19 yaşadək qadın futbolçulardan ibarət yığmamızın Avropa çempionatının 2024/25 mövsümünün 1-ci mərhələsindəki rəqibləri bəlli olub.
"Football-plus.az" xəbər verir ki, bu gün təşkil edilən püşkatma mərasimində B Liqasında yer alan millimiz İsveçrə, Estoniya və Kipr yığmaları ilə 5-ci qrupda mübarizə aparacaq.
İyuldan dekabrın əvvəlinədək baş tutacaq oyunlardan sonra qrup qalibləri və ən yaxşı ikinci yerin sahibləri A Liqasına vəsiqə əldə edəcəklər.