• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

AÇ-2024: Yarımfinala yüksələn sonuncu komanda Niderland oldu - YENİLƏNİB

AÇ / Manşet

7-07-2024, 00:0

Dünən AÇ-2024-də ilk yarımfinalçılar bəlli oldu.

Bu gün isə yoluna davam edən daha iki komandanın adına aydınlıq gələcək və 1/4 final mərhələsinə yekun vurulacaq. Bu afişada bugünkü oyunlar barədə danışacağıq. Onu da bildirək ki, 1/4 finaldan sonra bütün sarı vərəqələr silinəcək.

1/4 final
İngiltərə - İsveçrə
1:1 (5:3 - pen.)
Bukayo Saka, 80 - Brel Mbolo, 75.
Hakim: Daniele Orsato (İtaliya)
Cəzalı: Quehi/yoxdu
Stadion: “Merkur Şpil Arena” (Düsseldorf)
Əvvəlki oyunlarının balansı: +3=5-22

Bəlkə də turnirdən öncə İsveçrənin 1/4 finala yüksəlməsi sürpriz sayılardı. Amma Murat Yakının komandası bu turnirdə çox inamlı təsir bağışlayır. Son çempion üzərində əla qələbə qazanan və tam layiqli şəkildə adını ən güclü 8 komanda sırasına yazdıran İsveçrə bu dəfə son finalçını sınağa çəkəcək. İngiltərə bu duelin favoriti sayılır. Amma turniri izləyən hər kəs gözəl bilir ki, futbolun yaradıcıları bu mərhələyə “sürünə-sürünə” gəlib çıxıblar. Qrup mərhələsini 2 qolla tamamlayan ingilislər 1/8 finalda slovakları da çətinliklə keçdilər. Qaret Sautqeyt bəlkə də bu AÇ-də ən çox tənqid olunan məşqçilərin başında gəlir. “Üç şir” artıq gücünü və potensialını göstərməlidi. Slovakiya ilə oyundakı kimi komanda 90-cı dəqiqəyə 0:1-lə daxil olsa, çətin ki, bu dəfə isveçrəlilər hesabı bərabərləşdirməyə imkan versinlər. Bir çoxlarının fikrincə, indiki yığma İsveçrə tarixinin ən güclü komandasıdı. “Deyli Meyl”in məlumatına görə, İngiltərə son məşqlərdə 3-5-2 taktikasını sınaqdan keçirib. İsveçrə məhz bu sxemlə oynayır. Maraqlıdı ki, Murat Yakın 1/8 finaldan öncə “İtaliya 4 müdafiəçili sistemlə oynasa, onların bizə qarşı heç bir şansl olmayacaq” açıqlamasını vermiş və haqlı çıxmışdı. Bəziləri iddia edir ki, Sautqeytin gözünü məhz bu məqam qorxudub. Ona görə də İngiltərənin bu matçda seçəcəyi taktika indidən böyük maraq doğurur. Ötən qitə turnirində məhz bu mərhələdə İspaniyaya oyunsonrası penalti seriyasında uduzan İsveçrə yenidən tarixində ilk dəfə nəhəng turnirin yarımfinalına yüksəlməyə cəhd edəcək. Şəxsi oyunlarda İngiltərənin qorxunc üstünlüyü var. İsveçrə güclü rəqibi sonuncu dəfə 43 il öncə - 1981-in mayında məğlub edib. O vaxt DÇ-1982-nin seçmə mərhələsi çərçivəsində Bazeldə keçirilən oyunda meydan sahibləri 2:1 üstün olmuşdular. İngilislər həmin vaxtdan bəri İsveçrəyə qarşı 13 oyunun heç birində uduzmayıblar (10 qələbə, 3 heç-heçə). Hətta bu komandalar arasındakı son 5 oyunun hamısında İngiltərənin sevinən tərəf olduğunu da bildirək!

Niderland – Türkiyə 2:1
Stefan de Vray, 70. Mert Müldür 76 (ö.q) - Samet Akaydın, 35.
Hakim: Kleman Türpen (Fransa)
Cəzalı: yoxdu/Orkun Kökçü, İsmayıl Yüksək, Merih Dəmiral
Stadion: “Olimpiaştadion” (Berlin)
Əvvəlki oyunlarının balansı: +6=4-4

Uzun illərdən sonra, nəhayət, nəhəng turnirdə yaxşı nəticələr əldə etməklə bütün türk dünyasını sevincə qərq edən Türkiyə növbəti çətin sınaq ərəfəsindədi. Əslində indiki durum eynilə Avstriya – Türkiyə oyunundan öncə yaşanan ab-havanı xatırladır. Çünki yenə türkiyəli futbolsevərlərdən başqa heç kim “ay-ulduzlular”ın qələbəsinə inanmır. Avstriya kimi Niderland da aşkar favorit sayılır. 1/4 finalı “ay-ulduzlular” üçün artıq yetərincə yaxşı nəticə saymaq olar. Yəni komanda məğlub olsa belə, bu, faciə hesab olunmayacaq. Bu cəhətdən türklər meydana rahat və təzyiqsiz çıxacaqlar. Türkiyənin meydana təzyiqsiz çıxdıqda isə daha yaxşı təsir bağışladığını Avstriya ilə oyunda bir daha gördük. Amma digər tərəfdən, iştah diş altındadı. Türkiyə yaxın keçmişdə, həm DÇ-2002-də, həm də AÇ-2008-də fanatlarına yarımfinal həyəcanı yaşadıb. Niyə də daha bir yarımfinal olmasın?! Niderlandlılar çox özündənrazı görünür. Komandanın təcrübəli müdafiəçisi Deyli Blind “1/4 finalda Türkiyə ilə qarşılaşacağımızı nəzərə alsaq, şans bizim tərəfimizdədi” açıqlamasını verib.

Tanınmış niderlandlı mütəxəssis Quus Hiddink isə “Türkiyənin bizə problem yaradacağını düşünmürəm. Matçın taleyini ilk 60 dəqiqə ərzində həll edəcəyik” ifadəsini işlədib. Bu sözlərin türkiyəli futbolçuları nə dərəcədə qıcıqlandıracağını oyunda görəcəyik. “Ay-ulduzlular” mərhələ adlamaq üçün ideala yaxın oyun sərgiləməlidilər. Həm də komandanın yenə bir qəhrəmana ehtiyacı olacaq. Avstriya ilə görüşdə bu məsuliyyəti üzərinə Merh Dəmiral ilə Mərt Günok götürdü. Mərtə istənilən halda bu matçda yenə az iş düşməyəcək. Amma irəlidəki oyunçuların da artıq özlərini göstərmək zamanıdı. Avstriyaya qarşı oyun ilə bugünkü oyunun daha bir oxşar cəhəti var. Qardaş ölkənin komandası, bilindiyi kimi, həm də avstriyalılardan qisas almaq hissi ilə meydana çıxmışdı. Çünki bu ilin martında hazırlıq oyununda onlar Vyanada 1:6 hesabı ilə uduzmuşdular. Maraqlıdı ki, Türkiyə Niderlanda qarşı keçirdiyi son oyunda da məhz bu hesabla uduzub! Həmin qarşılaşma 2021-ci ilin sentyabrın 7-də Amsterdamda keçirilib.

DÇ-2022-nin seçmə mərhələsində keçirilən həmin oyundan sonra Şenol Günəş istefa vermiş və onu Ştefan Kunts əvəzləmişdi. İndi də Niderlandın heyətində olan Depay həmin gün het-trik etmişdi. Ancaq o matçdan öncə Türkiyə Niderlandı ardıcıl iki oyunda məğlub etmişdi. Qardaş ölkə güclü rəqibini 2021-in martında İstanbulda 4:2, 2015-in sentyabrında Konyada 3:0 yenmişdi. Yəni Niderland Türkiyə üçün məğlubedilməz rəqiblərdən sayılmır.

Paylaş:
Digər xəbərlər

AÇ / Manşet

30-06-2024, 01:0

AÇ-2024 1/8 final: İsveçrə və Almaniya növbəti mərhələyə adladı - YENİLƏNİB

Dünya futbolu / Manşet

24-06-2024, 00:0

AÇ-2024-də 10-cu gün: Almaniya və İsveçrə 1/8 finalda - YENİLƏNİB

AÇ

1-07-2024, 00:0

AÇ-2024 1/8 final: İngiltərə və İspaniya 1/4 finalda - YENİLƏNİB

Dünya futbolu / Manşet

3-07-2024, 00:0

AÇ-2024 1/8 final: Niderlandla Türkiyə növbəti mərhələyə yüksəldi - YENİLƏNİB

AÇ

27-06-2024, 18:0

Türkiyə AÇ-2024-də nə qədər pul qazanıb?

AÇ / Manşet

28-06-2024, 21:0

Türkiyə AÇ-2024-də nə qədər pul qazanıb?

Aktual
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
“Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
“Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
“Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
Son xəbərlər
  • Bu gün, 14:08
    "Araz Naxçıvan" Slavik Alxasovla vidalaşdı
  • Bu gün, 13:30
    AFFA nümayəndəsinə UEFA-dan təyinat
  • Bu gün, 13:09
    “Qarabağ”da yeni məşqçi təyinatları
  • Bu gün, 12:42
    "Gəncə" "Neftçi"nin oyunçusunu transfer etdi
  • Bu gün, 12:00
    “Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
  • Bu gün, 11:32
    ''Beşiktaş'' yeni ulduzuna hələ də lisenziya çıxara bilməyib
  • Bu gün, 11:00
    “Qarabağ” – “Dinamo” oyununun biletləri satışa çıxır
  • Bu gün, 10:31
    Türkiyəli hakim ''Ayaks''ın oyununa təyinat aldı
  • Bu gün, 10:00
    Elman Sultanov "Mingəçevir"in baş məşqçisi oldu
  • Bu gün, 00:40
    "Rəqibin bu qələbəyə tam layiq olduğunu düşünmürəm" - Valdas Dambrauskas
  • Dünən, 23:45
    Yığmamız İslandiyaya uduzdu
  • Dünən, 23:09
    "Sabah" "Orhus"a uduzdu - YENİLƏNİB
  • Dünən, 22:16
    "Qarabağ" heç də asan rəqib deyil" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 21:59
    Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
  • Dünən, 21:28
    Azərbaycan dünya çempionatına ev sahibliyinə hazırlaşır
  • Dünən, 20:57
    "Sabah"ın matçı nə vaxt başlayacaq? - klubdan açıqlama
  • Dünən, 20:26
    “Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
  • Dünən, 19:56
    "Orhus" - "Sabah" oyununun vaxtı dəyişdirildi
  • Dünən, 19:40
    Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
  • Dünən, 19:33
    "Orhus" - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    “Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
  • Dünən, 18:58
    “Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
  • Dünən, 18:40
    "Kəpəz" qapıçısı ilə yenidən anlaşdı
  • Dünən, 18:08
    "Cəbrayıl" və "Quba"nın adı dəyişdirildi
  • Dünən, 17:36
    “Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
  • Dünən, 17:15
    “Orhus”un ulduzu “Sabah”a qarşı oynaya bilməyəcək – SƏBƏB
  • Dünən, 16:53
    2-ci liqada yeni mövsümün püşkü atıldı
  • Dünən, 16:30
    "Qarabağ" Polşaya yollandı
  • Dünən, 16:00
    ''Göztəpə''nin 15 milyonluq satışı baş tutmadı
  • Dünən, 15:38
    “Orhus”un baş məşqçisindən cəsarətli addım – heyət seçimi ilə bağlı planlarını açıqladı
  • Dünən, 15:06
    “Rahid Əmirquliyev həm rəhbərlikdə, həm də heyətdə təmsil olunacaq”- bu necə olur?
  • Dünən, 14:44
    "Sumqayıt" braziliyalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 14:04
    Konatedən nəyin əskikdi, Konate?
  • Dünən, 13:38
    "Kəpəz" Ümid Səmədovla anlaşdı
  • Dünən, 13:17
    Fransaya qayıtmayacaq
Daha çox
Oxunub: 179
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 124
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 92
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Oxunub: 87
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə