Niderlandlı hücumçu türkləri özündən çıxardı – “mütləq görüşəcəyik”

5.07.2024 22:31 363
AÇ / Manşet
Türkiyə millisi AÇ-2024-ün 1/4 finalında Niderlandla qarşılaşacaq.

Səbrsizliklə gözlənilən matça iki gün qaldığından gündəm yetərincə qaynardı.

“Football-plus.az”ın məlumatına görə, Niderland millisinin hücumçusu Memphis Depay bu ərəfədə türkləri qızışdıran paylaşımla diqqəti çəkib.
30 yaşlı mərkəz hücumçusu 1/8 final mərhələsinin Avstriya – Türkiyə matçından (1:2) sonra sosial şəbəkə hesabında “şənbə günü görüşəcəyik” sözlərini yayıb. Paylaşımın rəy bölməsinə axın edən türkiyəlilər futbolçuya meydan oxuyub və “mütləq görüşəcəyik!” ifadələriylə cavab veriblər.

Qeyd edək ki, bu matç iyulun 6-sı, saat 23.00-da start götürəcək.

KƏNAN BAHADIR