin TƏYİNATI
  • Dünən, 14:14
    "Sabah" - KuPS matçını polşalı hakim idarə edəcək
  • Dünən, 13:49
    “Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
  • Dünən, 13:23
    “Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
  • Dünən, 12:54
    “Oley Oley” kampaniyasında ilk avtomobilin sahibi bəlli oldu
  • Dünən, 12:36
    Millimiz Bakıda yoldaşlıq görüşü keçirəcək - rəqib bəllidi
  • Dünən, 12:08
    ''Yeni mövsüm böyük bir meydan oxumaq olacaq'' - Ake ''Fənərbaxça''da ilk günlərin təəssüratını bölüşdü
  • Dünən, 11:35
    Tiav vəzifəsindən azad olundu - DÇ-nin İSTEFASI
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 154
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə