Andre Villaş-Boaş yenidən futbola qayıtmaq qərarına gəlib.
"Football-plus.az" xəbər verir ki, o, sabiq klubunda ən yüksək vəzifəni tutmaq niyyətindədi.
Tanınmış portuqaliyalı məşqçi “Portu”nun prezidenti olmaq arzusundadı. O, bunun üçün ilk addımı atıb.
“Record” qəzetinin yazdığına görə, Villaş-Boaş namizədliyini irəli sürüb. Portuqaliya klubunda prezident seçkisi gələn ilin aprelində keçiriləcək.
Villaş-Boaş yaxın keçmişdə “Akademika”, “Portu”, “Çelsi”, “Tottenhem”, “Zenit”, “Şanxay” və “Marsel”i çalışdırıb. 2021-ci ildən futboldan kənarlaşan 46 yaşlı mütəxəssis avtoidmanın böyük pərəstişkarıdı. Maraqlıdı ki, o, bir neçə ralli yarışında iştirak edib.