"Bozqurd" Hakmanla razılaşdı

5.06.2024 10:10 177
Ölkə futbolu
"Turan Tovuz" daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.

"Football-plus.az" xəbər verir ki, Emmanuel Hakmanla razılıq əldə olunub.

Anlaşmaya əsasən, toqolu müdafiəçi 2024/2025 mövsümündə də Tovuz klubunun formasını geyinəcək.

Qeyd edək ki, "Turan Tovuz" daha əvvəl Aleks Souza ilə 2, Şəhriyar Əliyevlə "1+1" illik sözləşmə imzalayıb.