Montellanın eksperimentləri Türkiyəyə baha başa gəldi – REPORTAJ

25.06.2024 23:10 307
AÇ
F qrupu
N 23. Türkiyə - Portuqaliya 0:3 (0:2)
12. Altay Bayındır
20. Fərdi Kadıoğlu
14. Əbdülkərim Bardakcı
4. Səmət Akaydın
(3. Merih Dəmiral, 75)
2. Zəki Çəlik
22. Kaan Ayhan
(16. İsmayıl Yüksək, 58)
10. Hakan Çalxanoğlu (k)
7. Kərəm Aktürkoğlu
(19. Kənan Yıldız, 58)
6. Orkun Kökçü
(11. Yusuf Yazıcı, 46)
25. Yunus Akgün
(8. Arda Gülər, 70)
21. Barış Alpər Yılmaz
Ehtiyat oyunçular
23. Uğurcan Çakır
13. Ahmetcan Kaplan
18. Mərt Müldür
5. Okay Yokuşlu
15. Salih Özcan
9. Cenk Tosun
24. Semih Kılıçsoy
26. Bərtuğ Yıldırım
Baş məşqçi: Vinçentso Montella
22. Dioqo Koşta
19. Nunu Mendeş
3. Pepe
(24. Antonio Silva, 83)
4. Ruben Diaş
20. Joao Kanselo
(2. Nelson Semedo, 68)
8. Bruno Fernandeş
6. Joao Palyinya
(18. Ruben Neveş, 46)
23. Vitinya
(15. Joao Neveş, 88)
17. Rafael Leao
(25. Pedro Neto, 46)
7. Kriştiano Ronaldo (k)
10. Bernardo Silva
Ehtiyat oyunçular
1. Ruy Patrisio
12. Joze Sa
5. Dioqo Dalot
14. Qonsalo İnasio
9. Qonsalo Ramuş
13. Danilo Pereyra
16. Mateus Nunes
11. Joao Feliş
21. Dioqo Jota
26. Fransisko Konseysao
Baş məşqçi: Roberto Martines
Qollar: B.Silva, 21 (0:1). S.Akaydın, 28-öz qapısına (0:2). B.Fernandeş, 56 (0:3).
Vərəqələr: Ə.Bardakcı, 25. R.Leao, 39. S.Akaydın, 42. Z.Çəlik, 42. J.Palyinya, 45 – sarı.
Hakimlər: FELİKS SVAYER, Stefan Lupp, Marko Axmüller (hamısı Almaniya).
VAR hakimləri: Bastian Dankert, Kristian Dingert (hər ikisi Almaniya), Rob Diperink (Niderland).
22 iyun. Dortmund. “Siqnal İduna Park” stadionu. 61047 tamaşaçı (66099 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun ən yaxşısı: Bernardo Silva.
oyunun statistikası
10 (3) qapıya (“çərçivə”yə) zərbə 12 (3)
16 qayda pozuntusu 8
9 künc zərbəsi 1
0 ofsayd 4
3 (0) sarı (qırmızı) vərəqə 2 (0)
44 topa sahibolma (faizlə) 56
418 (366) ötürmə (dəqiq) 572 (517)
114,3 məsafə (km) 113,5

Montellanın heyət seçimi çoxlarını heyrətləndirdi. Əlbəttə, futbolda “qalib heyəti dəyişməzlər” prinsipi var, ancaq bu heç də Quran ayəsi deyil. Dəyişərlər də, hələ o yana da keçərlər! Yetər ki, həmin dəyişiklik nəticə versin. İtaliyalı mütəxəssisi isə belə görünür ki, sırf bu oyunla bağlı yox, turnir strategiyası isə bağlı maraqlar düşündürür. Yoxsa Gürcüstanla oyunun qəhrəmanlarından Mərt Müldür, Arda Gülər və Kənan Yıldızın start heyətində yer almamasına izah tapmaq çətindi. Yığmanın Ardalı və Ardasız obrazının necə fərqli olduğunu isə onun son 20 dəqiqədəki oyunu da göstərdi. Hələ mən qolda kobud səhvə yol versə də, ümumilikdə pis təsir bağışlamayan Mərt Günokun oyun praktikasından məhrum Altay Bayındırla əvəzlənməsini demirəm. Düzdü, Günokun zədəsi var idi, ancaq onu Uğurcan Çakırla da əvəz etmək olardı.

Belə geniş çaplı rotasiya fonunda da “ay-ulduzlular” oyuna pis başlamadı. Onlar aqressiv oynayır, meydanın hər yerində pressinq edirdilər. Əlbəttə, belə oyun üslubu ilə Portuqaliyanı qorxutmaq çətindi. Ronaldo ilə Bernardo Silvanın zərbələrinin qarşısı alınandan sonra türklər gözəl hücum qurdu. Zəki sağ cinahdan uzaq dirək önünə ötürmə verdi, təəssüf ki, Aktürkoğlu hesabı aça bilmədi. Əvəzində portuqaliyalılar hesabı açdı. Leao Mendeşə, o isə cərimə meydançasına ötürmə verdi. Müdafiəçilər Ronaldonun zərbə vurmasına imkan verməsə də, Bernardo bunu bacardı. Əlbəttə, 0:1 dünyanın sonu deyildi. Ancaq 28-ci dəqiqədə ötən oyunun qəhrəmanlarından Samet elə kobud səhvə yol verdi ki... O, heç bir təhlükənin olmadığı məqamda futbolun yazılmayan qaydalarından birinə - qapıçını görmürsənsə, arxaya ötürə vermə! - əməl etmədi. 0:2-dən sonra bir qədər də aqressivləşən “ay-ulduzlular” dəfələrlə qola yaxın oldu. Koşta həm Aktürkoğlunun, həm də Kökçünün zərbəsinin qarşısını aldı.

Martines fasilədə ikili dəyişikliyə əl atdı: ilk yarıda cəzalanan Palyinya ilə Leaonu Neveş və Neto əvəz etdi. Montella isə Kökçünün əvəzinə Yazıcını meydana buraxmaqla hücumu gücləndirmək istədi. Bununla belə, oyunun mənzərəsi dəyişmədi. Türklər qola ehtiyac duysa da, mövqe hücumları gerçəkləşdirən rəqib topa nəzarəti əldən vermirdi. Brunonun 56-cı dəqiqədə vurduğu qol oyunun taleyini həll etdi. Zəki meydanın dərinliyindən verilən ötürmənin qarşısını ala bilmədi, qapıçı ilə təkbətək çıxan və AÇ-də 15-ci qolunu vurmaq üçün real şans qazanan Ronaldo isə boş qapı önündə dayanan Fernandeşin fərqlənməsinə şərait yaratdı. Montella ardıcıl əvəzetmələrlə oyunun axarını dəyişməyə çalışsa da, təsəlli qolunu (sonda top fərqi də önəmli amilə çevrilə bilr) vurmaq belə mümkün olmadı. Oyunu heç də yüksək səviyyədə idarə etməyən, bəzən türklərə münasibətdə qərəzli görünən Svayerin 2-ci hissəyə artırdığı 5 dəqiqə isə heç də AÇ səviyyəsinə uyğun olmayan məzhəkəyə çevrildi: meydana tez-tez azarkeşlər daxil oldu.

Beləliklə, Portuqaliya maksimum nəticə ilə pley-offa adladı, Türkiyəni isə irəlidə Çexiya ilə çətin oyun gözləyir. Düzdü, həmin oyunda “ay-ulduzlular”ı heç-heçə də qane edə bilər. Axı Gürcüstanın Portuqaluyanı məğlub edəcəyinə inanmaq çətindi.

Reaksiyalar
Roberto Martines:
“Düşünürəm ki, Çexiya ilə qarşılaşmadakı səviyyədə oynadıq. Ancaq bu dəfə birinci biz qol vurduq. Türkiyə yaxşı başladı, ancaq dözdük və qol vurandan sonra oyunun axarına nəzarət etdik. İndi artıq ehtiyatdakı oyunçulara şans vermək olar – onlar bunu haqq edir. Pepenin oyununa baxan onun 41 yaşının olduğuna inanmaz! Pepe Portuqaliya futbolu üçün əla nümunədi. Günün 24 saatında peşəkardı. Bu gün meydanda qeyri-adi hadisənin şahidi olduq. Dahi hücumçu Ronaldo qapıçı ilə təkbətək çıxır və ötürmə verməyə imkan tapır. Necə gözəl nümunədi!”


Vinçentso Montella:
“İlk 20 dəqiqədə yaxşı oynadıq, qol vəziyyətləri yaratdıq, ancaq elə ilk səhvə görə cəzalandıq. Avtoqol? Futbolda belə hadisələr olur. Hesab edirəm ki, Portuqaliya Avropanın ən güclü komandalarından biridi, bu gün də bunu sübut etdi”.

Fakt
Kriştiano Ronaldo Avropa çempionatlarında 8-ci məhsuldar ötürməsinin verdi. 39 yaşlı portuqaliyalı hücumçu bu göstəricidə turnirin rekordçusu Karel Poborskiyə çatdı. Siyahının sonrakı pillələrondə Sesk Fabreqas (İspaniya), Bastian Şvayştayger (Almaniya), Aryen Robben (Niderland), Luis Fiqu (Portuqaliya), Eden Azar (Belçika) və Devid Bekhem (İngiltərə) qərarlaşıb. Bunların hər birinin hesabında 5 belə ötürmə var.

1. Portuqaliya 2 2 0 0 5-1 6
2. Türkiyə 2 1 0 1 3-4 3
3. Çexiya 2 0 1 1 2-3 1
4. Gürcüstan 2 0 1 1 2-4 1