Bildiyiniz kimi, bu il “Böyük dəbilqə” seriyasından olan 3-cü turnir – “Uimbldon” iyulun 1-14-ü aralığında keçiriləcək.
"Football-plus.az" xəbər verir ki, Novak Cokoviçin dizini əməliyyat edən Antuan Jerometta serbiyalı tennisçinin həmin turnirə qədər bərpa olunmaq şansı haqda danışıb: “Biz həmişə arzulaya və deyə bilərik ki, bərpa çox sürətli gedəcək. Ancaq hər şey onun dizinin reaksiyasından asılıdı. Günbəgün dəyişikliklər olacaq, sadəcə, tennisçinin bir-iki həftə sonra hansı vəziyyətdə olacağını demək çətindi. Ancaq Cokoviçin üç həftə ərzində 100 faiz hazır olacağı real görünmür”.
Xatırladaq ki, 37 yaşlı serbiyalı ulduz iyunun 3-də “Rolan Qarros”un 1/8 finalında argentinalı Fransisko Çerundolonu məğlub edəndən (6:1, 5:7, 3:6, 7:5, 6:3) sonra diz qapağının zədəsi üzündən turnirdə mübarizəni dayandırıb, 1/4 final oyununa çıxmayıb.