2016-cı ildə keçirilən Olimpiadada şüvüllə tullanmada çempion olan Tyaqo Braz antidopinq qaydalarını pozduğunu görə cəzalanıb.
“Football-plus.az” xəbər verir ki, 30 yaşlı idmançının cəza nüddətini ötən ilun iyulundan başlayıb və bu il noyabrın 30-na qədər davam edəcək. Brazın dopin nümunəsində ostarinin izi tapılıb. Onun əvvəlcə 4 illiyə diskvalifikasiya olunması nəzərdə tutulsa da, İntizam Tribunalı 16 aylıq cəzanın üzərində dayanıb. Xəbərdə o da qeyd olunur ki, idmançı bioəlavəni həkimlərinin məsləhəti ilə qəbul edib.
Braz 2016-cı ildə keçirilən Rio-de-Janeyro Olimpiadasında şüvüllə tullanmada qızıl medal qazanıb. Braziliyalı atlet 2021-ci ildə Tokioda keçirilən Olimpiadada isə bütünc medalla kifayətlənib.