“Reyncers”in rusiyalı qapıçısı İqor Şestyorkin MHL-də bu amplua üzrə ən yüksək ödənişli oyunçu ola bilər.
Bu iddia ilə “New York Post” çıxış edib. 28 yaşlı rusiyalı kiperin müqaviləsinin müddəti 2024/25 mövsümünün sonunda bitəcək. Klub yaxın vaxtlarda İqorla yeni nüqavilə mövzusunda danışıqlara başlayacaq. Rusiyalının klubdan ilə 12 milyon dollar istəyəcəyi gözlənilir.
“Reyncers” Şestyorkimi 2014-cü ildə draftın 4-cü mərhələsində seçib. O, 2020-ci ildə MHL-də debüt edib. Şestyorkin MHL-in son mövsümündə müntəzəm çempionatda 55 oyun keçirib, hər oyunda orta hesabla 2,58 şayba buraxıb, zərbələrin 91,3 faizini dəf edib. Pley-offda isəə onun hesabında 16 oyun, 2,27 buraxılan şayba və zərbələri dəf etmək üzrə 92,7 faizlik göstərici var.