Avropa Çempionatı - 2024
1/8 final
Avstriya - Türkiyə 1:2 (0:1)
13. Patrik Pents
5. Stefan Poş
4. Kevin Danso
15. Filipp Linhart
(2. Maksimilian Veber, 64)
16. Filipp Mvene
(8. Aleksander Prass, 46)
6. Nikolas Zayvald
9. Marsel Zabitser
20. Konrad Laymer
(10. Florian Qrilliç, 64)
19. Kristof Baumqartner
18. Romano Şmid
(11. Mixail Qreqoriç, 46)
7. Marko Arnautoviç (k)
Ehtiyat oyunçular
1. Haynts Lindner
12. Niklas Hedl
14. Leopold Kverfeld
17. Florian Kaynts
21. Flavius Danilyuk
22. Mattias Zaydl
24. Andreas Vaymann
25. Maksimilian Entrup
26. Marko Qrüll
Baş məşqçi: Ralf Ranqnik
1. Mərt Günok
18. Mərt Müldür
3. Merih Dəmiral
14. Əbdülkərim Bardakcı
20. Fərdi Kadıoğlu
22. Kaan Ayhan (k)
16. İsmayıl Yüksək
(15. Salih Özcan, 58)
21. Barış Alpər Yılmaz
6. Orkun Kökçü
(17. İrfan Can Kahveci, 83)
19. Kənan Yıldız
(7. Kərəm Aktürkoğlu, 78)
8. Arda Gülər
(5. Okay Yokuşlu, 83)
Ehtiyat oyunçular
12. Altay Bayındır
23. Uğurcan Çakır
2. Zəki Çəlik
9. Cenk Tosun
11. Yusuf Yazıcı
13. Ahmetcan Kaplan
24. Semih Kılıçsoy
25. Yunus Akgün
26. Bertuğ Yıldırım
Baş məşqçi: Vinçentso Montella
Qollar: M.Dəmiral, 1 (0:1). M.Dəmiral, 59 (0:2). M.Qreqoriç, 66 (1:2).
Vərəqələr: O.Kökçü, 11. R.Şmid, 38. İ.Yüksək, 42. F.Linhart, 52 – sarı.
Hakimlər: ARTUR DİAŞ, Pedro Ribeyro, Paulu Soareş (hamısı Portuqaliya)
VAR hakimləri: Tyaqo Martinş (Portuqaliya), Massimiliano İrrati (İtaliya), Xuan Martines (İspaniya).
2 iyul. Leyptsiq. ''Red Bull Arena'' stadionu. 38305 tamaşaçı (42959 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun ən yaxşısı: Merih Dəmiral.
oyunun statistikası
21 (5) qapıya (“çərçivə”yə) zərbə 6 (3)
12 qayda pozuntusu 5
10 künc zərbəsi 4
2 ofsayd 1
2 (0) sarı (qırmızı) vərəqə 2 (0)
57 topa sahibolma (faizlə) 43
565 (485) ötürmə (dəqiq) 378 (307)
118 məsafə (km) 114
Montella Çexiya ilə oyunla müqayisədə heyətdə üç dəyişiklik etmişdi. Kapitan Hakan Çalxanoğlu ilə Samet Akaydın cəza üzündən bu oyunu buraxırdısa, Salih Özcan ehtiyatda qalmışdı. Bu futbolçuları Orkun Kökçü, Əbdülkərim Bardakcı və Kaan Ayhan əvəzləmişdi. Avstriya həm yoldaşlıq oyununda Türkiyəni 6:1 yenməsi, həm də qrup mərhələsində sərgilədiyi oyun üzündən bu matça aşkar favorit statusunda çıxmışdı. Görünür, Ranqnikin komandası belə oyunlarda hələ “1 nömrə” statusu ilə oynamağa hazır deyil… 1-ci dəqiqə tamam olmamış hesab açıldı. Arda Gülərin künc zərbəsindən asması zamanı avstriyalı müdafiçəilər səhvə yol verdilər. Qapıçı son anda topu qapı xəttindən çıxarsa da, özünü yetirən Merih Dəmiral yaxın məsafədən qüvvətli zərbə ilə komandasını hesabda önə keçirdi. Avstriya oyun və topa nəzarət baxımından ilk yarını üstün keçirdi.
Amma 1:6 hesablı məğlubiyyətdən lazımi dərslər çıxaran “ay-ulduzlular” çox yaxşı müdafiə olunurdular. İlk yarıda sarı vərəqə alan hər iki türkiyəli futbolçu – Orkun Kökçü ilə İsmayıl Yüksək növbəti oyun üçün cəzalı duruma düşdü. Avstriya ikinci hissəyə çox fəal başladı. Amma Mərt Günok tam zamanında irəli çıxaraq yaxşı fürsət yaxalayan Arnautoviçə mane oldu. Hücum edən tərəf Avstriya olsa da, qolu yenə Türkiyə vurdu! Bu dəfə də Ardanın künc zərbəsindən yaxın dirəyə asması zamanı Merih fərqləndi. İki rəqibindən hündürə tullanan müdafiəçi bu dəfə başla qol vurdu. Bu qol Avstriyanın durumunu bir qədər də qəlizləşdirdi. Amma qısa müddət sonra hesab arasında fərq yenidən 1 topa bərabər oldu. Merihin ikinci qolundan cəmi 7 dəqiqə sonra bu dəfə Avstriya künc zərbəsini uğurla yerinə yetirdi. Poş başla topu arxa dirəyə tərəf göndərdi.
Fasilədən sonra meydana şıxan Qreqoriç isə Avstriyanı ümidləndirdi. Onsuz da əsasən müdafiəyə üstünlük verən “ay-ulduzlular” fərq azalanan sonra hücumu ümumiyyətlə unutdular. Türkiyə bütün komanda ilə müdafiə olunaraq bu nəticəni qorumağa çalışdı. Matçın və bütövlükdə turnirin ən yaddaqalan anlarından biri əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə yaşandı. Sol cinahdan asma zamanı türkiyəli müdafiəçilər mövqe səhvinə yol verərək Baumqartneri gözdən qaçırdılar. Amma onun yaxın məsafədən baş zərbəsi zamanı Mərt Günok inanılmaz sıçrayışla son anda qola mane oldu. Bu qurtarış təkcə oyunun yox, sosial şəbəkələrin də bəzəyinə çevrildi. Beləliklə, qardaş ölkənin yığması böyük çətinliklə də olsa, qələbə hesabını qorumağı bacardı və 1/4 finalda Niderland ilə oynamaq haqqı qazandı. Avstriya isə favorit sayıldığı oyunda uduzaraq tarixində ilk dəfə AÇ-nin 1/4 finalına yüksəlmək şansını əldən verdi.
Reaksiyalar
Ralf Ranqnik: