Millimizlə oyundan əvvəl qələbə qazandılar

4.06.2024 13:53 171
Yığma
Albaniya millisi Azərbaycanla matç öncəsi yoxlama oyunu keçirib.

“Football-plus.az” xəbər verir ki, komanda Lixtenşteynlə qarşılaşıb və 3:0 hesablı qələbə qazanıb.

Albaniya - Lixtenşteyn - 3:0
Qollar: Broya, 31, Asani, 47, Muçi 67

Azərbaycan - Albaniya oyunu iyunun 7-də Macarıstanın Sombathe şəhərindəki "Haladaş İdman Kompleksi" stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.