• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Səməd Nəsibov Berdıyevlə bağlı söhbətlərə aydınlıq gətirdi - “Ayxan Abbasov da..."

Ölkə futbolu / Manşet

3-07-2024, 09:0

Fernando Santuş milliyə baş məşqçi təyin olunandan sonra yaşına görə tənqid atəşinə tutulsa da, Kurban Berdıyevin “Turan Tovuz”a təyinatına daha tolerant münasibət gördük.

Hələ nəzərə almaq lazımdı ki, Berdıyev Santuşdan daha yaşlıdı. Yaşdan söz düşmüşkən, türkmənistanlı mütəxəssisin sağlıq durumu ilə bağlı problemdən, daha doğrusu, yüksək təzyiqdən əziyyət çəkdiyi bildirilir. “Turan Tovuz” rəhbərliyi komandanın Ərzurumda toplanış keçməsini planlaşdıraraq otel bron etsə də, türkmənistanlı çalışdırıcının uzun müddətdi təzyiqdən əziyyət çəkməsi səbəbindən dəniz səviyyəsindən çox yüksəkdə yerləşən şəhərə gedə bilməməsi “Turan Tovuz”u ziyana salıb. Belədə komanda Ərzurumda yox, alternativ variant kimi Boluya keçmək fikrini də qəbul etməyib.

Bəs deyilənlər nə dərəcədə reallığı əks etdirir? Çünki klub rəsmiləri Qəbələdə toplanış keçdikdən sonra Türkiyəyə yollanacaqlarını bildirsələr də, konkret heç bir yer adı çəkməmişdilər. Mövzuyla bağlı daha detallı məlumat öyrənmək üçün klubun idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibovla danışdıq:

“Ərzurumu kim deyir? Bunu hardan çıxardırlar? Elə bil kim nə fikirləşir, onu da yazır. Yay hazırlıq planı zamanı düşündüklərimiz yerlər arasında Bolu, Qızılcahamam ilə yanaşı, Ərzurum da var idi. Qiymətə, stadiona, qidalanmaya, qalacağın yerə baxırsan və sənə uyğun olanı seçirsən. Ərzurum, sadəcə, seçimlərimiz arasında olub, lakin seçməmişik. Biz Ankaraya, yəni Qızılcahamama gedəcəyik”.

Klub rəsmisinin Kurban Berdıyevin səhhətiylə bağılan yayılan xəbərlərə reaksiyası belə oldu:

“Səhhətiylə bağlı nə problem var ki? Kim yuxusunda nə görürsə, yazır. Ancaq nə məqsədlə yazır, bilmirəm. Məsələ başqadı. Ötən il Ayxan Abbasov da Ərzurumu istəməmişdi, onun da səhhətində problem var idi? Kurban müəllim səhhətində heç bir şey yoxdu. Sadəcə, bəlli bir yüksəkliyin olması müəyyən qədər təsir edir. Futbolçuların həmin yüksəkliyi qaldırıb-qaldırmamaq, yəni dəniz səviyyəsindən 1800 metr yüksəkdə toplanış keçəndən sonra Bakıya qayıdıb, dəniz səviyyəsindən 28 metr aşağıda oyun oynamaq, bura öyrəşmək var. Elə normal bir şəxsin bu iki fərqli yerə uyğunlaşması vaxt aparır. Futbolçuya gəlincə, o, ağır məşq prosesi keçir və 90 dəqiqə ərzində qaçır, hərəkət edir. Hamının bilmədiyi xırda incəliklər var”.

İdman direktoru komandanın yay toplanışının Qızılcahamamda olacağını təsdiqləsə də, yoldaşlıq oyunları üçün rəqiblərin hələ müəyyənləşmədiyini bildirdi:

“Bəli, Qəbələdən sonra Türkiyəyə yollanacağıq. Əvvəlcədən Türkiyədə toplanış keçəcəyimizi bilirdik. Çünki, həm viza, həm də bilet məsələləri daha rahatdı. Həmçinin əksər klublarımız Türkiyəyə gedir. Sadəcə, bizə sərf edən həm də ötən il getdiyimiz üçün tanıdığımız, bildiyimiz Qızılcahamam oldu. Bu üzdən də ora gedəcəyik. Yoldaşlıq matçı keçirəcəyimiz komandalar isə hələ bilinmir”.

Yeri gəlmişkən, Nəsibov Berdıyevin “Turan Tovuz”un süni ot örtüklü meydançasından narazılıq etməsinə də aydınlıq gətirdi:

“İstənilən məşqçi və ya futbolçu təbii ot örtüyündə oynamaq istəyir. Bu normaldı. Təbii ki, bu istiqamətdə müəyyən planlarımız var. Sadəcə, bizim bir meydançamız var və onu da söksək, işimiz çətin olacaq. Çünki orda təkcə əsas klomandanın oyunları keçirilmir. Stadionun ot örtüyünü indi söksək, təbii ot örtüklü qazon sentyabrın axırına ancaq hazır olar. O vaxta qədər də həm əvəzediciləri, həm də akademiyanın uşaqlarını yerbəyer etmək məsələsi var. Çünki onlar bir yerdə məşq edir. Uşaqları yerbəyer etmək həll olunsa, indi, yox, həll olunmasa, yəqin ki, mövsümün sonunda bu proses gerçəkləşəcək”.

KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

25-06-2024, 16:0

“Turan Tovuz”un Berdıyevlə bağlı planı alınmadı – klub rəsmisi “vaxt azdı” dedi

Ölkə futbolu

25-06-2024, 11:0

Kurban Berdıyev “Turan Tovuz”un baş məşqçisi təyin olundu

Ölkə futbolu / Manşet

28-06-2024, 13:0

Berdıyevin haqlı təlaşı – “Turan Tovuz” mütəxəssisin narazılığına belə cavab verdi

Ölkə futbolu / Manşet

18-06-2024, 11:0

Berdıyev üç gün gecikəcək

Premyer-liqa / Manşet

14-06-2024, 19:0

Berdıyevlə danışıqlar Tovuzda yox, Bakıda olub - “Demək olar ki, hər şey razılaşdırılıb”

Premyer-liqa / Manşet

23-06-2024, 15:0

“Turan Tovuz”un baş məşqçisi rəsmiləşdi

Aktual
Təəssüf: Nəriman Messi ilə üz-üzə gələ bilməyəcək!
Ceyhun Nuriyevin legionerlik arzusu niyə çin olmadı? - seçimini izah etdi
“Bu gün bəxtimiz gətirdi, eyni zamanda keyfiyyətimizi də göstərdik” - rəqibin qol vuran futbolçusu danışdı
Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
Ukrayna bu mövsüm klubları qələbə qazanmayan iki ölkədən biridi! – “Qarabağ” üçün təsəlli
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Son xəbərlər
  • Bu gün, 16:06
    İngiltərə klubunu tərk etdi
  • Bu gün, 15:35
    İngiltərə klubunda yeni oyunçu
  • Bu gün, 15:14
    ''Beşiktaş''la ''Fənər'' oyunçularını dəyişdirə bilərlər
  • Bu gün, 14:53
    AFFA De Blekerlə vidalaşdı
  • Bu gün, 14:22
    Təəssüf: Nəriman Messi ilə üz-üzə gələ bilməyəcək!
  • Bu gün, 13:51
    Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
  • Bu gün, 13:20
    Ceyhun Nuriyevin legionerlik arzusu niyə çin olmadı? - seçimini izah etdi
  • Bu gün, 12:59
    ''Fənər''in hər iki oyununun hakimi bəlli oldu
  • Bu gün, 12:28
    Yığmamız Portuqaliya ilə qarşılaşacaq
  • Bu gün, 11:57
    ''Qalatasaray'' sonda paraqvaylı ulduza yönəldi
  • Bu gün, 11:36
    “Bu gün bəxtimiz gətirdi, eyni zamanda keyfiyyətimizi də göstərdik” - rəqibin qol vuran futbolçusu danışdı
  • Bu gün, 11:15
    Anatolinin adı iştirak ərizəsinə salınmadı
  • Bu gün, 11:00
    “Qarabağ” Avropa Liqasından Konfrans Liqasına yollandı - REPORTAJ
  • Bu gün, 10:53
    Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
  • Bu gün, 10:36
    "Sabah"ın futbolçusu Ukrayna klubunda - RƏSMİ
  • Bu gün, 10:15
    “Qarabağ”ın Kiyev “Dinamo”su ilə oyunlarının hakimləri
  • Bu gün, 09:49
    ''Bavariya''nın fəxri prezidenti Oliseyə görə ''Real'' ilə məzələndi
  • Bu gün, 00:25
    “Təəssüf ki, bizdə belə ustalıq səviyyəsinə malik oyunçu yoxdu” – Kiyev “Dinamo”sunun baş məşqçisi
  • Bu gün, 00:10
    Ukrayna bu mövsüm klubları qələbə qazanmayan iki ölkədən biridi! – “Qarabağ” üçün təsəlli
  • Bu gün, 00:09
    "Qəbələ" - "İmişli" matçında 4 qol
  • Dünən, 23:52
    "Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
  • Dünən, 23:31
    Cavid Hüseynovdan acı etiraf: “Komanda hələ ki 60 dəqiqə oynamağa hazırdı”
  • Dünən, 23:00
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 22:39
    "Şamaxı" yarımmüdafiəçi transfer etdi
  • Dünən, 22:20
    “Kəpəz”in Qətər klubu ilə oyunu ləğv olundu
  • Dünən, 22:00
    “Hər üç klubumuzun uğursuzluğunu bəxtsizliklə əlaqələndirirəm” – Aslan Kərimov
  • Dünən, 21:44
    "Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi
  • Dünən, 20:56
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 20:23
    "Barsa" titulu qorudu, “Real” problemlər içində batdı
  • Dünən, 19:42
    Milli futbolçu kokain testindən keçə bilmədi
  • Dünən, 19:01
    Lorenso ilə müqavilə yeniləndi
  • Dünən, 18:34
    Dünya çempionu əməliyyat olundu
  • Dünən, 18:00
    “Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
  • Dünən, 17:25
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 16:54
    UEFA-dan Əliyar Ağayevə yeni təyinat
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 218
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 155
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 152
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 129
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə