• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ronaldo ilk dəfə nəhəng turnirdən qolsuz ayrıldı - REPORTAJ

Dünya futbolu / Reportaj

9-07-2024, 17:0

1/4 final
Portuqaliya – Fransa 0:0, p. – 3:5

22. Dioqo Koşta
19. Nunu Mendeş
4. Ruben Diaş
3. Pepe
20. Joao Kanselo
(2. Nelson Semedo, 74)
8. Bruno Fernandeş
(26. Fransisko Konseysao, 74)
6. Joao Palyinya
(18. Ruben Neveş, 90+2)
23. Vitinya
(16. Mateus Nunes, 119)
17. Rafael Leao
(11. Joao Feliş, 106)
7. Kriştiano Ronaldo (k)
10. Bernardo Silva
Ehtiyat oyunçular
1. Ruy Patrisio
12. Joze Sa
5. Dioqo Dalot
14. Qonsalo İnasio
24. Antonio Silva
9. Qonsalo Ramuş
13. Danilo Pereyra
15. Joao Neveş
21. Dioqo Jota
25. Pedro Neto
Baş məşqçi: Roberto Martines

16. Mayk Menyan
22. Teo Ernandes
17. Vilyam Saliba
4. Dayo Upamekano
5. Jül Kunde
8. Orelyen Çuameni
6. Eduardo Kamavinqa
(19. Yussuf Fofana, 91)
13. Nqolo Kante
7. Antuan Qrizmann
(11. Usman Dembele, 67)
10. Kilian Mbappe (k)
(25. Bredli Barkolya, 106)
12. Randal Kolo Muani
(15. Markus Türam, 86)
Ehtiyat oyunçular
1. Bris Samba
23. Alfons Areola
2. Banjeman Pavar
3. Ferlan Mendi
24. İbraima Konate
18. Uorren Zair-Emeri
20. Kinqsli Koman
21. Jonatan Kloss
9. Olivye Jiru
Baş məşqçi: Didye Deşam

Penalti seriyası: U.Dembele – 0:1. K.Ronaldo – 1:1. Y.Fofana – 1:2. B.Silva – 2:2. J.Kunde – 2:3. J.Feliş – 2:3 (dirək). B.Barkola – 2:4. N.Mendeş – 3:4. T.Ernandes – 3:5.
Vərəqələr: J.Palyinya, 79. V.Saliba, 84 – sarı.
Hakimlər: MAYKL OLİVER, Stüart Bert, Den Kuk (hamısı İngiltərə).
VAR hakimləri: Pol van Bukel (Niderland), Devid Kuk (İngiltərə), Tomaş Kvyatkovski (Polşa).
5 iyul. Hamburq. “Folksparkştadion” stadionu. 47789 tamaşaçı (49000 yerlik).
Yalnız ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun ən yaxşısı: Usman Dembele.

oyunun statistikası
15 (4) qapıya (“çərçivə”yə) zərbə 20 (5)
8 qayda pozuntusu 13
11 künc zərbəsi 4
1 ofsayd 2
1 (0) sarı (qırmızı) vərəqə 1 (0)
63 topa sahibolma (faizlə) 37
878 (825) ötürmə (dəqiq) 588 (543)
145,8 məsafə (km) 143,1


Böyük maraqla gözlənilən oyuna Fransa daha fəal başlasa da, 15-ci dəqiqədən sonra tempi aşağı saldı. “Üçrəngilər”in ifasında yalnız Ernandesin cərimə meydançası xaricindən güclü zərbəsi və Mbappenin ənənəvi reydi yadda qaldı ki, onda da topu arxaya ötürdü.

Portuqaliyalılar sol cinahda fəal idi. Mendeş və Leao daim reyd etməyə çalışırdı. Ancaq təhlükəli vəziyyət yaratmaq mümkün olmurdu. Kriştiano sanki komandadan ayrı düşmüşdü, qapıya zərbə vurmağa isə əsasən Fernandeş çalışırdı. Hissə boyunca iki komandanın ifasında “çərçivə”yə cəmi bir zərbə gördük ki, bu da qətiyyən xoşagələn hal deyildi.

Fasilədən sonra oyun canlandı. Portuqaliyalılar qol vurmağa çalışırdı. Kamavinqa “sürüşmə” fəndi ilə Leaonun qarşısını aldı. Ardından Kanselodan ötürmə alan Bernardo Silvanın zərbəsinin qola çevrilməsinə Menyan imkan vermədi. Bir dəqiqə sonra franszıların qapıçısı ardıcıl iki zərbəni əngəllədi - əvvəlcə Vitinyaya, ardından iti bucaq altında dabanla fərqlənmək istəyən Ronaldoya mane oldu. Oyunun belə axarından razı qalmayan Deşam Qrizmannı Dembele ilə əvəzlədi. Usman sağ cinahda rəqiblərin başını gicəlləndirməklə komandasının oyununa kəskinlik qatdı – özü də təhlükəli zərbə vurdu, Mbappeyə də ötürmə verdi. Ancaq fransızların bütün zərbələri ya qapıdan aralı keçir, ya da Koştaya qismət olurdu. Sonda Türam az qala Pepedən sıyrılacaqdı. Ancaq 41 yaşlı veteran iki dəfə gənc rəqibin öhdəsindən gəldi. Bir sözlə, ikinci yarı birinci ilə müqayisədə daha maraqlı keçsə də, hesab yenə açılmadı.

Gözlənildiyi kimi, əlavə vaxt sakit tempdə keçdi. Sanki komandalar əvvəlcədən oyunu penalti seriyasına daşımağa razılaşmışdı. Leaonun intriqanı bitirmək imkanı var idi, ancaq topu Upamekanoya vurdu. Portuqaliyalılar topa nəzarət edir, fransızlar müdafiə olunmaqla kifayətlənirdi – bu mənzərə hər iki tərəfi razı salırdı.

Fasilədə maraqlı hadisə baş verdi. Deşama artıq oynaya bilmədiyini deyən Mbappe əvəzlənməsini istədi, onun yerini Barkola tutdu. Bəlkə də Kilianın əvəzlənməsini istəməsində topun başına dəyərək onu az qala nokauta salması əsas rol oynadı. Portuqaliyanın heyətində də dəyişiklik baş verdi. Leaonu əvəz edən Feliş dərhal zərbə mövqeyinə çıxsa da, əlverişli vəziyyətdən “çərçivə”yə düşə bilmədi.

Son 15 dəqiqə fransızlar cinah reydləri hesabına bir qədər fəal təsir bağışladı. Düzdü, Barkola ilə Dembelenin zərbələri alınmadı. Lap sonda əla zərbə mövqeyinə çıxan Mendeş hesabı açmaq əvəzinə topu düz Menyanın üstünə vurdu.

Penalti seriyasına Dembele başladı. Ardından Ronaldo hesabı bərabərləşdirdi. Ümumiyyətlə, hər kəs zərbəni çox inamlı yerinə yetirdi. Portuqaliya futbolunun qızıl oğlanı sayılan, ancaq heç cür istedadını aça bilməyən, bu dəfə isə antiqəhrəmana çevrilən Felişdən başqa. Onun zərbəsindən sonra top dirəkdən döndü. Fransızlar isə səhvə yol vermədi. Ernandes həlledici zərbə ilə komandasını yarımfinala çıxardı. Bu gün bizi Avropa futbolunun klassikası – İspaniya – Fransa oyunu gözləyir.

Rəqəmlər və faktlar
* Ronalda bu turnirdə rəqib qapısına 23 zərbə vursa da, qol hesabını aça bilmədi. O, 5 oyunun (Çexiya – 2:1, Türkiyə - 3:0, Gürcüstan – 0:2, Sloveniya – 0:0, p. – 5:3, Fransa – 0:0, p. – 3:5) hamısında meydana çıxdı. 39 yaşlı forvard Avropa çempionatlarında ikinci ən pis nəticəni təkrarladı. Ona qədər ispaniyalı Fernando Yerro da 1996-cı ildə 23 zərbə fonunda bir dəfə də qol bura bilməmişdi. Bu göstəricidə antirekord Ronaldonun həmvətəni Dekuya məxsusdu. Onun AÇ-2004-dəki 24 zərbəsindən heç biri qolla nəticələnməmişdi.
* Ronaldo Avropa çempionatlarında oyunsonrası penalti seriyasında 4 qol vuran ilk futbolçu oldu. Kriştiano bu turnirdə iki oyunsonrası penaltini qola çevirdi, Sloveniya ilə oyunun gedişində penaltini boşa verdi, bir dəf Bruno Fernandeşə məhsuldar ötürmə ilə yadda qaldı. 39 yaşlı dünya ulduzu karyerasında ilk dəfə nəhəng turniri qol vurmadan tamamladı. O, əvvəlki 11 turnirini (5 Avropa, 5 dünya çempionatı, Konfederasiyalar Kuboku) hər birində minimum bir dəfə fərqlənmişdi, 56 oyunda 24 top vurmuşdu.
* Ronaldo AÇ tarixinin bombardiri adını özündə saxladı. Portuqaliyalının hesabında 14 qol var. Onun ən yaxın izləyiciləri – Qrizmann ilə Morata iki dəfə geri qalırlar.
* Fransa ilə oyun günü Pepe 41 yaş 129 günlük idi. Bu göstəricidə 2-ci yerdə Macarıstan yığmasının qapıçısı Qabor Kiray (40 yaş 86 gün) qərarlaşıb. Kriştiano Ronaldo (19 yaş 150 gün) “üçlüy”ü qapayır.
* Fransa yığması qrupun üç və pley-offun iki oyununda cəmi 3 top vurub, bunlardan ikisi avtoqoldu, daha birini Mbappe penaltidən vurub. Fransızlar oyundan bir qol da vurmamaqla yarımfinala qədər irəliləyib. Komanda arxada qalan 5 oyunda rəqib qapısına 86 zərbə vursa da, heç biri qola çevrilməyib.
* Qrizmann fransalı sabiq müdafiəçi Lilian Türamın rekordunu təkrarlayıb. 33 yaşlı futbolçu bunu Portuqaliya ilə oyunda reallaşdırıb. Antuan Fransa yığmasının heyətində Avropa çempionatlarının final mərhələlərində 16-cı oyununu keçirməklə sabiq müdafiəçinin rekordunu təkrarlayıb.

Reaksiyalar

Didye Deşam:

“Çox intensiv və gərgin oyun oldu. Hadisələrin axarı istənilən tərəfə yönələ bilərdi. Hərçənd sonda biz daha çox əziyyət çəkdik. Əlavə vaxtda top əsasən rəqibdə oldu. Futbolçularımız bir qədər yorulmuşdu, bu məqam bəzi epizodlarla ciddi rol oynadı, ancaq mən uşaqlardan razıyam. Onlar bütün gücünü meydanda qoyaraq nəticənin xeyrimizə olmasını təmin etdilər. 1/4 finala vəsiqə qazandığımıza görə sevinirdim. İndi isə yarımfinalda oynamaq lazımdı”.

Roberto Martines:
“Əla oynadıq və çoxlu qol vəziyyəti yaratdıq. Futbolçularımla qürur duyuram, onlar xarakter göstərdi. Topa daha çox nəzarət etdik, qələbəyə layiq idik. Hər şeyin belə olması kədərlidi, ancaq oyunçular özü ilə qürur duymalıdı. Çox istedadlı uşaqlarımız var, birlik göstərdilər, daim qələbə arzusu ilə bütün güclərini meydanda qoydular. Uduzsaq da, qürurluyuq. Bununla kifayətlənməyəcəyik”.

Paylaş:
Digər xəbərlər

DÇ 2026

10-11-2022, 22:0

Portuqaliya millisinin DÇ üçün heyəti açıqlandı

DÇ 2026

13-12-2022, 12:0

Uduzsalar da, Qətərdə qaldılar

AÇ

23-06-2024, 22:0

Portuqaliyanı Ronaldo yox, ...Qranaç sevindirdi - REPORTAJ

Dünya futbolu / AÇ

3-06-2024, 16:0

AÇ-2024-ə hansı heyətlə yollanacaqlar?

AÇ

30-06-2024, 21:0

Gürcüstandan tarixi qələbə - REPORTAJ

Aktual
Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
“Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
“Cəbrayıl” hələ satılmayıb
Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
“Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
"Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
Son xəbərlər
  • Bu gün, 11:27
    Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
  • Bu gün, 11:14
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Bu gün, 10:47
    Güləşçimiz Budapeştdə "bürünc" qazandı
  • Bu gün, 10:00
    “İmişli”dən ayrıldı, "Səbail"ə keçdi
  • Dünən, 23:59
    “Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
  • Dünən, 23:30
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 23:11
    Mundialı antirekordçu kimi tərk edib
  • Dünən, 22:40
    "Qarabağ" - ÇSKA matçı üçün biletlər satışa çıxır
  • Dünən, 22:17
    "Sumqayıt"dan "Şamaxı"ya keçdi
  • Dünən, 21:48
    Bir neçə ay futbolsuz qala bilər
  • Dünən, 21:18
    “Cəbrayıl” hələ satılmayıb
  • Dünən, 20:33
    MY-də yeni qapıçı
  • Dünən, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Dünən, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Dünən, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Dünən, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Dünən, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Dünən, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
  • Dünən, 17:00
    Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
  • Dünən, 16:35
    Hamıdan yaxşı o oldu
  • Dünən, 16:04
    Baş məşqçi kimi yığmaya qayıtdı - DÇ-nin İSTEFASI
  • Dünən, 15:34
    "Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
  • Dünən, 15:22
    Premyer-liqada yeni mövsümün püşkü atıldı
  • Dünən, 14:36
    Gözlənilən təyinat rəsmən açıqlandı - DÇ-nin TƏYİNATI
  • Dünən, 14:14
    "Sabah" - KuPS matçını polşalı hakim idarə edəcək
  • Dünən, 13:49
    “Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
  • Dünən, 13:23
    “Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
  • Dünən, 12:54
    “Oley Oley” kampaniyasında ilk avtomobilin sahibi bəlli oldu
  • Dünən, 12:36
    Millimiz Bakıda yoldaşlıq görüşü keçirəcək - rəqib bəllidi
  • Dünən, 12:08
    ''Yeni mövsüm böyük bir meydan oxumaq olacaq'' - Ake ''Fənərbaxça''da ilk günlərin təəssüratını bölüşdü
  • Dünən, 11:35
    Tiav vəzifəsindən azad olundu - DÇ-nin İSTEFASI
  • Dünən, 11:00
    Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
  • Dünən, 10:33
    Mövsümün əvvəlini buraxa bilər - DÇ-nin EHTİMALI
  • Dünən, 10:12
    UEFA reytinqində liderik!
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 154
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə